28
qitələrdəndir. Bankdakı pay uyğun olaraq, inkişaf etmiş ölkələrə 60%, inkişaf
etməkdə olan ölkələrə isə 40%-dir. Ən çox səsə sahib olanlar ABŞ və
Yaponiyadır. Region ölkələrinin ödədiyi haqq onların ÜDM-nun həcminə, ixracın
həcminə, əhalinin sayına və s.-yə əsaslanır.
AİB-nın başlıca hədəfləri:
1.Yoxsulluğa qarşı mübarizə aparılması
2.İqtisadi inkişafa yardım edilməsi
3.Qadınların vəziyyətinin yaxşılaşdırılması
4.Əmək qüvvəsinin inkişafı, o cümlədən əhalinin planlaşdırılması üçün
məsləhətlərin hazırlanması
5.Təbii ehtiyatlaran istifadə zamanı ətraf mühitin qorunması.
19
Adi resurslardan verilən kreditlər 10 ildən 30 ilədək verilir. Xüsusi
fonddan verilən kreditlər isə 40 illiyə verilir. Bankın tərkibinə Asiya inkişaf
fondu, Xüsusi texniki kömək fondu, Xüsusi yapon fondu daxildir. Asiya İnkişaf
Bankı BMT-nin qurumları, xüsusilə də DB və BVF ilə, Aİ ilə sıx əməkdaşlıq
edir. Bankın fəaliyyəti faktiki olaraq inkişaf etmiş ölkələr tərəfindən idarə olunur.
AİB-nın siyasətinin müəyyən edilməsində mühüm rol Yaponiya və ABŞ-ındır.
Bankdan ən çox borc alan ölkə Çindir.
Afrika İnkişaf Bankı Afrikanın ilk beynəlxalq maliyyə təşkilatıdır. 1962-ci
ildə BMT-nin Afrika üzrə iqtisadi komissiyasının sessiyasında 32 Afrika
dövlətinin nümayəndələri bu barədə razılığa gəldilər. 1963-cü ildə imzalanan
Afrika İnkişaf Bankının yaradılması haqda razılığın imzalanması ilə formalaşdı.
Saziş 1964-cü ilin 10 sentyabrında qüvvəyə minib, 1965-ci ilin 1 iyulundan isə
Bank fəaliyyətə başlayıb. 1982-ci ildə Bankın əsasnaməsini təşkil edən sazişdə
bir sıra dəyişikliklər edildi. Bankın Afrikan xarakterini saxlamaq üçün müəyyən
prinsiplərin qəbul edilməsi şərti ilə Banka qeyri-Afrika dövlətlərinin daxil
olmasına da icazə verilirdi.
20
77 üzvü var. Bankın üzvləri eyni zamanda Afrika
İnkişaf Fondunun da üzvləri olmalıdırlar.
19
“International Financial Institutions” Age F. Bakker
20
Х. А. Шреплер « Международные економические организации». Стр.: 438
29
Bankın ali orqanı Müdirlər Şurasıdır. Bura dövlətlərin maliyyə və iqtisadi
nazirləri üzv ola bilərlər. Hər bir üzv dövlət bir müdir və onun muavini ilə təmsil
olunur. Onların kim olmağını və səlahiyyət müddətini hər bir ölkə özü
müəyyənləşdirir. Müdirlər Şurasında qərarlar adətən müzakirə və konsensus yolu
ilə qəbul olunur. Heç bir dövlətin veto hüququ yoxdur. Şura ildə cəmi bir dəfə
toplanır. Yeni üzvlərin qəbulu , kapitalın artırılması, prezidentin və Direktorlar
Şurasının üzvlərini seçmək hüququ yalnız Müdirlər Şurasına məxsusdur.
Direktorlar Şurası 18 üzvdən ibarətdir. Direktorlar Müdirlər Şurası tərəfindən
seçilir. 12 üzv regional üzvlərdən, qalan 6-sı isə qeyri-regional üzvlərdən
aksiyaların proporsional miqdarına əsasən seçilir. Direktorlar 3 ilə seçilir, təkrar
seçilmə mümkündür. Direktor özünə muavini özünə muavini digər ölkənin
vətəndaşı seçir. İclasları işin tələbatından asılı olaraq keçirirlər. Direktorlar
Şurasının tərkibində 4 komitə fəaliyyət göstərir: administrativ məsələlərlə bağlı
komitə, yoxlama komitəsi, bank əməliyyatları üzrə komitə maliyyə-büdcə
komitəsi. Rəhbərliyə Direktorlar Şurasının məsləhəti ilə Müdirlər Şurası
tərəfindən seçilən prezident rəhbərlik edir. Onun səlahiyyət müddəti 5 ildir, təkrar
seçilmək hüququna malikdir. O, mütləq regional üzv nümayəndəsi olmalıdır.
Direktorlar Şurasının rəhbərliyi altında Bankın cari fəaliyyəti ilə məşğul olur.
Rəhbərliyin tərkibinə həmçinin şöbələri idarə edən 5 vitse-prezident daxildir: baş
əməliyyatlar şöbəsi ; Şimal regionunda ( Şimali və Qərbi Afrika ) əməliyyatlar
Şöbəsi; maliyyə şöbəsi ; ümumi xidmət və administrativ şöbə ; xarici əlaqələr
şöbəsi.
Bankın məqsədi sənaye inkişafının sürətləndirilməsi və dünya bazarında
mövcud konyukturadan asılılığının azaldılmasıdır. AİB-nın əsas səhmdarları
Misir, Əlcəzair, Nigeriya və Mərakeşdir.
30
1.3 Beynəlxalq maliyyə təşkilatlarının dövlətlərin iqtisadi siyasətinin
formalaşması və həyata keçirilməsində rolu
20-ci əsri qloballaşma əsri adlandırırlar. Müasir texnologiyalar sərhədləri
tamamilə aradan qaldırır. Beynəlxalq maliyyə təşkilatlarının fəaliyyətində bunun
sübutunu görmək olar. Lakin hətta yer kürəsinin inkişaf etmiş bölgələrində
minlərlə insan bundan narazıdır. Beynəlxalq iqtisadi təşkilatlar tərəfindən həyata
keçirilən qloballaşma milyonlarla insanı arxada qoyur. Bugün BVF kimi
təşkilatlar öz səhvlərini etiraf etsələr də, Fondun siyasətilə iqtisadiyyatı dağılmış
Şərqi Asiya ölkələri üçün çox gecdir. Bu bölgələrdə işsiz qalan əmək qüvvəsi ,
müflis olmuş kiçik biznes sahibləri dövlətlərinin borcunu qaytarmaq yükünü öz
çiyinlərində daşıyırlar.
Beynəlxalq maliyyə təşkilatlarını tənqidçiləri deyirlər ki, bu təşkilatların
siyasəti effektiv deyil. Çünki onlar qeyri-demokratik quruluşa malikdirlər.
Məsələn, BVF-nun demək olar ki, bütün proqramları inkişaf etməkdə olan
ölkələrlə bağlıdır. Lakin bu institut inkişaf etmiş ölkələr tərəfindən idarə olunur.
BVF-da yalnız bir ölkə - ABŞ effektiv veto hüququna malikdir. Hətta TŞ-da belə
5 müxtəlif ölkə bu hüququ paylaşırlar. Bu təşkilatların fəaliyyətlərində şəffaflıq
təmin olunmalıdır, ictimaiyyət geniş və aydın məlumat bazasına çıxış əldə
etməlidir. DB-na qarşıçıxan qruplar deyirlər ki, DB varlı və kasıb ölkələr arasında
artıq mövcud olan bərabərsizliyi daha da dərinləşdirib. Səsvermə sistemi elə
formalaşdırılıb ki, bankın siyasətini varlı ölkələr müəyyənləşdirir, lakin kasıblar
həyata keçirir. Baxmayaraq ki, Bank davamlı inkişafa aparan texniki yardım və
informasiya yardımı verir, müşahidələr göstərir ki,inkişaf etməkdə olan ölkələr
çox vaxt borcları ödəmək üçün təhsil, sağlamlıq və sosial proqramları təxirə
salırlar. Narazı qruplar DB-nın istiqrazlarını baykot eləməklə öz etirazlarını
bildirirlər. DB bu istiqrazları qlobal maliyyə marketlərində satmaqla öz fəaliyyəti
üçün vəsait əldə edir. Bu qruplar , həmçinin ölkələri DB-nın qarşıya qoyduğu
şərtləri həyata keçirməməyə ( məs. özəlləşdirmə ), ətraf mühitə ziyan vuran şaxta
Dostları ilə paylaş: |