1
MÜNDƏRİCAT
Giriş......................................................................................................2
I FƏSİL
Beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq
əməkdaşlıqda rolu
1.
1 BMT nəzdində olan maliyyə təşkilatları....................................................6
1.
2 Digər beynəlxalq maliyyə təşkilatları......................................................24
1.
3 Beynəlxalq maliyyə təşkilatlarının dövlətlərin iqtisadi siyasətinin
formalaşması və həyata keçirilməsində rolu...............................................30
II FƏSİL
Transmilli münasibətlər və transmilli korporasiyalar
2.
1 Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma
səbəbləri......................................................................................................42
2.
2 Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və
hökumətlərin nəzarəti itirməsi problemi.....................................................55
2.3
Qloballaşma dövründə TMK-ların rolu............................................66
III FƏSİL
Azərbaycanın beynəlxalq maliyyə qurumları və transmilli korporasiyalarla
əməkdaşlığının perspektivləri
3.
1 Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə
əlaqələri................................80
3. 2 TMK-ların iqtisadi qloballaşmaya təsiri və bundan Azərbaycana düşən
pay...................................................................................................................91
Nəticə..................................................................................................................100
İstifadə olunmuş ədəbiyyat siyahısı.................................................................105
Summary
Resume
Referat
2
GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə ölkə iqtisadiyyatının inkişafında
beynəlxalq təşkilatlarla olan beynəlxalq iqtisadi münasibətlər və TMK-lar dünya
iqtisadiyyatı və beynəlxalq münasibətlər sisteminin vacib inkişaf
elementlərindən
sayılır. Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq demək olar ki, bütün
dövlətlərin xarici siyasətinin əsas prioritetinə çevrilmişdir. Çoxsaylı beynəlxalq
təşkilatlarla bu əməkdaşlığın daha da genişləndirilməsi, inkişaf etdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Dissertasiya işində beynəlxalq maliyyə
qurumlarının yaranması və məqsədləri, müasir şəraitdə ölkələrin beynəlxalq
maliyyə qurumları ilə əməkdaşlığının xarakteri və xüsusiyyətləri, Azərbaycanın
maliyyə qurumları ilə əməkdaşlığı və maliyyə qurumlarının ölkəmizdə həyata
keçirdiyi layihələr, transmilli korporasiyaların formalaşması səbəbləri, onların
təşkilatlanması təmayülləri, beynəlxalq əmək bölgüsünün dərinləşməsi və
beynəlxalq rəqabət mühitində TMK-ların intensiv fəaliyyəti barədə məlumatlar
öz əksini tapmışdır.
Tədqiqatın məqsədi. Dissertasiya işində tədqiqatın əsas məqsədi
beynəlxalq maliyyə qurumları ilə dünya dövlətlərinin əlaqələri, sözügedən
bankların dünya ölkələrində həyata keçirdiyi layihələr və onların iqtisadi
təsirlərini ələ almaq, beynəlxalq maliyyə qurumlarının müasir beynəlxalq
münasibətlər sistemində rolunu və dünya ölkələrinin sosial-iqtisadi siyasətinə
təsirini dəyərləndirmək və onun inkişaf perspektivlərini müəyyən etməkdir.
Beynəlxalq korporasiyalar bir tərəfdən beynəlxalq münasibətlər sisteminin
məhsulu sayılır, digər tərəfdən isə özləri onlara təsiretmə mexanizmini təmsil
edirlər. Bunu nəzərə alaraq, dissertasiya işimdə həmin dəqiq hərəkət imkanlarını
onların fəaliyyətlərinin uğurla funksionallaşması şəraitində öyrənməyə
çalışmışam.
Təcrübi əhəmiyyəti. Burada əksini tapan təhlil və araşdırma müddəaları,
beynəlxalq maliyyə qurumlarının həyata keçirdiyi layihələr dünya dövlətlərində
xidmətin, infrastrukturun, istehsalın təkmilləşdirilməsi istiqamətində müəyyən
3
nəzəri tədqiqat üçün elmi baza kimi istifadə oluna bilər. Beynəlxalq maliyyə
qurumlarının layihələrinin dəyərliliyi ondan ibarətdir ki, onlar nəinki əlavə
maliyyə resursları əldə etməyə, hətta sosial və iqtisadi inkişaf məsələləri ilə
məşğul olan iri beynəlxalq təşkilatların təcrübə və məlumatlarından yararlanmağa
imkan yaradır.
Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi siyasətə tətbiq etsək, TMK-
lar fəal iştirakçı ( həm individual və ya kollektiv) kimi öz sərəncamında olan
aktiv və potensial resurslardan və onlardan daha effektiv istifadə imkanları
hesabına öz şəxsi maraqlarından çıxış edərək beynəlxalq münasibətlər sisteminə
həlledici və uzun müddətli təsiretmə strategiyasını həyata keçirir və qərar qəbul
edir. Bu aktorların o zaman beynəlxalq kateqoriya əldə etməsindən danışmaq olar
ki, söhbət bir dövlətin çərçivələrini öz fəaliyyəti ilə aşan, qəbul edilmiş idealları
(maraqları) təmsil edən mükəmməl şəkildə təşkilatlanmağa meyl edən
strukturlaşmış ictimaiyyətdən söhbət getsin.
Tədqiqatın predmeti və obyekti. Bura beynəlxalq maliyyə qurumlarının
yaranması, məqsədi və vəzifələri, strukturları, əsas fəaliyyət istiqamətləri, dünya
ölkələrində həyata keçirdikləri sosial-iqtisadi inkişafa yardım layihələri, Dünya
Bankının Azərbaycanın neft və qaz sektoruna ayırdığı kreditlərdən istifadənin
vəziyyəti,
istehsal, xidmət və infrastruktur sahələrində Azərbaycanın Dünya
Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri aiddir.
Dissertasiya işimin əsas tədqiqat sahəsi eyni zamanda TMK-ların böyük
inkişaf imkanlarının üzə çıxarılmasıdır. Transmilli korporasiyalar qeyri-hökümət
aktorları kimi iştirakçı kartlarına sahib olduğundan bütün təsərrüfat münasibətləri
spektrindən yanaşsaq, dünya siyasi və iqtisadi maraq qruplarının öz ideallarının
həyata keçirilməsinin böyük tərəfdaşı sayılır və inkişaf lokomotivi kimi təşəbbüs
edilir, layihələndirilir. Ona görə də onların yayılma və inkişaf
istiqamətlərinə həm
daxili, həm də xarici siyasi-iqtisadi fəaliyyət səviyyəsində yanaşılmalıdır. Bütün
bunlara baxmayaraq, yenə də əvvəlki tək dövlətin həlledici aktor kimi qalması
əsas beynəlxalq münasibətlər nəzəriyyəsi məktəblərinin başlıca tədqiqat