100
Nəticə
Beləliklə, beynəlxalq maliyyə qurumları yarandığı anda əsas məqsədləri
dünya ölkələrini 2-ci dünya müharibəsindən sonra dirçəltmək idisə, hal-hazırda
ən başlıca məqsədləri yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Qurumların
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. DB ölkələrə kreditlər,
qrandlar, yardımlar vermək yolu ilə onların inkişafına dəstək olur. Bank öz
xərclərini heç bir kənar maliyyələşdirmə mənbəyi olmadan ödəyir. Onun 5
qurumu inkişafın ayrı-ayrı aspektləri üzrə ixtisaslaşsa da, hamısının ümumi
məqsədi kimi yoxsulluğun ləğv edilməsi çıxış edir. DB öz kapitalını beynəlxalq
maliyyə bazarlarında “AAA” reytinqli istiqrazlarını reallaşdırmaqla artırır. DB
üzv ölkələrin hökumətləri ilə birlikdə layihələr, proqramlar hazırlayır, eyni
zamanda ölkələrin həyata keçirdikləri proqram-layihələri maliyyələşdirir. DB
eyni zamanda onun tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsinə
nəzarət edir. Beləliklə, DB müasir BİM sistemində mühüm iqtisadi təşkilat
olmaqla dünya iqtisadiyyatının tam, stabil inkişaf etməsinə səbəb olur. Ancaq
Bretton-Vuds maliyyə sistemləri hal-hazırda effektiv fəaliyyət göstərə bilmir.
Artıq 70 ildən çoxdur ki, BVF və DB dünyanın başlıca maliyyə institutları olaraq
qalırlar. Bu müddət ərzində onlar kasıb ölkələrdə neoliberallaşma, heteredoks
ticarət və özəlləşdirmə siyasəti həyata keçirirlər. Bunun səbəblərindən biri kimi
bank əməliyyatlarında ənənəvi olaraq valyuta kimi dollardan istifadə olunmasıdır.
Marşall planı nəticəsində dollar həm də Avropa dövlətlərinə də daxil olmuşdur.
Bu onun mövqeyini möhkəmləndirdi. Bildiyimiz kimi, dolların arxasında çox az
əmtəə və qızıl ehtiyatı durur. Asiyanın və Latın Amerikasının inkişaf edən
bazarlarının daim valyutaya ehtiyacı var. Bütün bunlar ABŞ-ın hədsiz gəlir
qazanmasına səbəb olur. Buna görə də ABŞ hələ də dünya maliyyə sistemində
lider rolunu saxlayır. Beynəlxalq valyuta sistemi stabilliyini qorumaq üçün
beynəlxalq maliyyə qurumları reformasiya olunmalı və dəyişmiş tələbatlara
uyğunlaşdırılmalıdır.
101
Liberallaşdırma və özəlləşdirmə siyasəti dövlətlərin öz öhdələrinə
buraxılmalıdır, heç bir dövlət buna məcbur edilməməlidir. Çünki “kənardan
inkişafı idxal etmək alınmır”. BVF və DB-nın ölkələrə nə etmək lazım olduğunu
əmr etməli olduğu günlər arxada qalıb. BVF və DB borc vermə şərtlərini və
maliyyə öhdəliklərini azaltmağa söz versələr də, onlar sadəcə yenidən
quruplaşdırılır və ya digər adlarla adlandırılırlar. BVF etiraf edir ki, kapital
bazarının liberallaşdırılması bəzən daha çox qeyri-sabitliyə gətirib çıxarır. BVF-
nin Afrika ilə bağlı proqramlarının uğursuzluğa düçar olmasının səbəbi onların
dövlətlərə demək olar ki məcburi surətdə yeridilməsi, yəni bərabərhüquqlu
tərəfdaşlar kimi danışıqlar aparılmamasıdır. Bu layihələr kasıbları daha da kasıb
edir. BVF və DB-nın fəaliyyətində aclıq problemini həll edilməməsidir. Dövlətlər
borclarının çoxluğundan və strukturi uyğunlaşmadan əziyyət çəkirlər.
BVF-nin tədqidçiləri qeyd edirlər ki, Bretton-Vuds sistemi yarandığı
dövrdə olan kapital qıtlığı şəraiti ilə hazırki şərait üst-üstə düşmür. BVF
beynəlxalq maliyyə sisteminin stabilliyini təmin etmək üçün kifayət qədər resursa
malik deyil. Aydındır ki, artıq onu “axırıncı müdafiə verə biləcək kreditor”
adlandırmaq olmaz. BVF bəzən elə şərtlərlə kredit verir ki, bu ölkədəki vəziyyəti
daha da ağırlaşdırır.
Son illərdə inkişaf etməkdə olan ölkələr öz vəziyyətlərini yaxşılaşdırmaq
üçün əməkdaşlıq etməyə çalışırlar. Məsələn, Braziliya və Argentina “BVF ilə
danışıqlar aparılmasının adi prinsipləri” barədə razılıq imzalayıblar. Başqa
nümunə kimi 120 BVF üzvünün imzaladığı kommunikeni göstərmək olar. Bu
ölkələr BVF-nin baş direktorunun seçilmə prosesinin daha açıq və şəffaf
keçirilməsini tələb edirlər. Adətən baş direktoru ABŞ və Avropa nümayəndələri
bağlı qapılar arxasında seçirlər. Hal-hazırda Bretton-Vuds institutlarının idarə
edilməsi debatlarda ən çox müzakirə edilən mövzulardır. Ənənəvi şüar olan bir
ölkə - bir dollar sistemi qəbul edilmir.
Dünya Bankının kreditlərinin uzun müddətli və simvolik faizlə verilməsi
müharibə şəraitindən və keçid dövrü problemlərindən dolayı maliyyə
102
mənbələrinin tapılması imkanlarının az olması səbəbi ilə Azərbaycan üçün çıxış
yollarından biri olmuşdur. Uzun illər baxımsızlıqdan yararsız hala düşmüş və ya
dünya standartlarına cavab verə bilməyən infrastruktur, neft ölkəsi olaraq dünya
arenasına çıxmağa hazırlaşan, eyni zamanda bir çox infrastruktur layihələrinin
mərkəzindəki geostrategiyalı mövqedə yer alan Azərbaycan üçün yolverilməzdir.
Ona görə də dövlətimizin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı
respublikanın sosio-iqtisadi inkişafına müsbət təkan verəcəkdir.
Beləliklə, beynəlxalq maliyyə qurumlarının müasir beynəlxalq münasibətlər
sistemində rolunun effektivliyini artırmaq üçün düşünürəm ki, aşağıdakı
məsələlərə xüsusi diqqət artırılmalıdır:
Beynəlxalq maliyyə qurumlarının müasir tələbatlara cavab verməsi
üçün onlarda struktur islahatları aparılmalıdır. Həmçinin bəzi
dövlətlər əməkdaşlığa daha ciddi əmək sərf etməlidirlər.
İcra ilə bağlı məsələlərə daha çox diqqət ayırmaq.
Bank mövcud layihələrin icrasına diqqəti artırmalı və yalnız o halda yeni
kreditləri nəzərdən keçirməlidir ki, mövcud icra vəziyyəti buna zəmanət versin.
İcra vəziyyətinin əhəmiyyətli dərəcədə ləngidiyi layihələri Bank və Hökumət ləğv
etməyi nəzərdən keçirməlidir ki, daha tez uğurun əldə oluna biləcəyi layihələrə
daha yaxşı diqqət yetirsin.
Yeni layihələri seçərkən daha diqqətli olmaq.
Eyni zamanda, Bank inkişafa yüksək ehtiyacı və Bankın müqayisəli üstünlüyə
malik olduğu, ancaq hökumətin məhdud səviyyədə sahib çıxdığı digər sahələrdə
daha məhdud dəstəkləyici rol oynamaqdan yayınmamalıdır.
Yeni layihələr üçün daha güclü hazırlıq süzgəcini tətbiq etmək.
Biliklərin bölüşdürülməsi və siyasi kursla bağlı dialoq üçün daha konkret
mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq.
Transmilli korporasiyalar anlayışının özü nisbətən cavan olsa da, onun
dünyaya və beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələr daha təkmil və
kifayət qədər həcmli görünür, bunu rəqəmlər də sübut edir: bütün dünya sənaye
Dostları ilə paylaş: |