I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə13/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   63
muhazire

İşarənin xüsusiyyətləri
1.İşarə, bir tərəfdən, adresat tərəfindən qavranıla bilən olmalıdır (perseptivlik (dərk etmə) xüsusiyyətlərinə malik olmalıdır);
2. İşarə, digər tərəfdən, informativ, yəni obyekt haqqında informasiya daşımalıdır;
3. F.de Sössür baxımından (işarənin ikitərəfliliyi (bilateral) nəzəriyyəsinin təmsilçisi) işarədəiki tərəf fərqləndirilir: işarə olunan (siqnifie, siqnifikat,ideya, anlayış, konsept, məzmun) və işarə edən (siqnifiant, siqnifikant, eksponent, ifadə). Birtərəfli (unilateral) işarə nəzəriyyənin tərəfdarları işarənin onu işarə edənlə (fiziki daşıyıcısı ilə) eyniləşdirirlər.
4. F. de Sössürə görə, işarənin hər ki tərəfi psixidir. Bütövlükdə işarə psixidir. O müntal, dərin mahiyyətli varlıqdır. Lakin dil işarəsi, təbii ki, qavranıla bilməz. Virtual (təsəvvür edilən, təxmin edilən) dil işarəsi deyil, onun danışıqdakı fiziki reallaşması qavranılır.
5. Denotat və referent anlayışları F. de Sössürdə nəzərə alınmır. İşarənin referenti işarə situasiyasında (semiozisdə) mövcuddur. Referensiya predmetə işarə etməkdir. Denotat işarənin gerçəklik elementidir.
6. İşar edənlə işarə olunan arasında əlaqə konvensional (şərti) və arbitrar (ixtiyari)-dir. Hər bir dildə işarə edənlə işarə olunan pzünəməxsus tərzdə əlaqələndirilir. Məsələn, bir konsept müxtəlif dillərdə fərqli işarə edənlərlə əlaqəlidir: ağac – ing.d. “tree”, fr. d. “arbre”, rus.d. “derevo”, alm.d. “Baum” və s. Şərtilik işarəni sosial hadisə kimi səciyyə edir. Ç.Pirsə görə, şərtilik yalnız simvol işarələrə aiddir, ikonik və indeksial işarələr bu xüsusiyyətdən məhrumdurlar. Simptomlar da şərti deyillər, çünki onların hər iki tərəfi səbəb-nəticə əalqəsi əsasında qurulmuşdur. Məsələn, insanın hərarətinin olamsı onun xəstələnməsindən xəbər verir.
Konvensional (şərti) olmaqla yanaşı, işarə motivləşmiş də ola bilər. Məsələn, təqlidi sözlər və s.
7. İşarənin hər iki tərəfi bir-birini təyin edirlər. Lakin bəzən onlar arasında “sürüşmə”lər də müşahidə edilir. Yəni 1 forma 1 məna formulu özünü doğrultmur. S.O.Karsevskiyə görə, işarəyə assimmetriya xasdır, yəni bir işarə edənə bir neçə işarə olunan (omonimiya) və ya əksinə bir işarə olunana bir neçə işarə edən uyğun gələ bilər (sinonimiya). Həmin hadisələri sinonimiya və omonimiya ilə eyniləşdirən müəllif fikrini aşağıdakı sxemlərdə əyaniləşdirir:
forma məna
omonimiya
kök (tərəvəz və ya bitkinin kökü)
kök kök (dolu, ətli-canlı adam)
sinonimiya
linqvistika
«dil haqqında elm»
dilçilik
Forma və məna arasındakı asimmetriklik sintaktik səviyyədə daha aydın şəkildə özünü büruzə verir:
forma məna
omonimiya
X-ın çəkdiyi şəkil
X-ın şəkli X-ın şəkilləri
X təsvir olunan şəkil
sinonimiya
/Əli zökəmdir//
/Əli zökəmə tutulmuşdur// /Əli zökəm vəziyyətindədir/
/Əli zökəmlə xəstələnmişdir//

8. Müəyyən semiotik sistemin elementi olan işarə digər işarələrlə əlaqəyə girdiyi münasibətlərlə səciyyələnir. Sintaqmatik münasibətlər – işarənin kombinasiyaya (birləşməyə) girmə imkanlarını xarakterizə edir. İşarələr paradiqmatik münasibətlərə həmin işarənin seçiminin aparıldığı elementlərin sinifləri (klas) çərçivəsində və ya çoxluğunda girirlər.


9. Fərqlilik. İşarənin digər qarşılaşmalarda (oppozisiya) iştirakı onun fərqləndirici (differensial) əlamətlərinin fərqləndirilməsinə imkan verir.
Prinsip etibarı ilə insan istənilən elementə, istənilən “gerçəklik kəsiminə” işarə funksiyası verə bilər. Məsələn, 1) pəncərədə dibçəkdəki gül; 2) kresloda oturan şəxs papiros çəkməyə başlayır və qalustukun düyününü boşaldır; 3) kitabın vərəqləri arasına qoyulmuş vərəq. Bütün bunların öz səbəbi ola bilər və buna görə simptomlar kimi çıxış ed bilər. Birinci halda, ev sahibəsi gülün günəş şüaları qəbul etməsi üçün pəncərənin önünə qoya bilər, ikinci halda şəxs papiros çəkmək istəyir, laki qalustuk onun boynunu sıxır, üçüncü halda isə oxucu hansı səhifədə qaldığını bilmək üçün vərəqi həmin səhifəyə qoya bilər.
Səbəblə bərabər bu situasiyaların xüsusi məqsədi, kiməsə məlumat vermək məqsədi də ola bilər. Bir filmdə olduğu kimi, “pəncərədə dibçək” əməliyyatın pozulmasından xəbər verir, Siqaret çəkməyə başlamaq və qalustukun düyününün boşaldılması danışığın rəsmi hissəsinin bitdiyindən xəbər verə bilər, və ya onun vəziyyətə nəzarət etdiyində,hakim olmasından xəbər verə bilər, kitabın arasına qoyulmuş vərəq ailə üzvlərinə xəbərdarlıq, yəni bu kitabın “işdə”, mənim tərəfimdən oxunulduğunu ifadə edə bilər. İndi rəncərədəki dibçək, qalustukun düyününün çoşaldılması, vərəq işarə kimi çıxış edə bilərlər.
Predmetin işarə funksiyasıqazanması üçün onun əvvəlcədən razılaşdırılması mütləqdir. Əks halda adresat (qəbul edən) onu anlamayacaq. Məsələn, həyətdə asfalt üstündə çəkilmiş şəkili uşaqlarınilk qələm sınağı kimi anlamaq olar. Lakin bu hal təkrarlanırsa, deməli, vəziyyət bu cür deyildir. Təkrarlanan rəsmlər nəyəsə işarə ola bilər. Ünsiyyət vasitəsi kimi təkcə dil işarələri deyil, digər işarələr də çıxış edə bilərlər. Məsələn, çiçəklərin dili, yelpiyin dili, döymələrin dili, məişət əşayalar üzərindəki işarələr və s. Predmetin işarəyə çevrilməsi üçün məqsədlilik, niyyət vacib xüsusiyyətdir. Buradan da işarənin ikitərəflilik xüsusiyyəti müydana çıxır. İşarənin iki tərəfi: işarə edən (forma) və işarə olunan (məzmun) tərəfləri olmalıdır. İşarənin bu iki tərəfi ifadə və məna planları da adlandırılır. İfadə vəməna planları arasında əlaqənin şərtililiyi, ixtiyariliyi vacib lamətlərdəndir. Konvensionallaıq (razılaşma), məsələn, bir qrup alim yeni yaradılan avadanlığa razılaşma əsasında ad verirlər və sonra bu ad yayılmağa başlayır.
Hər bir işarə öz sisteminin üzvüdür. Hərbir işarə sistemlə şərtlənmişdir. Məsələn, rusiyalı turist telefon dəstəyindəki qırıq-qırıq səsləri telefonunun xarab olması kimi anlayır. Halbuki Rusiyada dəstəyi qaldıranda fasiləsiz səs onun işləkliyindən xəbər verir. Bolqarıstanda isə əksinə, qırıq-qırıq səslər telefonun işləməsindən xəbər verir.
Deyildiyi kimi, F.de Sössür dil işarələrinin iki tərəfini fərqləndirir: səs tərəfi və ya ifadə tərəfi, məna tərəfi və ya ifadə olunan tərəfi. İşarəni və onun tərəflərini aşağıdakı sxümdə vermək olar:
signifie siqnifiant
a - ğ – a - c

a - ğ – a - c


ifadə olunan ifadə edən
Dil işarələri eyni bir dil kollektivində böyümüş insanların tələffüz etdikləri səs (yazı) obrazlarının müəyyən ünsiyyətdə iştirak edən tərəflərin beynində yaratdığı təsəvvürlərlə qarşılıqlı əlaqəsinə deyilir. Deməli, dil işarələri eyni bir dil kollektivində insanlar arasındakı ünsiyyətdə meydana çıxır. Dildəki işarə sistemləri siqnifikant baxımından müəyyən prinsiplərə əsasən üzvlənə bilirlər. Kiçik elementlər kimi dəyərləndirilən işarənin özü deyil, yalnız onun siqnifikatının səsli və ya yazılı elementləridir.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə