I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dil sistemi səviyyələrinin modelləri



Yüklə 405,13 Kb.
səhifə16/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   63
muhazire

Dil sistemi səviyyələrinin modelləri

Dilin modelləşdirilməsi aşkar edilmiş dil vahidlərinin müvafiq hiyerarxik səviyyələr (lay, qat, stra­tum, yarus) üzrə yerləşdirilməsini tələb edir. Səviyyələr ideyası dil sisteminin hiyerarxik struk­tu­runu təxmin edir, bir səviyyənin vahidlərinin digər səviyyələri üzərində dominantlığını, yəni bir vahi­din digərinə tabeliyini təmin edir. Qeyd edək ki, dil səviyyələrdən təşkil olunmuşdur. Dil sistemdir, sə­viy­yələr arasındakı əlaqə hiyerarxikdir, dil sistemlər sistemidir, geterogen (müxtəlif keyfiyyərli vahid­lər­dən təşkil olunmuş səviyyələrdən ibarətdir) sistemdir.
A.A.Reformatski dil sisteminin səviyyələrini aşağıdakı sxemdə verir:
Seqmentasiya (üzvlənmə) inteqrasiya

sintaktik səviyyə (cümlə)

Leksik səviyyə (leksem)

Morfoloji səviyyə (morfem)

Fonoloji səviyyə (fonem)

Daha aşağı səviyyənin vahidləri yuxarı səviyyənin vahidlərinin tərkibinə inteqrantlar kimi daxil olur. Məsələn, fonemlər morfemlərin, morfemlər leksemlərin, leksemlər isə cümlənin nteqrantları kimi çıxış edirlər. İnteqrasiya formadan məzmuna gedən yoldur və buna L.V.Şerba danışanın qrammatikası (passiv qrammatika) deyirdir. Seqmentasiya (üzvlənmə) isə yuxarı səviyyə vahidlərinin aşağa səviyyələrinin vahidlərindən təşkil olunması, və yaxud teallaşdığı məkandır. Seqmentasiya zamanı mənalı vahiddən formaya doğru hərəkət edilir. Buna L.V.Şerba dinləyənin qrammatikası, fəal qrammatika kimi yanaşır. Seqmentasiya zamanı əldə olunan vahidlərə seqmentlər, inteqrasiya zamanı əldə olunan vahidlərə inteqrantlar deyilir.


Qeyd etdik ki, dil hierarxik prinsipə söykənən sistemdir. Dilin aşağı, yəni fonoloji səviyyəsinin vahidi mütləq yuxarı, morfoloji, leksik və sintaktik səviyyənin vahidinin tərkibində çıxış edir və əksinə. Başqa sözlə, yuxarı səviyyənin vahidi aşağı səviyyənin vahidlərindən təşkil olunur. F.Veysəlli əyani olaraq bunu aşağıdakı sxemdə verir:



mətn
cümlə



leksem

morfem

fonem

Beləliklə, dil çoxmərtəbəli binaya bənzədilir və onun ayrı-ayrı qatları, layları öz vahidlərilə səciyyələnir. .




  1. Yüklə 405,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə