I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilik leksem tərkibinin müəyyən edilməsi



Yüklə 405,13 Kb.
səhifə39/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   63
muhazire

Dilik leksem tərkibinin müəyyən edilməsi
Dilin leksikonunun aşkar edilməsi leksem təhlildən keçir. Leksem təhlilin əsas məqsədi, ilk növbədə, morfem və söz, söz və söz birləşməsi, söz və söz arasındakı xətti sərhədlərin təyin edilməsi, ikincisi, söz və onun varianrları (söz eyniyyəti problemi) arasında sərhədin təyinindən ibarətdir. Təhlil proseduru 3 mərhələdən ibarətdir.

  • söyləmin, invariant, abstrakt sözlərə (leksemlərə) uyğun gələn, danışıqda onarın təmsilçisi kimi çıxış edən kəsiklərə (lekslərə) üzvlənməsi;

  • ayrılan lekslərin leksem statusunun təyin edilməsi, yəni hansı leksin hansı leksemi təmsil etdiyinin müəyyənləşdirmək (müqayisə olunan lekslər bir leksemin variantları, yoxsa müxtəlif leksemlərin reallaşmasıdır).

  • Leksemlərininventarlaşdırılması.

Sözün sərhədlənməsinin (delimitasiyası) meyarları:
Qrafik (orfoqrafik) meyar:
Bu zaman qrafik sözdən bəhs olunur. Təxmin edilir ki, söz əvvəlki və sonrakı sözdən probellə sərhədlənir və onun öz daxilindən sərhəd keçmir.
İradlar: 1) Heç də bütün dillərin yazısı yoxdur; 2) bəzi qrafikala r sistemində, məsələn, çin dilində heroqliflər arasında probeldən istifadə edilmir; 3) Bəzi dillərdə orfoqrafiya ardıcıl xarakter daşımır. Məsələn, bütöbsözlərin ayrı yazılışı – v şkolu, iz şkolı vəs.
Fonetik əlamətlər: Bu zaman fonetik (fonoloji) sözdən bəhs edilir. Fonetik sözlə orfoqrafik sözün sərhədi üst-üstə düşməyə bilər. Sözdə bir aksent (vurğu) zirvəsinin olması.
İradlar: 1) Sözdə birdən artıq (2 və daha artıq) vurğu ola bilər; 2) Söz vurğu daşımaya da bilər (proklitika və enklitika keyfiyyətində vurğulu sözə birləşə bilər). Məsələn, rus dilində v şkolu, iz şkolı, Azərb. d. el üçün, eldən ötrü və s.; 3) dil aksent dillərə aid olmaya da bilər. Məsələn, fransız dili. Bu dildə söyləm (sintaqmatik) vurğu böyük söz qrupunu birləşdirə bilər.
Morfoloji əlamət. Sözün tam formalaşması (qrammatik formanın vahid göstəricisinin olması).

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə