I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Sözün struktur xüsusiyyətləri



Yüklə 405,13 Kb.
səhifə42/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   63
muhazire

Sözün struktur xüsusiyyətləri

  1. Söz ən azı bir morfemli, bir fonemlidir. Məsələn, daş, qaş, o

  2. Söz iki morfemdən ibarət ola bilər. Məsələn, qaraquş, dəvədabanı

  3. sözdə ən azı bir leksik morfem olmalıdır. Daş+lı

  4. mürəkkəb sözlər ən azı iki leksik morfemdən təşkil olunmalıdır.

  5. düzəltmə sözlər bir leksik və bir və ya daha artıq qrammatik morfemlərdən təşkil olunmalıdır.

Sözün qrammatik və leksik mənaları
Sözdə iki məna növü fərqləndirilir: qrammatik və leksik mənalar. Sözdə qərarlaşmış və bu və ya digər ümumi cəhətlərə, yəni qrammatik kateqoriyalara işarə edən məna qrammatik məna adlandırılır. Məsələn, rus dilində “kniq+a” sözündə /a/ şəkilçisi təklik, qadın cinsi, adlıq hal və s. ifadə edir.
Sözdə qərarlaşmış və yalnız ona məxsus olan, onu digərlərindən fərqləndirən məna leksik məna adlandırılır. Leksik məna sözün bütün qrammatik formalarında dəyişməz qalır. Leksik məna bu və ya digər formaya deyil, ümumilikdə leksemə məxsusdur.
Sözün leksikmənasının mühüm hissəsini,xüsusən əsas sözlərin leksik mənasının nüvəsini gerçəklik hadisəsini, elementini, əşyanı əks etdirməkdən ibarətdir. Sözün işarə etdiyi predmet denotat və ya referent adlandırılır. Denotatın (denotatlar sinfi) əks etdirilməsi (inikas) konseptual məna və ya desiqnat adlandırılır. Sözün leksik mənasına nüvədən (denotat) başqa konnotat məna (əlavə məna, məna çaları) daxildir. Denotata münasibət denotatsiya və ya əşyavi aidlilik adlandırılır. Əgər virtual denotat (adlandırılan eynicinsli realililər sinfi) və aktual denotat (bu sinfə daxil olan vahid reali) fərqləndirsək, onda aktual denotat bu gün əksər hallarda referen adlandırılır, ona münasibət isə referensiya adlandırılır.
Leksik vahidlər arsında sistem münasibətləri
Dilin təkilinin sistemlilik prinsipi leksik səviyyəni dəəhatə edir. Sözlər (leksemlər) öz aralarında paradiqmatik, yəni seçim (seleksiya) münasibətlərində və sintaqmatik münasibətlərdə, yəni bir-birilə birləşmə, kombinator münasibətlərdə olurlar. Qeyd edək ki, fonoloji sistemlə (fonoloji sistem qapalı sistemdir) müqayisədə leksik sistem tam açıq sistemdir. Leksik-semantik sistemin genişliyi tədqiqatçıları onun tərkibində müxtəlif leksik-semantik qrupları, sahəni ayırmağa təhrik edir. Semantik sahədə ümumi məna komponentlərinə görə daxil olan semantemlər qruplaşır. Semantemlər öz aralarında ən azı bir məna komponentinə (diferensial, fərqləndirici əlamət) görə fərqlənirlər. Semlər mənanın parçalanmasından alınan ən minimal elementlərdir. Semantik sahə daxilində sözlr arasında hierarxik münasibət mövcuddur: öz ranqına görə yüksəkdə duran söz hiperonim, ona tabe olan söz isə hiponim adlandırılır. Məsələn, gül – lalə, qızılgül, ağac – palıd, cökə və s.
Leksik mikrosistemin növü kimi antonimik və sinonimik münasibətlər çıxış edir.
Antonim cərgələrə konseptual mənasına görə diametral zidd sözlər daxildir: ağ-qara. Yaxşı-pis. Sevgi-nifrət və s.
Sinonim cərgəyə mənaları qismən və ya tam üst-üstə düşən leksemlər daxildir. Baxmaq- görmək, nəzər salmaq,seyr etmək, tamaşa etmək və s. Antonim və sinonim münasibətlər işarə edənlə - işarə ounan arasında assimmetriyanın ifadəsidir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə