İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə120/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   116   117   118   119   120   121   122   123   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 387 

NNTP protokolunun tətbiq edildiyi sistemlərdəndir. 

Məlum  olduğu  kimi  hazırda  hər  bir  dəqiqə  ərzində  dünyada  minlərlə 

konfranslar,  görüşlər  keçirilir,  diskussiyalar  edilir,  müəyyən  problemlər  ətrafında 

fikir mübadiləsi aparılır, onlar barəsində müəyyən məqalələr çap edilir və s. Məhz 

İnternetin  xəbər  xidməti  vasitəsilə  belə  fəaliyyətlər  bir  yerə  yığılaraq 

sistemləşdirilir  və  müəyyən  mövzuya  marağı  olan  istifadəçilərə  bu  yığıncaqlarda 

interaktiv iştirak etmək imkanı yaradılır. 

UseNet gündə 24 saat, ildə 365 gün fəaliyyət göstərən bir sistemdir. O gün 

ərzində  təxminən  5  minə  yaxın  (bəzi  hallarda  daha  çox)  mövzunu  əhatə  edən 

görüşlərin keçirilməsinə imkan verir. UseNet sistemi vasitəsilə müəyyən mövzunu 

seçmək,  gedən  “söhbətləri”  izləmək  və  hətta  həmin  mövzuya  aid  məqalə  də 

göndərmək  olar.  Bəzi  qrupları  (adətən  müəyyən  elmi  məqalələri)  “idarəedən”lər 

vardır  və  onlar  daimi  olaraq  müəyyən  mövzu  ətrafında  gedən  söhbətləri  və 

məqalələri  diqqət  mərkəzində  saxlayırlar.  Əgər  göndərilən  məqaləni  həmin 

görünüş  mövzusunda  uyğun  hesab  etmirlərsə,  onu  UseNet  sistemində  dərc 

etmirlər və ya müəyyən vaxt məhdudiyyəti qoyurlar. 



Gopher

 FTP protokolunun kompüterlərarası fayl mübadiləsinin öhdəsindən 

yaxşı  gəlməsinə  baxmayaraq,  bu  sistemdə  fayllarla  işləmək  üçün  digər  zəruri 

vasitələr  yoxdur.  Buna  görə  fayl  mübadiləsinin  daha  mükəmməl  sistemi  olan 

Gopher işlənib hazırlanmış və İnternetin xidmətləri sırasına daxil edilmişdir. 

Gopher sistemi fayla təkcə onun ünvanına, domen adına görə deyil, həm də 

onun  tərkibinə  görə,  yəni  faylın  əhatə  etdiyi  mövzuya  görə  də  axtarılır.  Gopher 

ekranında  menyu  sistemi  vardır.  Baş  menyunun  hər  bir  elementi  Gopher-in 

konkret  funksiyasını  xarakterizə  edir.  Gopher  sisteminin  quruluşu  istifadəçiyə 

imkan  verir  ki,  o  FTP  və  TelNet  (uzaqda  yerləşən  terminal  protokolu)  kimi 

sistemlərlə inteqrasiya olunmuş formada işləsin. Belə ki, istifadəçi baş menyunun 

elementlərindən  birini  seçməklə  sistem  Gopher-serverdən  kənara  çıxaraq  fayl 

axtarışını FTP və TelNet  serverlərdə davam edə bilər. 

Hazırda mövcüd olan Gopher-serverlərin siyahısı bir neçə mindən artıqdır. 

Bütün  Gopher  kompüterlər  (serverlər)  -  indekslər  vasitəsilə  Gopherspase 

(Gopher  mühit)  adlanan  vahid  axtarış  sistemi  formasında  birləşdirilmişdir.  Əgər 

FTP  sistemi  şəbəkə  vasitəsilə  müəyyən  proqramların  axtarışı  üçün  nəzərdə 

tutulubsa,  Gopher  sistemi  ünvanların,  kitab  kataloqlarının,  sorğu  materiallarının, 

bir sözlə mətn informasiyasının axtarışı üçün işlənib hazırlanmışdır. 

TelNet

  İnternetin  ilk  protokollarından  biridir.  Bu  protokol  uzaq  məsafədə 

yerləşən  və  İnternet  şəbəkəsinə  qoşulan  kompüterin  resurslarından  istifadə 

etməyə  imkan  verir.  TelNet  sistemi  vasitəsilə  şəbəkəyə  qoşulmuş  istənilən  host 

kompüterə  müraciət  etmək,  onun  sisteminə  müəyyən  əmrlər  vermək,  həmin 

kompüterlərdə  mövcud  olan  istənilən  proqramı  yükləmək  və  s.  əməliyyatları 

yerinə  yetirmək  mümkündür.  Bu  zaman  istifadəçinin  kompüteri  bilavasitə  host 

kompüterə  (uzaqda  yerləşən  terminala)  “çevrilir”  və  istifadəçi  özünü  həmin 

kompüterin ekranı arxasında oturmuş hiss edir. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



388 

İNTERNETDƏ ÜNVANLAŞDIRMA (TCP/IP PROTOKOLU) 

 

TCP/IP-nin  (Transmission  Control  Protocol/İnternet  Protocol)  iş  prinsipi 

İnternetə  qoşulmuş  istifadəçinin  məlumatını,  sənədlərini  və  fayllarını  kiçik 

informasiya paketləri vasitəsilə uzaq məsafədə yerləşən nöqtələrə göndərməkdir. 

Kiçik  paketlərə  bölünmüş  informasiya  İnternet  xətlərində  bir-birindən  asılı 

olmadan  göndərilir.  Bundan  başqa  paketlərdə  verilənlər  nişanlanırlar  ki,  bunun 

köməkliyi  ilə  qəbul  olunma  ardıcıllığı  pozulsa  belə,  nəticədə  fərdi  kompüter 

nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya müəyyən 

olunmayan  səbəbdən  xətdə  itərsə,  kompüter  həmin  informasiyanı  nişanın 

köməkliyi ilə təkrar sorğu edir və göndərilən informasiyaya uyğun olan məlumatı 

və ya faylı bərpa edir. 

TCP/IP  1970-ci  illərdə  kompüterlərin  və  müxtəlif  tip  şəbəkələrin 

əlaqələndirilməsi  məsələsinin  öyrənilməsi  nöqteyi-nəzərindən  maliyyələşdirilərək 

yaradılmışdır. 

TCP/IP  heç  bir  firma  və  ya  şirkət  tərəfindən  konkret  olaraq 

maliyyələşdirilmir. Bu səbəbdən də istənilən şəxs və ya firma İnternetə qoşularaq 

milyonlarla  istifadəçi  ilə  əlaqə  yaradır,  informasiyanın  göndərilməsində  və  ya 

qəbul olunmasında bilavasitə yaxından iştirak edir. 

Kompüter  şəbəkələrində  standartlaşmanın  əsasını  şəbəkə  qarşılıqlı 

vasitələrinin  yaradılmasında  coxsəviyyəli  yanaşma  təşkil  edir.  Beləliklə,  sistemin 

qovşaqlarının  qarşılıqlı  əlaqəsi  üçün  müxtəlif  səviyyələrdə  protokollar  istifadə 

edilir. 

Protokol

  müxtəlif  qovşaqlarda  eyni  səviyyədə  şəbəkə  komponentləri  ilə 

mübadilə  edən  xəbərlərin  ardıcıllığını  və  formatını  təyin  edən  qaydalardır.  Sadə 

dildə desək, protokol şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. 

Şəbəkələrin qovşaqlarında və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini 

iyeararxik təşkil edən protokol yığını 

protokollar

 

steki

 adlanır. İnternetdə əsas 

protokol  TCP/IP  protokoludur.  Bu  protokollar  steki  aşağı  səviyyədə  fiziki,  kanal 

səviyyələrinin  yuxarı  səviyyəsində  isə  tətbiqi  səviyyənin  protokollarını  (FTP, 

Telnet, poçt protokolu SMTP, WWW hipermətn servis xidmətini və s.) təşkil edir. 

İnternet  vasitəsilə  informasiyanı  ötürmək,  müxtəlif  insanlarla  əlaqə 

yaratmaq  və  s.  bu  kimi  işləri  həyata  keçirməkdən  ötrü  fərdi  kompüterlərdən 

istifadə  etmək  lazım  gəlir.  Məlumdur  ki,  istifadə  edilən  kompüterlər  müxtəlif 

firmalar  tərəfindən  (məsələn,  UNIX,  Amiga,  IBM  və  s.)  istehsal  olunur.  Bu 

səbəbdən də onların birgə işləməsi üçün kompüterlər mütləq bir-biri ilə eyni dildə 

danışmalıdırlar. Yaranan çətinliyi TCP/IP protokolu aradan qaldırır və kompüterlər 

arasında körpü rolunu ifa edir. 

TCP/IP  protokolu  tərkibinə  və  tətbiqinə  görə  aşağıdakı  qruplara  bölünən 

protokollardan ibarətdir: 

 



İki  kompüter  arasında  verilənlərin  ötürülməsini  idarə  edən  nəqliyyat 

protokolundan; 

 

Məlumatların ünvanlarını işlədən və lazım olan ünvana ən qısa yolu təyin 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə