İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə119/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   115   116   117   118   119   120   121   122   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 385 



QEYD

:  Orta  əsr  rahibləri  latın  dilində  olan  “ad”  önluyünü  qısa  şəkildə 

yazmaq  üçün  @  işarəsini  icad  edirlər  (müasir  ingilis  dilində  “at”  önlüyü  “hara”, 

“doğru”,  “hara  yanaşma”  anlamını  verir).  İşarə  haqqında  sonralar,  XV  əsr 

əlyazmalarında  ispan  tacirlərinin  tərəzi  və  ya  qapanlarda  aparılmış  ölçüləri  – 

“arroba” - qısa şəkildə şəhr etməkdən ötrü @ işarəsindən istifadə etdikləri barədə 

xatırlamalar vardır (arroba təxminən 11,52 kiloqrama və ya 25,40 funta bərabər 

ölçüdür).  Kapitalizm  dövründə  işarə  yeni  tətbiq  sahəsi  tapır.  Ondan  hesablama 

işlərində  qiyməti  göstərmək  üçün  istifadə  olunur.  Bu  ərəfədə  bütün  sahələrdə 

geniş istifadə edilən çap makinalarında @ işarəsi ilə yanaşı digər işarələrdə - #, 

$, % özünə tutarlı səviyyədə yer tutur. 1960-cı illərin axırlarında BBN Technology 

şirkətində işləyən Rey Tomlinson ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanacaq 

ARPANET  şəbəkəsinin  yaradılmasında  fəal  iştirak  edir  və  1971-ci  ildə  ARPANET 

şəbəkələrində bir-birindən uzaq məsafələrdə yerləşən kompüterlər arasında əlaqə 

yaratmaq  üçün  elektron  poçtundan 

istifadə  etməyi  təklif  edir.  Şəbəkədə 

istifadə  olunan  “ad-işarə-yer”  universal 

alqoritmini 

tamamlamaq 

üçün 


R.Tomlinson  “@”  işarəsini  təklif  edir. 

Buna 


əsas 

səbəb 


işarənin 

çap 


makinasının  klaviaturasında  təsadüfü 

istifadə edilməsi idi. 

İşarənin  “sobaçka”  adlandırılması  da 

çox  dolaşıq  hadisədir.  Müxtəlif  mənbələr 

hesab edirlər ki, ancaq ruslar işarəni belə 

adlandırırlar. 

Digər  xalqların  dilində  işarə  müxtəlif 

çür:  məsələn,  koreyalılar  “ilbiz”,  finlər 

“yatmış 

pişik 


balası”, 

macarlar 

“soxulcan”,  çinlilər  “balaca  sican”, 

isveçlər 

“darçınlı 

bulka” 


və 

s.           

adlandırırlar.  

         

Rey Tomlinson                            

 

   



İstənilən  E-mail  sistemi  iki    əsas  altsistemdən:  istifadəçinin  bilavasitə 

ünsiyyətdə olduğu proqram təminatı (client) və istifadəçidən informasiyanı qəbul 

edən, məlumat ötürən, adresantın e-poçtda həmin məlumatı tələb edilənə qədər 

saxlayan  proqram  təminatından  (server)  ibarətdir.  Server  proqram  təminatı 

məlumatların ötürülməsində standart proqramlardan istifadə etdiyi üçün müxtəlif 

client  proqramlar  tərəfindən  hazırlanmış  poçtu  (məlumatı)  işləyə  və  ünvana 

göndərə bilər. Client proqramlar müxtəlifliyindən asılı olmayaraq eyni funksiyalara 

malikdirlər. Elektron poçtunun aşağıda göstərilən variantlarından istifadə edilir: 

 

Adi  məktublaşma.  Burada  e-mail  insanlar  arasında  məlumatların  və 



faylların mübadiləsini təmin etmək üçün istifadə edilir; 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



386 

 



Ezamiyyətdə  olanların  məktublaşması.  Burada  elektron  poçtunun 

köməkliyi  ilə  işgüzar  səfərdə  olan  firma  işçiləri  ofisdə  işləyən  həmkarları 

ilə informasiya mübadiləsinə qoşulurlar. Bu məqsəd ilə istənilən aeroport 

və ya otellərdə telefon xidmətlərinə qoşulmaq kifayətdir; 

 

İnformasiya  serverləri.  Bəzi  e-mail  ünvanları  avtomatlaşdırıldığı  üçün, 



istifadəçi  onu  maraqlandıran  müəyyən  məsələyə  aid  elektron  poçtuna 

sorğu  etdikdə,  o  istifadəçiyə  avtomatik  olaraq  ətraflı  cavab  göndərmiş 

olur; 



 



Müxtəlif  yerlərə  göndərmə  (mailing  lists).  Burada  “e-mail”-ə  abunə 

olmaqla  dövrü  olaraq  müxtəlif  xarakterli  informasiyaları  istifadəçi 

mütəmadi olaraq alır. 

MS-DOS üçün MAIL, Windows üçün isə Outlook Express populyar elektron 

poçt müştəri proqramlarından istifadə olunur.  

Son  zamanlar  WWW  və  onun  proqram  təminatı  İnternet  universal 

informasiya  xidmətləri  vasitələrini  müəyyənləşdirir.  Onlar  istifadəçinin  praktik 

olaraq  FTP,  e-mail,  WAIS,  Gopher  və  s.  resurslarından  istifadə  etməsini  təmin 

edir.  Bu  tip  əlaqələri  istənilən  WWW  serverə  müraciət  edərkən  göstərmək 

lazımdır. 



FTP (File Transfer Protocol)

 – faylların çox asanlıqla ötürülməsinə imkan 

verən  protokoldur.  Protokoldan  faylların  İnternetdən  ötürülməsi  üçün  istifadə 

edilir.  FTP  serverləri  özlərində  müəyyən  miqdar  informasiyanı  fayllar  formasında 

saxlayırlar.  FTP  serverlərində  saxlanılan  fayllara  İnternetdən  istifadə  etməklə 

müraciət  etmək  olar.  Bəzi  hallarda  baxış  üçün  fayllara  birbaşa  müraciət  etmək 

olmur.  Ona  görə  də,  belə  faylları  FTP  serverlərindən  lokal  serverlərə  köçürmək 

lazım  gəlir.  FTP  serverlərində  olan  faylı  əldə  etmək  üçün  şəbəkə  qovşağının, 

kataloqun və faylın adını dəqiq bilmək kifayətdir. 

FTR  serverləri  kimi  Gopher  (fayl  mübadiləsinin  daha  mükəmməl  sistemi) 

serverləri  də  indiki  zamanda  ancaq  universitetlərdə  istifadə  edilir.  Bundan  əlavə 

bəzi  kommersiya  firmaları  özlərinə  aid  olan  proqram  təminatlarını  yazmaq  üçün 

FTP  serverlərdən  istifadə  edirlər.  FTP  və  Gopher  serverlərinə  müraciət  standart 

Veb – brauzerlərinin köməkliyi ilə həyata keçirilir. 

NNTP

 (Network News Transfer Protocol – Şəbəkə Xəbər Ötürmə Protokolu) 

-  bu  xəbərlər  (məqalələr)  yaymaq  və  qəbul  etmək,  telekonfranslar  keçirmək, 

şəbəkədə  diskussiya  etmək,  elanlar  vermək  və  s.  üçün  işlənib  hazırlanmış 

standart İnternet protokoludur. 

 

QEYD

:  Diskussiya  latın  sözüdür,  məsələyə  baxış  və  ya  məsələ  üzərində 

tədqiqat  aparma  anlamını  verir.  Diskussiyanın  əsas  xarakteristikası  (digər 

mübahisələrdən  fərqli  cəhəti)  aparılan  mübahisənin  arqument  əsasında  həyata 

keçirilməsidir. Mübahisədə iştirak edən hər iki tərəf, qarşı tərəfin - həmsöhbətin 

fikrini əsas götürməklə öz mövqeyini arqumentə əsaslanaraq bildirməlidir. 

 

UseNet

  (hazırda  dünyada  ən  qlobal  hesab  edilən  telekonfranslar  sistemi) 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə