İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə115/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 377 



QEYD

: 1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin təşəbbüsü ilə yeni dövlət 

strukturu,  strukturun  tərkibində  isə  gələcək  problemlərin  həlli  üçün  ARPA 

(Advanced  Research  Projects  Agency)  agentliyi  yaradıldı.  Agentlik  qarşısında 

duran  əsas  məsələ  müdafiə  sahəsində  yeni  və  perspektiv  elmi  layihələrlə  bağlı 

məsələlərin həll edilməsi idi. Məqsəd bir idi – hərbi işlərdə Sovet dövləti Amerika 

Birləşmiş Ştatlarını ötüb keçməməli. 

Ö dövrdə əsas məsələ agentlik tərəfindən kompüterlər arasında verilənlərin 

mübadiləsini həyata keçirən elektron şəbəkənin yaradılması idi. Şəbəkə ARPANET 

adlandırıldı (Net –ingiliscə “şəbəkə” anlamını verir). 

ARPANET  şəbəkəsinin  yaradılmasında  istifadə  edilən  bütün  təşkiledicilər 

sonralar tamamilə İNTERNET şəbəkəsində istifadə olundu.  

İnternetin  yaradıcısı  kim  olmuşdur  sualına  cavab  vermək  çətindir.  Suala 

təxmini  cavab  belədir:  şəbəkə  bir  nəfər  tərəfindən  deyil,  çoxlu  sayda  alımlər  və 

bu sahədə peşəkar olan şəxslər tərəfindən yaradılmışdır. 

Bu  barədə  məlumata  2013-cü  ildə  texniki  jurnalların  birində  çap  edilmiş 

maqələdə  rast  gəlinir.  Məqalədə  şəbəkənin  yaradılma  təşəbbüskarının  Cozef 

Liklayder (Joseph Carl Robnett Lieklider: 1915-1990) olduğu qeyd olunur.  

Ümumiyyətlə,  İnternetin  yaradıcılarından  birini  Pol  Barana  olduğunu  (Paul 

Aleksandr  Baran:  1926-2011)  hesab  etmək  düzgündür.  1959-cu  ildə  “RAND 

Corporation”  şirkətində  işləyərkən  Pol  Barana  nüvə  hücumlarından  müdafiə 

olunmaq üçün şəbəkə sisteminin yaradılması ilə məşğul olur. Əsas məsələ şəbəkə 

vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasinda olaraq ötürülməsi və bu 

məqsədlə ötürülən informasiyanın həddindən artıq sıxlığa malik olması idi. 

Bu  ərəfədə  informasiyanın  kommunikasiya  şəbəkələrində  paketlər 

formasinda  ötürülməsi  məsələsini  ingilis  fiziki  Donald  Devis  də  (Donald  Watts 

Davies:  1924-2000)  irəli  sürür  və  maliyyə  çatışmazlığı  üzündən  problem  həllini 

tapa bilmir.  

Nəzərə  almaq  lazımdır  ki,  “RAND  Corporation”  şirkəti  Amerikanın  starteji 

mərkəzi olduğu üçün şirkətdə bu sahə ilə bağlı yerinə yetirilən işlər vaxtlı-vaxtında 

həyata keçirilidi, çünki şirkətin maliyyə təminatı lazımı səviyyədə yerinə yetirilirdi.  

Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da İnternetin yaradılmasını məhz 

həmin şirkətin adı ilə bağlayırlar. Digər tərəfdən də 1963-cü ildə vahid kompüter 

şəbəkəsinin  yaradılması  ideyası  şirkətdə  laboratoriya  müdiri  işləyən  Cozef 

Liklayderə tapşırıldığı üçün bu məsələnin doğrülünü müəyyən qədər təsdiq edir. 

İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində (1966-cı il) Cozef Liklayder 

şirkəti  tərk  edir  və  problemin  həlli  Bob  Teylora  (Robert  William  Taylor:  1932-  ) 

tapşırılır.  B.Teylor  tərəfindən  yaradılan  vahid  kompüter  şəbəkəsi  4  müxtəlif 

istiqamətdən  məlumatları  qəbul  etməklə  təhlil  edirdi.  Alınmış  məlumatları  təhlil 

etmək həddindən artıq çətinliyə gətirib çıxarırdı, çünki hər bir istiqamətdən gələn 

məlumat  özünə  uyğun  terminalda  təhlil  olunurdu.  Bu  baxımdan  da  təşkilatçı 

müxtəlif istiqamətlərdən daxil olan informasiyaların bir terminala daxil edilməsinə 

və  həmin  terminalda  təhlil  edilməsini  məsləhət  görür,  bu  ideyanın  həyata 

keçməsinə üstünlük verir və ideyanı həyata keçirir. 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



378 

ARPANET  şəbəkəsinin  yaradılmasına  1966-cı  ildən  başlanılır.  Tədqiqatlar 

Boston  şəhərində  yerləşən,  Cozef  Liklayderin  rəhbərlik  etdiyi  BBN  firmasına 

həvalə  olunur.  Layihənin  yerinə  yetirilməsində  Kaliforniya ştatının  üç  universiteti 

və Yutı ştatının bir universiteti iştirak edir. 

Bir-birindən 600 kilometr məsafədə yerləşən iki kompüter arasında ilk əlaqə 

seansı 1969-cu il, Oktyabr ayının 29-da, 21

00

-da baş tutur. Bir terminaldan digər 



terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur. 

Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. Daha sonra şəbəkənin 

imkanlarından  (1971-ci il) daha  15  universitet  istifadə  etməyə  başlayır.  1973-cü 

ildə şəbəkəyə Böyük Britaniya və Norveç universitetləri də qoşulur. 

Beləlikılə, şəbəkə ümumdünya statusu alır. 

1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə qarşısında 

qoyulmuş məsələ artıq öz həllini tapmışdı. Şəbəkənin işini onun bazası əsasında 

yaradılmış yeni şəbəkə - İNTERNET şəbəkəsi davam etdirir.  

 

 

Cozef Liklayder 



 

Pol Baran 

 

Donald Devis 



 

Bob Teylor 

 

 

1969-cu  il,  yanvar  ayınan  əvvəllərində  Amerika  Birləşmiş  Ştatlarında 



İnternetin  əsası  qoyuldu.  Bu  zaman  bir  qrup  alim  kompüterlərin  şəbəkələrə 

birləşdirilməsi  üzrə  tədqiqatlara  başlamışdı.  Tədqiqat  ABŞ-ın  Müdafiə  Nazirliyinin 

bölməsi  olan  Advanced  Research  Project  Agency  (ARPA-Elmi  Araşdırmalar 

Agentliyi)  tərəfindən  maliyyələşdirilirdi.  Şəbəkə  bir  tərəfdən  hərbi  sənaye 

sahəsində  elmi  tədqiqatlara  təkan  verməli,  digər  tərəfdən,  məsələn,  raket-nüvə 

zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı 

və  bu  şəraitdə  normal  fəaliyyətini  davam  etdirməyə  qabil  şəbəkələrin  qurulması 

metodlarının  tədqiqat  obyekti  olmalı  idi.  1961-ci  ildə  Kaliforniya  Universitetinin 

professoru Leonard Kleynrok (Leonard Kleinrock) informasiyanın paket prinsipi ilə 

ötürülməsi ilə bağlı ilk elmi məqaləni sayılan jurnallardan birində çap etdirir. Alim 

elmi  məqalədə  qlobal  informasiya  şəbəkələrinin  qurulmasının  başlıca  prinsipini 

formalaşdırır:  informasiyanı  müəyyən  zaman  müddətində,  müxtəlif  sayda  aralıq 

bəndlərindən  keçirməklə,  böyük  məsafəyə  göndərmək  üçün  verilənlər  kiçik 

paketlərə ayrılmalı və bir-birindən asılı olmadan ötürülməli, yalnız son məntəqədə 

qəbuledici tərəfindən bir yerə yığılmalıdır. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə