İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə112/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 367 

ötürmənin  bitməsi  barədə  təsdiq  alan  kimi  marker  azad  edilir  və  marker,  onu 

gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir. 

 

 

 



Tokren Ring texnologiyası 

 

Arcnet (Attached Resource Computer Network) texnologiyası

 sadə, 

ucuz,  etibarlı  və  çevik  lokal  şəbəkə  arxitekturasıdır.  Bu  texnologiyada 



kompüterlərdən  biri  xüsusi  marker  yaradır  və  ardıcıl  olaraq  bir  kompüterdən 

digərinə  ötürür.  Əgər  hər  hansı  stansiya  məlumat  ötürmək  istəyirsə,  həmin 

markeri  gözləyir,  marker  alan  kimi  ötürəcəyi  məlumata  ünvan  informasiyasını 

qoşub  markerlə  birlikdə  ötürür.  Arcnet  texnologiyası  istənilən  topologiyada 

istifadə edilə bilir. 

 

QEYD

:  ARCNET  texnologiyası  1976-cı  ildə  Datapoint  şirkətinin  mühəndisi 

Con  Merfi  tərəfindən  yaradılmışdır.  1977-ci  ildə  isə  texnologiya  haqqında  elan 

verilmişdir. ARCNET texnologiyası şin və ulduz texnologiyasına əsaslanır.  Ötürücü 

mühit kimi koaksiol kabeldən istifadə edilir. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



368 

 

 



Arcnet texnologiyası 

 

Ethernet  texnologiyası

  şəbəkə  düyünlərinin  ümumi  şinə  paralel 

qoşulması  şəraitində  işləyir.  Marker  azad  olan  kimi  şəbəkənin  növbəti  ötürməyə 

hazır olduğunu xəbər verir. Rəsmi olaraq Ethernet şəbəkəsinin yaranma tarixi 22 

may 1973-cü il hesab edilir. Palo-Alto şəhərində yerləşən Xerox firmasının Elmi-

tədqiqat mərkəzinin əməkdaşları B.Metkalf və D.Boqqs sayılan jurnalların birində 

eksperimental  şəbəkə  haqqında  məqalə  çap  etdirirlər  və  həmin  şəbəkənin 

Enhernet adlandırıldığı barədə oxuculara məlumat verirlər. 

 

 

Devid Boqqs, Ron Kreyn və Bob Metkalf 



Şəbəkə 

koaksial 

kabellə 

qurulmuşdu  və  verilənlərin  kabel 

vasitəsi ilə ötürülməsi 2,94 Mbit/saniyə 

təşkil  edirdi.  1979-cu  ildə  Digital,  Intel 

və Xerox şirkətləri lokal şəbəkə vasitəsi 

ilə  informasiyanın  10  Meqabit/saniyə 

ötürülməsinə  imkan  verəcək  texnologi-

yanın  hazırlanması  üçün  DIX  konsersi-

umunu yaradırlar. 1980-cı ildə Ethernet 

layihəsi  üzərində  tədqiqatları  həyata 

keçirmək  üçün  elmi  işçilərdən  qrup 

yaradılır. 

 

Həmin qrup 1983-cü ildə Ethernet 802.3 və Ethernet 10Base5 standartlarını 



təsdiq  edir.  İnformasiyanın  etibarlı  (səmərəli,  əlverişli)  şəkildə  ötürülməsi  üçün 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 369 

koaksial  kabeldən,  şəbəkənin  düyünlərində  isə  transiverlərdən  istifadə  olunması 

nəzərdə tutulur. Ethernetin yaradılmasında növbəti addım 1990-cı ildə 10Base-T 

standartının yaradılması olur. Standartda informasiyanın ötürülmə mühiti kimi bir 

cüt  ekranlaşmamış  kabelin  burulmasından  (Unshielded  Twisted  Pair  –  UTP) 

istifadə  olunurdu.  Standartın  arxitekturası  “ulduz”  topologiyasina  əsaslanırdı. 

Topologiyada  hər  bir  işçi  stansiya  toplanmış  (konsentrasiyalı)  məzkəz  ilə  əlaqə 

saxlayırdı. 

 

 



 

Ethernet texnologiyası

 

 

 



Wi-Fi  (Wireless  Fidelity  –  ingiliscədən  tərcümədə  “naqilsiz  keyfiyyət” 

anlamını  verir)  adı  ilə  dünyada  məşhur  olan  lokal  naqilsiz  şəbəkənin  yaradılma 

texnologiyasına  1980-cı  illərin  sonunda  başlanılmışdır.  Wi-Fi  naqılsız  şəbəkəsi 

IEEE  802.11  standartı  bazasına  əsaslanaraq  hazırlanmış  Wi-Fi  Alliance  satış 

markasıdır. 

Wi-Fi lokal naqilsiz şəbəkə 1991-ci ildə Niderlandiyanın Niveqeyn şəhərində 

NCR  Corporation/AT&T  tərəfindən  yaradılmışdır.  Hazırlanmış  şəbəkə  ilk  dəfə 

kassa aparatları sisteminə qulluq üçün nəzərdə tutulmuşdu.  




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



370 

 

Vik Heyz 



Wi-Fi  şəbəkəsinin  yaradıcısı  Vik  Heyz  (Vic 

Hayes)  rəhbərlik  etdiyi  qrupun  köməkliyi  ilə  IEEE 

802.11b,  IEEE  802.11a  və  IEEE  802.11g 

standartlarının 

hazırlanmasında 

fəal 


iştirak 

etmişdir.  IEEE  802.11n  standartı  11  sentyabr 

2009-cu  ildə  təsdiq  edildi.  Standartdan  istifadə 

etməklə  verilənlərin  ötürülmə  sürəti  əvvəlki 

standartlarla  müqayisədə  (maksimal  sürət  54 

Mbit/saniyəyə  bərabər  idi)  dörd  dəfə  artırıldı. 

2011-2013-cü  illərdə  yeni  standart  yaradıldı  və 

həmin  standartın  (IEEE  802.11ac  standartı 

nəzərdə  tutulur)  tam  qəbulu  2014-cü  ilə 

planlaşdırıldı.  Yeni  standartda  informasiyanın 

ötürülmə  sürəti  Qiqabit/saniyələrlə  ölçülməsi 

nəzərdə tutuldu. 

Wi-Fi lokal naqilsiz şəbəkədə fiziki mühit kimi 

radiotezlikli  və  ya  infraqırmızı  diapozona  malik 

mühiddən istifadə edilir. 

  

 



Lokal  şəbəkələrdə  mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş  iki  əsas 

idarəetmə prinsipi mövcuddur. 



Mərkəzləşdirilmiş  idarəetmə  prinsipində

  məlumatlar  mübadiləsinin 

idarə  edilməsi  fayl-server

 

tərəfindən  yerinə  yetirilir.  Serverdə  saxlanılan  fayllar 



şəbəkənin  işçi  stansiyaları  tərəfindən  idarə  edilə  bilərlər.  Bir  işçi  stansiyasının 

faylına digər işçi stansiya müraciət edə bilməz. 

Mərkəzləşdirilmiş  şəbəkələrdə  xüsusi  ayrılmış  serverlər

 

olmur.  Şəbəkənin 



idarəetmə funksiyası növbə ilə bir işçi stansiyadan digər işçi stansiyaya ötürülür. 

Çox da böyük olmayan işçi stansiya üçün belə şəbəkə daha səmərəlidir və 

real  paylanmış  hesablama  mühitinin  qurulmasına  imkan  verir.  Mərkəzləşdirilmiş 

şəbəkələrə  nəzərən  burada  proqram  təminatı  daha  sadə  olur,  fayl-serverdən 

istifadə edilməsi lazım olmur, sistemin qurulması ucuz başa gəlir. 

   



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə