İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə108/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   104   105   106   107   108   109   110   111   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



352 

 

 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 353 



 

FƏSİL XVIII. KOMPÜTER ŞƏBƏKƏLƏRİ. İNTERNET 

 

 

KOMPÜTER ŞƏBƏKƏLƏRİ HAQQINDA ÜMUMİ 

ANLAYIŞ VƏ ONLARIN TƏYİNATI 

 

Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və 



bir-biri  ilə  informasiya  mübadiləsi  edən  kompüterlər  qrupu  nəzərdə  tutulur. 

Şəbəkədə  birləşdirilmiş  kompüterlər  müxtəlif  coğrafi  nöqtələrdə  yerləşə  bilər. 

Kompüter  şəbəkəsi  ilə  çoxmaşınlı  kompleksi  eyniləşdirmək  olmaz.  Çünki 

çoxmaşınlı kompleksə daxil olan hər bir maşın vahid hesablama prosesində ayrıca 

bir  iş  görür.  İstənilən  kompüter  miniatür  çoxmaşınlı  kompleksdir.  Çünki 

kompüterin  tərkibinə  müxtəlif  kontrollerlər  və  adapterlər  daxildir  ki,  bunların  da 

hər  birinin  özünəməxsus  funksiyası,  prosessoru  və  yaddaşı  vardır.  Çoxmaşınlı 

kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır. 

 

 

 



 

  

Yeni nəsil IBM maynfremi 

 

Belə  maşınların  tərkibində  xarıcı  qurğuların  idarə  edilməsi  kimi  köməkçi 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



354 

funksiyalar icra edən köməkçi kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli 

olaraq  şəbəkədə  birləşdirilmiş  maşınların  icra  etdikləri  funksiyalar  əvvəlcədən 

məlum  deyil,  şəbəkənin  quruluşu  dəyişə  biləndir  və  müxtəlif  proseslərdə 

kompüterlərin  qarşılıqlı  fəaliyyəti  müxtəlif  ola  bilir.  Şəbəkənin  işi  yalnız 

kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur. 

Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o 

cümlədən,  iqtisadiyyatın  qloballaşdırılması,  işgüzar  fəaliyyətin  və  dövləti  işlərin 

idarə  edilməsi  səviyyəsinin  yüksəldilməsi,  informasiya  xidmətinin  yeni  növlərinin 

meydana çıxması ilə bağlıdır.  

Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə 

malikdir: 

 

İş  yerlərində  icra  edilən  idarəetmə  əməliyyatları  bir  proqramla,  vahid 



qayda və vahid vasitələrlə həyata keçirilir; 

 



Şəbəkədən  istifadə  edilməsi  zamanı  müəssisənin  bütün  verilənləri  bir 

(bəzən  bir  neçə)  kompüterdə  yerləşdirilir  ki,  bu  da  həmin  verilənlərə 

bütün iş yerlərindən müraciət etmək imkanı verir; 

 



Disk yaddaşına qənaət edilir; 

 



Sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər 

üçün də əlçatan olur; 

 

Çoxistifadəçili rejim təmin edilir; 



 

Periferiya  qurğularından  (printerdən,  maqnit  diskindən  və  s.)  şərikli 



istifadə edilir. 

Sadalanan  bu funksiyalar 

proqramların paylanması

verilənlərin paylanması



 

və 


kompüter resurslarının paylanması

 adlanır. Bununla yanaşı şəbəkədə prosessor 

resursları  da  paylana  bilir,  yəni,  az  güclü  kompüter  güclü  kompüterin 

resurslarından istifadə edə bilir.  

Kompüter şəbəkələri lokal, regional və qlobal olur. 

Lokal  hesablayıcı  şəbəkələr

 

(LAN  -  Local  Area  NetWork)



  məhdud  

məkanda  (1  kilometrlik  radiusda)  yerləşən  bir  müəssisəyə  aid  kompüterləri 

birləşdirir.  

 

 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 355 

   

 

 



 

 Local Area NetWork 

 

 

Regional hesablayıcı şəbəkələr

 (

WAN – Wide Area NetWork



) ərazi və ya 

tabeçilik əlaməti üzrə birləşdirilmiş bir neçə lokal şəbəkədən yaranır. 

 

 

Wide Area NetWork 



 

Qlobal  hesablayıcı  şəbəkələr

  (


GAN  –  Global  Area  NetWork

)  müxtəlif 

ölkələrdə  və  müxtəlif  kontinentlərdə  yerləşən  təşkilatların,  firmaların,  elmi 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



356 

idarələrin və ya şəxslərin kompüterlərini birləşdirir.  

 

 

 



 

Global Area NetWork 

  

Şəbəkə proqram təminatının təşkilinə iki yanaşma mövcuddur: 



 

Mərkəzləşdirilmiş idarəetmə ilə təşkil edilən şəbəkələr; 



 

Birsəviyyəli şəbəkələr. 



Mərkəzləşdirilmiş

 

idarəetmə



  ilə  təşkil  edilən  şəbəkələrdə  informasiya 

mübadiləsini  idarə  etmək  üçün  ayrıca  bir  və  ya  bir  neçə  kompüter  olur.  Buna 

mərkəzi  server

  deyilir.  Serverdə  şəbəkə  dispetçeri  vardır  ki,  bu  da  şəbəkənin 

etibarlı və təhlükəsiz işləməsini təmin edir. Digər kompüterlər işçi stansiyalardır. 

Server üç əsas funksiya icra edir: 

 

Şəbəkənin  konfiqurasiyası  (quruluşu)  barədə  məlumatı,  sistem 



cədvəllərini və tez-tez istifadə edilən proqramları saxlayır; 

 



Bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul edir; 

 



Digər şəbəkələr üçün şlüz (ötürücü qurğu) xidməti göstərir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə