İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə104/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   100   101   102   103   104   105   106   107   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



342 

qurulması ilə bağlı ümumi prinsiplər də mövcuddur. 

Kompüter qrafikası şərti olaraq hissələrə bölünərək araşdırılır. 

Birinci  hissənin  məqsədi  təsvirlərin  yaradılması  və  saxlanmasının  əsas 

məsələlərini öyrənməkdən ibarətdir. Əsas məsələlərdən birincisi qrafik təsvirlərin 

təsvir üsulları, rastr və vektor qrafikadır. 

Rast  qrafikası  redaktorunda  təsvirlərin  formalaşdırılması  üçün  yüzlərlə  və 

minlərlə (hətta milyonlarla) nöqtədən, vektor qrafikası redaktorlarında isə təsvir-

obyektləri saxlamaq üçün riyazi formulalardan istifadə edilir. 

Təsvirlərin  təsvir  üsulu  təsvirlərin  redaktə  edilmə  keyfiyyətinə,  çap 

edilməsinə, həmçinin onların yaddaşda tutduğu həcmə əhəmiyyətli təsir göstərir. 

Belə  ki,  təsvirin  necə  şərh  edildiyini  bilməklə  onun  nə  üçün  düzgün  çap 

edilmədiyini,  sərt  diskdə  çox  yer  tutduğunu,  təsvirin  ölçüsü  dəyişdiriləndə  onun 

niyə pilləvari və ya pis görünüşə malik olmasının səbəbini aydınlaşdırmaq olur.  

İkinci əsas məsələ rəng və onun şərh üsuludur.  Cisimlərin görunməsi üçün 

onlar ya işıg ilə şüalanmalı, ya da işığı əks etdirməlidirlər. Rəng həm şüalanma, 

həm də əksetdirmə prosesində alına bildiyinə görə onun şərh edilməsinin müxtəlif 

üsulları mövcuddur. Əslində rəngin nədən ibarət olduğunu və onun kompüterdə 

necə  yaradıldığını  bilməyin  özü  bir  çox  problemləri  həll  etməyə  kömək  edir.  Bu 

məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap 

edilən təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır. 

Üçüncü əsas məsələ grafik faylların formatlarıdır. Sonrakı mərhələlərdə emal 

ediləcək  (işlənəcək)  təsvirlərin  saxlanması  problemi  olduqca  böyük  əhəmiyyət 

kəsb edir. Qrafik redaktorların hamısı üçün qrafik faylları saxlamaqdan ötrü vahid 

format  yoxdur  və  ola  da  bilməz.  Lakin  elə  formatlar  da  var  ki,  onlar  bir  sira 

predmet  oblastları  üçün  standart  formatlar  hesab  edilir.  Qrafik  formatların 

xüsusiyyətlərini  bilmək  təsvirlərin  səmərəli  saxlanması  və  müxtəlif  əlavələr 

arasında  məlumat  mübadiləsinin  həyata  keçirilməsi  üçun  böyük  əhəmiyyət  kəsb 

edir. 

 

 



QRAFİK TƏSVİR ÜSULLARI. RASTR QRAFİKA 

 

Rastr  təsvir  çox  kiçik  elementlərdən–piksellerdən  ibarət  olan  mozaika  kimi 

təsəvvür  edilə  bilər.  Belə  təsvir  xırda  xanaları  olan  kağıza  bənzəyir.  Xanaların 

(piksellərin) hər biri müəyyən rənglə rənglənir və nəticədə təsvir formalaşmış olur 

(şəkil 137.). Rastr qrafikada prinsip olduqca sadədir, çünki prinsip kompüter kəşf 

ediləndən çox-çox əvvəl (onlarla əsr) mövcud idi. 

İncəsənətin  mozaika,  tikmə,  vitraj  (qapıya,  pəncərəyə  və  s.  yerlərə  salınan 

rəngli  şüşələrdən  düzəldilən  şəkil  və  ya  naxış)  formasi  kimi  inkişaf  edən 

sahələrində təsvirlər həmişə diskret elementlərdən istifadə edilməklə yaradılmışdı. 

Başqa bir misal, freskanı (divar naxışını) divara köçürmək üçün ən səmərəli 

üsul  xanalardan  istifadə  etməkdir.  Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  həm 

təsvir  çəkilmiş  kağız,  həm  də  təsvir  köçürülməli  olan  divar  eyni  sayda  xanalara 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 343 

bölunür.  Sonra  isə  təsvirin  fraqmenti  oldugu  kimi  kağızdan  divardakı  xanalara 

köçürülür.  Rastr  qrafikada  təsviri  formalaşdiran  yüzlərlə  və  minlərlə  pikseldən 

istifadə edilir.  

Kompüter qrafikasında piksel termini müxtəlif anlayışlarla şərh edilə bilər: 

 

Piksel–kompüter ekranında ən kiçik təsvir elementidir. 



 

Piksel–rastr təsvirin ayrıca elementidir. 



 

Piksel–printerdə çap edilən təsvir nöqtəsidir. 



 

Nöqtə-printerlə yaradılan ən kiçik elementdir. 



 

 

 



Şəkil 137. Rəstr təsvir 

 

Displeyin ekranı verilmiş sayda sətirlərə və sütunlara bölünmüş qrafik tordan 



(rastrdan)  ibarətdir.  Odur  ki,  displeyin  ekranı  məlum  sayda  videopiksellərdən 

ibarət olur. Qrafik torun ölçüsü N*M düsturu ilə müəyyən edilir. Burada N–üfqi 

istiqamət  üzrə,  M–şaquli  istiqamət  üzrə  videopiksellərin  sayıdır.  Müasir 

displeylərdə  640x480,  800x600,  1024x768,  1240x1024  və  s.  ölçülərdə  qrafik 

tordan istifadə edilir. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



344 

Rastr qrafikanın aşağıdakı üstünlükləri vardır: 

1.Hər  bir  pikselə  mümkün  olan  milyonlarla  rəng  çalarından  birini  vermək 

olur.  


2.Nöqtələrin  ayrı-ayrı  piksellərlə  təsvir  edilməsi  üçün  nəzərdə  tutulan  çıxış 

qurğularını kompüter çox asan idarə edir. Odur ki, rastr təsvir printerdə çox asan 

çap edilə bilir. 

Rastr qrafikanın çatışmazlıqları bunlardır: 

1.Rastr  təsvir  faylında  hər  bir  pikselin  rəngi  haqqında  informasiya  bitlərin 

kombinasiyası  formasında  saxlanır.  Daha  sadə  təsvirlər  ağ  və  qara  rənglərdən 

ibarət olur. Bu halda hər bir pikselin rəngini kodlaşdırmaq üçün qiyməti “0”dan və 

ya  “1”dən  ibarət  olan  bir  bit  kifayət  edir.  Pikselin  rəngi  iki  bitlə  kodlaşdırılanda 

kombinasiyaların nümkün sayı dördə (2

2

) bərabər olur (00, 01, 10, 11) yəni, iki 



bitlə dörd rəng kodlaşdırıla bilər. Dörd bit (2

4

) 16 pəngi, 8 bit (2



8

) 256 rəngi, 24 

bit (2

24

) isə 16 777 216 rəng çalarını kodlaşdırmağa imkan verir.  



Sadə  rastr  təsvirlər  çox  da  böyük  yaddaş  sahəsi  tələb  etmir.  Fotoqrafiya 

keyfiyyətinə  malik  olan  təsvirlər  isə  əksər  hallarda  bir  neçə  meqabayt  (Mbayt) 

həcmində yaddaş sahəsi tələb edir. Əgər qrafik torun ölçüləri 1240x1024, istifadə 

edilən rənglərin sayı 16 777 216-ya bərabər olarsa, rastr faylın həcmi ≈4Mbayta 

bərabər olacaqdır. 

Göründüyü kimi rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş tələb 

edilir.  Bu  problemin  ən  sadə  həlli  kompüterin  yaddaş  qurğularının  həcmini 

artırmaqdır.  Müasir  sərt  və  optik  disklər  məlumatları  saxlamaq  üçün  böyük 

həcmdə yaddaş sahəsinə malikdir.   

Problemin digər həlli qrafik informasiyanın sıxılmasıdır. Bu məqsədlə qrafik 

fayllarda  məlumatların  təşkil  üsulunun  dəyişdirilməsi  hesabına  rastr  faylların 

ölçüsünü  azaldan  proqramlardan  istifadə  edilir.  Qrafik  məlumatları  sıxmaq  üçün 

bir neçə  üsuldan istifadə  edilir.  Bu  üsullardan  ən  sadəsi  təkrarlanan  kəmiyyətlər 

ardıcıllığıdır. 

Bu  cür  sıxma  üsulu  RLE  (Run-Length-Encoding)  adlanır.  RLE  üsulu  eyni 

çalarla  rənglənmiş  böyük  sahələrə  malik  olan  təsvirlərlə  daha  yaxşı  işləyir. 

Fotoqrafiya  fayllarında  eyni  rəngə  malik  olan  uzun  piksellər  sətri  demək  olar  ki, 

olmadığına görə bu üsulla fotoqrafiya fayllarını yaxşı sıxmaq mümkün olmur. 

Çoxsaylı  naxışlara  malik  olan  təsvirləri  sıxmagdan  ötrü  ən  yaxşı  üsul  LZW 

üsuludur.  

2.Rastr  təsvirlər  miqyaslaşdırılandan  və  fırladılandan  sonra  öz  keyfiyyətini 

itirir,  çünki  eyni  çalarla  rənglənmiş  sahələr  standart  naxışa  (və  ya  təsvirdə  olan 

səlist duz və əyri xətlər gözlənilmədən girintili-çıxıntılı xətlərə) çevrilə bilər. Rastr 

təsviri əvvəlcə kiçildib sonra əvvəlki ölçüsünə qədər böyüdəndə təsvirin görünüşü 

pisləşir, pilləvari formaya düşür (pilləvari effekt yaranır), rənglənmiş sahələr təhrif 

edilir.  

Rastr  təsvirlər  üzərində  miqyaslaşdırma,  firlatma  və  digər  əməliyyatları 

yerinə yetirmək üçün az sayda imkanlar mövcuddur. 

 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə