İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə105/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   101   102   103   104   105   106   107   108   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 345 



VEKTOR QRAFİKA 

 

Vektor  qrafikada  təsvirlər  düz  xətlərdən,  qövslərdən,  çevrələrdən, 

ellipslərdən,  düzbucaqlılardan,  eyni  və  müxtəlif  rəngli  oblastlardan  qurulur. 

Bunları 


primitivlər

 adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin köməyi 

ilə müxtəlif təsvirlər yaradilır. Vektor-primitivlərin kombinasiyasından və müxtəlif 

rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur (şəkil 138.). 

 

 

Şəkil 138. Düzbucaqlı, dairə və xətlərdən istifadə etməklə yaradılmış sadə vektor 



obyektləri 

 

Üçölçülü  kompüter  qrafikasında  kub,  kürə  və  s.  kimi  həcmli  primitivlərdən 



istifadə edilir. 

Vektor primitivlər şərh vasitəsilə verilir. Kompüter üçün belə şərhlər əmrlərin 

köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun parametrləri verilir. 

Obyektin  rəngi  haqqında  informasiya  vektor  əmr  formasında  şərhin  tərkib 

hissəsi kimi, rastr təsvirdə isə hər bir pikselin rəngi haqda informasiya saxlanır. 

Vektor  əmrlər  çıxış  qurğusuna  maksimal  mumkun  elementlərdən  istifadə 

etməklə obyekt qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün çıxış 

qurğusunda  istifadə  edilən  elementlərin  sayı  nə  qədər  çox  olarsa  obyekt  bir  o 

qədər yaxşı görünər. 

 

VEKTOR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ 

VƏ ÇATIŞMAZLIQLARI 

 

Tərkibinə rastr obyektlər daxil olmayan vektor təsvirlər kompüterdə nisbətən 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



346 

çox da böyük olmayan yaddaş sahəsi tutur. Belə ki, min primitivdən ibarət olan 

vektor  təsvir  bir  neçə  yüz  Kbayt-dan  çox  olmayan  yaddaş  sahəsinə  yerləşir. 

Analoji  rastr  təsvir  üçün  isə  10  dəfədən  1000  dəfəyə  qədər  çox  yaddaş  sahəsi 

tələb edilir.  

Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək 

üçün onun şərhini dəyişdirmək lazımdır. Məsələn, ellipsi böyütmək və ya kiçiltmək 

üçün  onu  məhdudlaşdıran  düzbucaqlının  yuxarı  sol  və  aşağı  sağ  kuncünün 

koordinatlarının  qiymətini  dəyişdirmək  kifayətdir.  Koordinatlarınn  qiyməti 

dəyişdiriləndən  sonra  qurulan  (dəyişdirilən)  obyekt  üçün  də  maksimal  mümkün 

sayda elementlərdən istifadə ediləcək. Beləliklə, vektor təsvirlər keyfiyyətinə xələl 

gəlmədən asan miqyaslaşdırıla bilir. 

Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses 

trassirovka

  adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan 

piksellər qrupunu tapır və ona uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda 

alınan nəticə üzərində işləmək lazım gəlir. 

Vektor  təsvirin  əsas  təşkilediciləri  xətlər,  çevrələr,  ellipslər  və  digər  sadə 

fiqurlardır.  Ona  görə  də  son  vaxtlara  qədər  vektor  qrafikadan  çertyojların, 

diaqramların, qrafiklərin qurulması və eləcə də texniki illüstrasiyaların yaradılması 

üçün istifadə edilirdi. Kompüter texnologiyasının inkişafı ilə vəziyyət xeyli dəyişdi. 

Bu  günkü  vektor  təsvirlər  reallığa  daha  çox  yaxındır.  Lakin,  vektor  qrafika  ilə 

fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ ondadır 

ki,  fotoqrafiya  rənglərin  və  parlaqlıqların  çox  mürəkkəb  bölündüyü  mozaikadır. 

Belə mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.  

Vektor  təsvirlər  onlarla,  bəzən  də  minlərlə  əmrlərin  köməyi  ilə  şərh  edilir. 

Çap  prosesində  bu  əmrlər  çıxış  qurğusuna  (məsələn,  lazer  printerə)  verilir.  Bu 

zaman  elə  ola  bilər  ki,  təsvir  kağızda  istifadəçinin  istədiyindən  tamam  fərqli 

formada çap edilsin və ya umumiyyətlə çap edilməsin. Belə vəziyyət ona görə baş 

verir ki, printerin özünəməxsus prosessoru ona verilən əmrləri interpretasiya edir. 

Ona görə də hər hansı sadə vektor təsviri çap etməklə printerin verilmiş standarta 

uyğun  olan  vektor  əmrləri  yerinə  yetirə  bilib-bilmədiyini  yoxlamaq  lazımdır.  Hər 

şey  normal  olarsa  həmin  printerlə  mürəkkəb  vektor  təsvirləri  çap  etmək  olar. 

Əgər  printer  hər  hansı  primitivi  tanımasa,  təsviri  başqa  printerdə  çap  etmək 

lazımdır. Beləliklə,  vektor təsvirlər  bəzən  kağıza çap  edilə  bilmir (və  ya  istənilən 

kimi çap edilə bilmir). 

 

RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ 

 

Qrafik  redaktorlar  kompüter  təsvirləri  yaradanlar  üçün  alətdir.  Bunların 

köməyi  ilə  istifadəçilər  təsvirləri  yaradır  və  redaktə  edirlər.  Hal  hazırda  çoxsaylı 

qrafik  redaktorlar  mövcuddur.  Ona  görə  də  konkret  məsələ  üçün  hansı 

redaktorun  münasib  olduğunu  bilmək  çox  vacibdir.  Təsvirlərin  keyfiyyətinin 

yaxşılaşdırılması  və  fotomontaj  əməliyyatları  rastr  qrafik  redaktorlarla  aparılır. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 347 

Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir. 

İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üçün alətlərə malik olur. Əyri aləti 

(fırça və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üçün nəzərdə tutulmuşdur. 

Restangle  (Прямоугольник-Düzbucaqlı),  Ellipse  (Эллипс-Ellipis)  və  Polygon 

(Многоугольник-Çoxbucaqlı)  alətlərindən  həndəsi  fiqurların  qurulması  üçün, 

rəngləmədən ötrü isə Fill (Заливка-Doldurma) alətindən istifadə edilir. Mətnlərin 

və sərlövhələrin yaradılması üçün Text (Техт-Mətn) aləti tətbiq edilir. Təsvirlərlə 

işləyərkən  çox  vaxt  təsvirdəki  xırda  detalları  yaxşı  görə  bilmək  üçün  fraqmenti 

böyütmək  lazım  gəlir.  Bu  məqsədlə  Zoom  (Масштаб-Miqyas)  alətindən  istifadə 

edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə 

baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur. 

Qrafik  redaktorlarda  təsvirin  ayrı-ayrı  hissələrini  köçürməyə,  yerini 

dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə 

imkan  verən  imkanlar  reallaşdırılmışdır.  Fraqment  üzərində  hər  hansı  əməliyyatı 

aparmazdan  əvvəl  onu  ayırmaq  lazımdır.  Vektor  qrafika  redaktorlarında 

obyektlər

  (vektor  primitivlər),  rastr  qrafika  redaktorlarında  isə 



oblastlar

 

(piksellər  toplusu)  ayrılır.  Obyekti  ayirmaq  üçün  mausun  oxunu  onun  üzərinə 



gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb 

məsələdir.  Ona  görə  ki,  oblastı  ayıranda  hansı  qrup  piksellərin  oblast  əmələ 

gətirdiyini  muəyyənləşdirmək  lazımdır.  Məhz  buna  görə  rastr  qrafikası 

redaktorlarında  müxtəlif  ayırma  alətlərindən  istifadə  edilir.  Rastr  redaktorlarda 

həm sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üçün 

nəzərdə tutulan ayırma alətləri olur.  

Rastr  qrafikada  əsas  anlayış  piksel  olduğuna  görə  rastr  qrafikası 

redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və 

rəng  çalarını dəyişdirir. Bu  da təsvirdəki  kəskinliyi  yaxşılaşdırmağa,  təsvirin  ayrı-

ayrı  fraqmentlərinin  tünd  və  ya  açıq  görünməsini  təmin  etməyə,  xırda  qüsurları 

(qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir. 

Vektor  qrafikada  əsas  anlayış  obyektdir.  Ona  görə  də  vektor  grafikası 

redaktorlarında  qaydayasalma,  qarşılıqlı  tənləşdirmə,  obyektlərin  kəsişməsi,  bir 

obyekti  digərindən  istisna  edən  əmrlər  olur.  Odur  ki,  vektor  grafikası 

redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq 

olur.  


Adətən  rastr  və  vektor  qrafikası  redaktorlarında  həcm  effekti  almaq  üçün 

vasitələrdən  istifadə  etmək  mümkündür.  Lakin  real  obyektlərin  (personajların, 

interyerlərin  və  s.)  üçölçülü  obrazını  üçölçülü  modelləşdirmə  proqramları  ilə 

yaratmaq daha məqsədəuyğundur. 



 

 

KOMPÜTER QRAFİKASINDA RƏNG 

 

Təbiətdə  baş  vermiş  bütün  hadisələri,  həmçinin  gündəlik  həyatda 

rastlaşdığımız predmetləri ona görə görmək mümkün olur ki, onlar ya işıq saçır, 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə