İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə107/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



350 

Qrafik  redaktorun  istifadəçisindən  grafik  məlumatların  hansı  formatda 

saxlandığını  bilmək  tələb  edilməsədə,  onun  üçün  təsvirlərin  lazımı  səviyədə 

(səmərəli  istifadə  məqsədi  ilə)  saxlanmasından  və  müxtəlif  əlavələr  arasında 

sərfəli  məlumat  mübadiləsinin  təşkil  edilməsindən  ötrü  qrafik  formatların 

xüsusiyyətlərini bilmək mühüm əhəmiyyət kəsb edir. 

Ümumiyyətlə,  kompüter  qrafikasında  vektor  və  rastr  formatları 

fərqləndirmək qəbul edilmişdir. 

 

 

VEKTOR VƏ RASTR FORMATLAR 



 

Vektor  formatlara  aid  olan  fayllarda  təsvirlərin  şərhi  sadə  qrafik  obyektləri 

(xətləri,  çevrələri,  düzbucaqlıları,  qövsləri  və  s.)  yaratmaq  üçün  istifadə  edilən 

əmrlər  çoxluğu  ilə  verilir.  Belə  fayllarda  bunlardan  başqa  digər  əlavə 

informasiyalar da saxlanılır. Müxtəlif vektor formatlar bir-birindən əmrlərin sayı və 

onların kodlaşdırılması üsulları ilə fərqlənir. 

Rastr  formatlara  aid  olan  fayllarda  aşağıdakı  xarakteristikalar  (parametrlər) 

saxlanılır: 

 

Təsvirin ölçüsü – üfqi və şaquli istiqamətlər üzrə təsvirdəki videopiksellərin 



sayı; 

 



Bit  dərinliyi  –  bir  videopikselin  rənginin  saxlanması  üçün  istifadə  edilən 

bitlərin sayı; 

 

Təsviri şərh edən məlumatlar – hər bir videopikselin rəngi və digər əlavə 



informasiya. 

 

QRAFİK MƏLUMATLARIN SIXILMA ÜSULLARI 



 

RLE  (Run-Length  Encoding)–təkrarlanan  kəmiyyətlər  ardıcıllığı  üsulu  ilə 

sıxma  zamanı  pikselin  şərh  edilməsi  üçün  istifadə  edilən  bitlərin  və  onların 

təkrarlanma saylarından istifadə edilir. Bu üsul bir sıra qrafik formatlarla (məsələn, 

PCX formatı ilə) bir yerdə istifadə olunur.  

Faylın sıxılması üçün istifadə edilən proqram əvvəlcə piksellərin sayını, sonra 

isə onların rənglərini (və va əksinə) yaza bilər. Ona görə də faylı oxuyan proqram 

məlumatların  həmin  faylı  diskə  yazan  proqramdan  fərqli  qaydada  yerləşməsini 

gözləyə bilər. RLE üsulu ilə sıxılmış faylı açanda səhv barədə məlumat çıxarsa (və 

ya  təsvir  tam  təhrif  olunmuş  formada  alınarsa),  belə  faylı  başqa  proqramla 

açmağa və ya onu başqa formata çevirməyə cəhd etmək lazimdır. 

RLE sıxma üsulu o halda səmərəli hesab edilə bilər ki, sıxılan təsvir eyni rəng 

calarina  malik  olan  böyük  sahələrdən  ibarət  olsun.  Bu  üsul  skanerlə  alınan 

fotoqrafiya təsvirlərinin sıxılması üçün səmərəli hesab edilə bilməz, çünki, skanerə 

olunan  fotoqrafiyalarda  eyni  rəngə  malik  olan  videopiksellərin  uzun  ardıcıllığı 

olmur. 


LZW  sıxma  üsulu  təsvirdə  təkrarlanan  naxışların  tapılmasına  əsaslanır. 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 351 

Çoxsaylı  naxışlara  malik olan  təsvir  0,1-dən  əvvəlki  ölçüyə  kimi  sıxıla  bilər.  LZW 

sıxma üsulu TIFF və GIF fayllara tətbiq edilir. Bu üsulla GIF formatlı məlumatları 

həmişə  sıxmaq  mümkündür.  TIFF  formatlı  fayllar  üçün  sıxma  imkanının 

seçilməsini  istifadəçi  müəyyən  edir.  TIFF  formatının  digər  sıxma  üsulları  tətbig 

edilən  variantlarda  mövcuddur.  Sıxma  sxemləri  fərqli  olduğuna  görə  TIFF 

formatının bəzi versiyaları bırgəliyə malik olmaya bilər, yəni TIFF formatına malik 

olan  faylı,  əslində  onu  tanımalı  olan  bəzi  qrafika  proqramları  ilə  oxumaq  olmur. 

Başqa  sözlə,  TIFF  formatların  heç  də  hamısı  eyni  deyil.  Bu  problemin  mövcud 

olmasına baxmayaraq TIFF formatı hal - hazırda ən populyar rastr formatlardan 

biri hesab edilir. 

JPEG  sıxma  üsulu  fotografiya  keyfiyyətinə  malik  olan  təsvirlər  üçün  yüksək 

sıxma  əmsalını  təmin  edir.  Bu  üsulla  100:1  nisbətində  sıxılma  təmin  edilə  bilir. 

Belə sıxma üsulundan istifadə edilən JPEG fayl formatı fotoqrafiya üzrə birləşmiş 

ekspertlər qrupu (Joint Photographic Experts Group) tərəfindən hazırlanmışdır. 

Yuksək sıxma əmsalı sıxmadan sonra alınan faylda məlumatın bir hissəsinin 

itməsi hesabına alınır. JPEG üsulunda insan gözünün parlaqlığın dəyişməsinə çox 

həssas, rəngin dəyişməsinə isə az həssas olması faktorundan istifadə edilir. Ona 

görə  də  bu  üsulla  sıxma  zamanı  piksellərin  parlaqlıqlarının  fərqi  haqqında  daha 

çox,  rənglərin  fərqi  haqqında  isə  daha  az  informsiya  saxlanır.  Qonşu  piksellərin 

minimal  rəng  fərqini  hiss  etmək  çətin  olduğuna  görə  sıxılmış  təsvirin  görünüşü 

əvvəlki  təsvirin  görünüşündən  demək  olar  ki,  fərqlənmir.  İstifadəçiyə  sıxma 

dərəcəsini müəyyən etməklə itkinin səviyyəsini idarə etmək inkanı verilir. Məhz bu 

xüsusiyyətdən  istifadə  etməklə  hər  bir  təsvir  üçün  daha  münasib  emal  rejimi 

seçmək  olur.  Başqa  sözlə  sıxma  əmsalını  göstərməklə  təsvirin  keyfiyyəti  ilə 

yaddaşa qənaət arasında seçim aparmağa imkan yaranır. 

Saxlanan təsvir yüksək bədii tərtibat üçün nəzərdə tutulan fotoqrafiya olarsa, 

şəklin  mümkün  olan  qədər  dəqiq  görünməsindən  ötrü  heç  bir  itkidən  söhbət 

getməməlidir. 

Əgər  təsvir  təbrik  açıqcasinda  yerləşdiriləcəksə,  ilkin  informasiyanın  bir 

hissəsinin  itməsi  böyük  əhəmiyyət  daşımayacaq.  Hər  bir  təsvir  üçün  daha 

münasib itki səviyyəsini eksperiment yolu ilə müəyyən etmək olar.  

 

FAYLIN FORMATININ DƏYİŞDİRİLMƏSİ 



 

Qrafik  faylların  formatının  dəyişdirilməsinə  zərurət  müxtəlif  səbəblərdən 

yarana  bilər.  Məsələn,  istifadəçi  işlədiyi  proqram  faylın  formatını  qəbul  etməyə 

bilər və ya digər istifadəçiyə  təgdim  edilməli olan  məlumatlarin  xüsusi  formatda 

təqdim  edilməsi  lazım  ola  bilər.  Belə  hallar  müşahidə  ediləndə  qrafik  faylın 

formatını dəyişmək zərurəti yaranır. 

 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə