İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə110/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



360 

ötürülməsi,  uzaqdakı  verilənlər  bazasına  və  proqramlara  müraciət, 

telekonfransların keçirilməsi, İnternet vasitəsilə telefon zənglərinin icrası mümkün 

olmuşdur.  İnternet  artıq  bir  sosial  hadisə  olaraq  müasir  cəmiyyətin  həyat 

ukladlarının hamısına televiziya qədər güclü təsir göstərməkdədir. 

  

VERİLƏNLƏRİN RABİTƏ KANALLARI İLƏ ÖTÜRÜLMƏSİ. 



ŞƏBƏKƏDƏ QARŞILIQLI FƏALİYYƏT METODLARI 

 

Kompüterlər  arasında  əlaqə  onların  arasında  fiziki  rabitə  yaratmaq  yolu  ilə 

əldə  edilir.  Verilənlər  şəbəkədə  xüsusi  kabelin  köməyi  ilə,  telefon  və  ya  radio 

kanalı  ilə  ötürülür.  Bu  xətlərin  fiziki  xarakteristikaları  kompüterdəki  şinin 

xarakteristikalarına  uyğun  olmadığından,  siqnalın  dəyişdirilməsi  lazım  gəlir. 

İnformasiya kabellə ötürülərkən dəyişdirmə prosesi üçün 



şəbəkə adapterindən

telefon və ya radio ötürməsində isə 



modemdən

 istifadə edilir. 

 

 

 



 

Şəbəkə____modulu'>Şəbəkə____drayveri'>Şəbəkə adapteri və modem 



 

Şəbəkə

 

adapteri

  verilənlərin  ötürülməsi  ilə  bağlı  baza  funksiyalarının  bir 

hissəsi  ilə  proqramlaşdırılmışdır.  Bunu  prosessor kompüter  portuna  görə  tanıyır. 

Şəbəkə  adapteri  prosessorun  porta  daxil  etdiyi  əmrlərlə  idarə  edilir.  Qalan 

funksiyaları özü icra edir. Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar 

arasından lazımi verilənləri qəbul edib öz buferinə yığaraq prosessorun qəbuledici 

əmrini gözləyir. Şəbəkəyə ötürüləcək məlumatları prosessordan öz buferinə yığan 

şəbəkə adapteri şəbəkənin azad olmasını gözləyir və sonra ötürür.  



Şəbəkə

 

drayveri

 şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən 

proqrama  deyilir.  Bu,  prosessorun  sorğularını  adapterin  anladığı  əmrlərə  və 

əksinə tərcümə etmək üçündür.  



Şəbəkə

 

modulu

  paketləri  bu  və  ya  digər  kommunikasiya  protokoluna 

uyğun  surətdə  işləyən  sistem  proqramıdır.  Şəbəkə  modulu  şəbəkə  drayveri  ilə, 

şəbəkə əməliyyat sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı 

fəaliyyət göstərir.  

Şəbəkə

 

interfeysi

 şəbəkə adapteri, şəbəkə drayveri və şəbəkə modulunun 

birgə fəaliyyətinin nəticəsi kimi meydana çıxır.  



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 361 



Körpü

  bir  texnologiya  ilə  yaradılmış  iki  şəbəkəni  bir-birinə  qoşan  şəbəkə 

düyünüdür.  Körpü  öz  şəbəkəsi  üçün  nəzərdə  tutulan  məlumatlara  toxunmur, 

yalnız başqa şəbəkəyə ötürüləsi məlumatları ötürür.  

Marşrutizator

  və  ya 



paket

 

kommutatoru

  müxtəlif  texnologiyalarla 

qurulmuş  şəbəkələri  qoşmaq  üçündür.  Marşrutizatorun  funksiyasını  şəbəkə 

kompüterlərindən biri icra edir. 



Şlüz

  müxtəlif  şəbəkə  avadanlığı  və  müxtəlif  protokollu  verilənlərlə 

xarakterizə olunan iki şəbəkəni birləşdirir. 

Multipleksor 

xəbəri təkrarlayaraq eyni vaxtda bir neçə kanalla ötürməyə, 

həmçinin  bir  neçə  kanalla  ötürülən  siqnalları  bir  kanalda  birləşdirib  ötürməyə 

imkan verən şəbəkə moduludur. 



Şaxələndirici

  bir neçə işçi stansiyanı bir rabitə kanalına  qoşan qurğudur. 

Bu, bir kanalla ötürülən siqnalı iki və ya üç kanala şaxələndirir. Daha çox kanala 

şaxələndirmə  halında 

xab

  (ingiliscə,  Hub)  deyilən  təkrarlayıcı  qurğudan  istifadə 

edilir. 


 

 

 



24 portlu USB-XAB (24 Port USB Monster Hub) 

 

Şəbəkəyə  qoşulmuş  kompüterlər 



şəbəkə  düyünləri

,  məlumat  ötürən 

xətlər isə 

rabitə kanalları

 adlanır. Əslində, şəbəkə düyünü dedikdə, ya adapter, 

ya da modem nəzərdə tutulur. Odur ki, bir kompüterdə bir neçə şəbəkə adapteri 

və ya modem olduqda həmin kompüter şəbəkə düyünləri kimi fəaliyyət göstərir.  

Bir  və  sıfırlar  sırası  şəklində  ötürülən  məlumat  blokunun  ilki  və  sonu 

müəyyən  edilir.  Buna 

paketlərin  sinxronlaşdırılması

  deyilir.  Sinxronlaşdırma 

qaydasına 

kommunikasiya protokolu

 deyilir. Siqnal ötürmə prosesi 

şəbəkə


 

trafiki


 

adlanır.  Biristiqamətli  ötürmə  kanalı 

simpleks

 

kanal



,

 

ikiistiqamətli  kanal  isə 

dupleks

 

kanal



  adlanır. 

 

QEYD

: Hayes Microcomputer Products şirkəti tərəfindən istehsal olunan ilk 

Micromodem  II  modemi  1979-cu  ildə  Apple  II  fərdi  kompüterlərində  istifadə 

olunmuşdur.  380  dollar  dəyərində  olan  modem  110/300  bit/saniyə  sürətlə 

işləyirdi. 1981-ci ildən başlayaraq şirkət tərəfindən istehsal olunan modem faktiki 

surətdə bütün sahələrdə standarta çevrildi.  



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



362 

KOMMUNİKASİYA AVADANLIQLARI 

 

Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial və optik kabellərdən 

və radio dalğalarından istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli kabeldir ki, bu da 

saniyədə  10 Meqabit  informasiya ötürə  bilir. Lakin  küyə  qarşı  müqaviməti  azdır. 

Bu problem kabelin ekranlaşdırılması üsulu ilə həll edilir. Bu halda kabel bahalaşır. 

Koaksial kabel orta bahalığa malik, küyə qarşı yaxşı müdafiə olunan kabeldir. Bir 

neçə  kilometrə  ötürmə zamanı istifadə  edilir.  Saniyədə  100 Meqabit  informasiya 

ötürür.  Hər  kilometr  yarımdan  sonra  gücləndirici  (təkrarlayıcı  və  ya  fəal 

konsentrator), son  ucda  isə  xüsusi  siqnaluducu (terminator)  olmasını tələb  edir. 

Optik kabel bahadır. Lakin ötürmə sürəti saniyədə 10÷50 Qiqabayta çatır. Kabelin 

uzunluğuna  məhdudiyyət  yoxdur.  Küy  təsir  etmir.  Kabeli  budaqlandırmaq  çox 

mürəkkəbdir.  Kabelə  paralel  qoşulmaq,  ondan  istifadə  edərək  gizli  danışıqları 

dinləmək qeyri-mümkündür. 

     


 

 

Konsentrator və terminator



 

 

Son zamanlar rabitə kanalları daha çox peyk rabitəsinə əsaslanır. 



  

KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN ARXİTEKTURASI. 

AÇIQ SİSTEMLƏRİN ŞƏBƏKƏDƏ QARŞILIQLI 

FƏALİYƏTİNİN ETALON MODELİ 

 

Müasir  cəmiyyət  üçün  xarakterik  olan  standartlaşdırma  problemi  qlobal 

informasiya fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında 

xüsusilə kəskindir. Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq 

Standartlaşdırma  Təşkilatı  (

ISO  –  International  Standard  Orqanization

tərəfindən  işlənib  hazırlanmış  standartlardan  istifadə  edilir.  Bu,  “açıq  sistemlərin 



qarşılıqlı  fəaliyyət  standartları”  (

OSI  Ref.  Model  –  Open  Systems 



İnterconnectionReference  Model

)  və  ya  “



Yeddisəviyyəli  şəbəkə 

mübadiləsinin etalon modeli

” adlanır. 

Beynəlxalq  Standartlaşdırma  Təşkilatı  modeli  şəbəkədə  məlumatın 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə