İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə111/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 363 

ötürülməsi məsələsini 7 səviyyəyə bölür: 

1.Fiziki səviyyə (

Physical Layer

); 


2.Kanal səviyyəsi (

Data Layer

); 

3.Şəbəkə səviyyəsi (



Network

 

Layer



); 

4.Nəqliyyat səviyyəsi (

Transport

 

Layer



); 

5.Seans səviyyəsi (

Session Layer

); 


6.Verilənləri təqdimetmə səviyyəsi (

Presentation Layer

); 

7.Tətbiqi səviyyə (



Application Layer

). 


Fiziki  səviyyə

  protokollarının  əsas  təyinatı  fiziki  rabitə  və  onunla  bağlı 

istismar hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün şəbəkə adapteri və 

modem  proqram  təminatı  məsuliyyət  daşıyır.  Fiziki  səviyyə  paketləri  kanal 

səviyyəsi paketləri ilə eynidir. 

Kanal  səviyyəsi

  məlumat  ötürən  rabitə  xətlərinin  idarə  edilməsi 

səviyyəsidir  və  lokal  şəbəkələrdə  paketləri  idarə  edir.  Bilavasitə  rabitə  xətti  ilə 

ötürülən paketə 



kadr

 deyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər 

səbəbdən  işə  hazır  deyilsə,  buna 



şəbəkə

 

konflikti

  deyilir.  Konflikti  həll  etmək 

üçün ötürməni təxirə salmaq lazımdır. 

Şəbəkə  səviyyəsinin

 protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir. 

Bu  səviyyədə  şəbəkə  modulu  ötürülən  informasiyadan  mənbə  və  ünvan  barədə 

lazımi  informasiyanı  əlavə  edir.  Nəticədə  hansı  kompüterin  hansı  kompüterlərlə 

bağlantıya  malik  olduğu  məlum  olur. 

TCP/IP 

ailəsinə  daxil  olan 



IP  (Internet 

Protokol)

 şəbəkə səviyyəsinə aiddir.  



Nəqliyyat  səviyyəsinin

  protokolları  aralarındakı  məsafədən  asılı 

olmayaraq  iki  kompüter  arasında  kəsilməz  ötürməni  təmin  edir.  Protokollar 

sistemində  nəqliyyat  səviyyəsi  iki  protokolla  təmsil  olunur: 

TCP  –  Transmission 

Control Protocol

  və 

UDP – User Datagramm Protocol.



 

Bir  seans  daxilində  müxtəlif  kompüterlər  bir  neçə  dəfə  informasiya 

mübadiləsi etdikdə 

seans səviyyəsindən

 istifadə edilir. 

Məlumatın  ötürülməyə  hazırlanmasına 

tətbiqi  səviyyədə

  başlanır.  Bu 

səviyyəyə məlumat ötürən tətbiqi proqram cavabdehdir. Tətbiqi  səviyyəyə 

http



telnet



 və s. İnternet servisləri aiddir. 

 

LOKAL ŞƏBƏKƏ TOPOLOGİYASI 



 

Lokal  şəbəkə  topologiyası  dedikdə,  şəbəkə  düyünlərinin  birləşdirilməsinin 

həndəsi forması nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi, şin topologiyaları və s. geniş 

yayılmışdır.  



Ulduzşəkilli  topologiyada

  düyünlərdən  biri  mərkəz  olur.  Mərkəzi 

kompüter bütün işçi stansiyalarla birbaşa əlaqələndirilir. Bu topologiyada konflikt 

yaranmır, lakin kabel sərfi artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlığı 

mərkəzi kompüterin etibarlığı qədərdir. İcazəsiz müdaxilədən qorunmaq asandır. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



364 

 

 



Ulduzşəkilli topologiya 

 

Dairəvi  topologiyada

 işçi stansiyalar bir-biri ilə ardıcıl qoşulur. Kompüter 

bir şəbəkə adapteri ilə informasiyanı qəbul edir, digər adapterlə ötürür. Bu halda 

məlumat  dairə  üzrə  hərəkət  edir.  Ötürmə  asanlaşır.  Ötürmə  müddəti  dairədəki 

kompüterlərin  sayından  asılıdır.  Dairəvi  qoşulmuş  kompüterlərdən  hər  hansı  biri 

imtina etdikdə şəbəkə imtina edir. Dairəvi topologiyada şəbəkəyə istənilən sayda 

kompüter  qoşmaq  mümkündür.  Çünki  faktiki  olaraq  şəbəkə  hər  dəfə  yalnız  iki 

kompüter arasındakı məsafə ilə bağlı olur. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 365 

 

Dairəvi topologiya 



 

Şin  topologiyasında

 bütün işçi stansiyalar bir rabitə kanalına qoşulur. Bu 

halda kanaldan  istifadə üçün  növbə  yaradılır.  Ünvan  ötürülən  paketdə göstərilir. 

Konflikti  aradan  qaldırmaq  üçün 

şin  arbitrajı  metodundan

  istifadə  edilir.  Adətən 

müxtəlif kompüterlər üçün kanal müxtəlif tezliklə işləyir. 

 

 



 

Şin topologiyası 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



366 

 

Praktikada 



ağacvari  topologiyadan

  geniş  istifadə  edilir.  Bu,  adı  çəkilən 

topologiyaların kombinasiyasından yaradılır. 

 

 



Ağacvarı topologiya 

 

LOKAL ŞƏBƏKƏLƏRİN FƏALİYYƏT 



TEXNOLOGİYASI 

 

Lokal şəbəkələrdə əsasən üç texnologiyadan geniş istifadə edilir. Bura: 

 

Ethernet şəbəkəsi; 



 

Wi-Fi şəbəkə; 



 

İnternetə daxil olma texnologiyası aiddir. 



Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu 

rabitə  kanalına  müraciət  metodu  oynayır.  İnformasiya  texnologiyalarına 

kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 

 



Token Ring (marker dairəsi); 

 



Arcnet; 

 



Ethernet. 

Tokren  Ring  texnologiyası

  IBM  kompaniyası  tərəfindən  işlənib 

hazırlanmışdır. Bu texnologiyada dairəvi hərəkət edən marker məlumat ötürmək 

istəyən  düyün  tərəfindən  dayandırılır.  Məlumat  ötürən  düyün  ünvandan 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə