İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə109/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 357 

 

 

Server 


 

 

QEYD

:  Serverlər  (server ingiliscə 

to  serve

 deməkdir  və  xidmət  etmək 

anlamını  verir)  şəbəkədə  olan  digər  kompüterlərə  müxtəlif  servis  xidmətlərini 

göstərə  bilən,  optimal  xarakteristikaya  malik  kompüterlərdir.  Onlar  güclü 

prosessorlara,  böyük  sayda  (həmçinin  tutuma)  operativ  yaddaşa  və  böyük 

tutumlu xarici yaddaşa (vinçerterə) malikdirlər. 

İlk  İnternet-server  1991-ci  ilin  6  avqustunda  yaradılmışdır.  Bu  gün  WWW 

(Vsemirnoe pautinı-Ümumdünya Hörümçək Toru) istifadəçiləri üçün əlamətdardır. 

Amma  serverdən  istifadə  1989-cu  ilə  təsadüf  edir.  İnternet-serverin  yaradıcısı, 

Avropa nüvə tədqiqatları laboratoriyasında işləyən ingilis alimi Tim Berners-Li ilk 

dəfə  serverin  yaradılma  ideyasını  çap  elətdirdiyi  məqalədə  irəli  sürür  və 

Ümumdünya kompüter şəbəkəsinin yaradılmasını təklif edir. 

İl ərzində (1991-ci il nəzərdə tutulur) İnternet-server Avropa və Amerikanın 

digər tədqiqat mərkəzlə-rində də yaradılır. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



358 

 

 



               Tim Berners-Li 

1992-ci 


ilin 

noyabr 


ayında artıq dünya miqyasında 

26 serverdən istifadə olunurdu. 

1993-cü  ildə  bu  rəqəm  200-ü 

keçir.  1995-ci  ildə  WWW–nin 

müxtəlif  ölkələrdə  tətbiqi  o 

qədər  artır  ki, 

şəbəkəni 

“həvəskar 

şəbəkə” 

adlandırmaq  düzgün  sayılmır. 

İndiki 

zamanda 


İnternet-

şəbəkədən 

milyardlarla 

istifadəçi 

bəhrələnir. 

Hal-


hazırda 

Tim 


Berners-Li 

yaratdığı 

Ümumdunya 

Hörümçək 

Toru 

şəbəkəsi 



Konsorsimuna  (World  Wide 

Web  Consortium)  rəhbərlik 

edir. 

 

 



Server 

ayrılmış


  və 

ayrılmamış

  ola  bilir. 

Ayrılmış


 

server


  işçi  stansiya  kimi 

işləyə bilmədiyi halda, a

yrılmamış

 

server



 isə işçi stansiya kimi işləyə bilir. Bu halda 

şəbəkənin məhsuldarlığı və etibarlığı aşağı düşür.  

 

 

QEYD



:  İşçi  stansiyalar  daha  güclü  prosessorlarla  təmin  olunmuş,  əlavə 

yaddaşa  malik  və  xüsusiləşdirilmiş  əməliyyatları  (məsələn,  3D  qrafikası, 

videooyunların yaradılması və s.) yerinə yetiri bilən sadə masaüstü kompüterlədir. 

 

 



Ümumi təyinatlı sistem vasitələri çox hallarda serverdə saxlanır ki, bu da işçi 

stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir.   

 

Birsəviyyəli



  şəbəkələrdə  ayrıca  server  olmur.  Şəbəkənin  idarə  edilməsi 

funksiyaları  işçi  stansiyalar  arasında  paylanır.  Lakin  bu  halda  sistem  cədvəlləri 

bütün kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən az məhsuldar olsa da, istismarı 

sadədir. 

Şəbəkənin ən mühüm cəhəti münaqişəli situasiyaların həlli üçün metodların 

seçilməsidir. Bu məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir. 

İcra  etdiyi  funksiyadan  asılı  olaraq,  server  müxtəlif  cür  adlandırılıa  bilir. 

Məsələn,  telekommunikasiyalar  serveri  lokal  şəbəkə  ilə  digər  şəbəkələr  arasında 

əlaqə  yaradır.  Buna  görə  də  bu  server  xəbərlərin  marşrutlaşdırılmasını  və  daxil 

olan  və  çıxan  informasiyanın  buferləşdirilməsini  təmin  etməlidir.  Hesablayıcı 

server  işçi  stansiyaların  gücü  çatmayan  hesablamaları  aparmaq  üçündür.  Disk 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 359 

serveri  geniş  xarici  yaddaş  resurslarına  malik  olmaqla,  işçi  stansiyalara  əlavə 

yaddaş xidməti göstərmək üçün qurulur.

 

 

HP Z200 SFF işçi stansiyası 



 

 

 Bu bölgü yalnız funksional bölgü olduğundan, real həyatda bir kompüterdə 



həm kommunikasiya serveri, həm verilənlər bazası serveri, həm poçt serveri, həm 

də işçi stansiya təşkil etmək mümkündür. 

Verilənlər  bazası  serveri  üçün  isə  bir  neçə  kompüter  ayırmaq  olar.  Lakin 

bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.  

Şəbəkə  həm  də  müxtəlif  proqram  və  altproqramların  qarşılıqlı  fəaliyyətini 

təmin  etdiyindən,  həmin  proqramların  hansı  kompüterlərdə  yerləşməsindən  çox 

şey  asılıdır,  yəni  elə  etmək  lazımdır  ki,  şəbəkə  boyu  ötürülən  informasiyanın 

həcmi minimum olsun.  



Müştəri  –  server

”  texnologiyasında  funksiyalar  və  informasiya  xidməti 

müştəri 

(informasiya  istifadəçisi)  ilə 

server

  (informasiya  sahibi)  arasında  elə 



paylanır  ki,  şəbəkə  üzrə  informasiyanın  ötürülməsi  minimum  olsun.  Bu 

texnologiyada  müştəri  serverə  sorğu  göndərir.  Sorğuda  tələb  olunan 

informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin təşkili forması göstərilir. 

Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında axtarır, tapır və 

tələb  olunan  formada  dəyişdirir,  alınmış  nəticə  müştəriyə  ötürülür.  Bu 

texnologiyada interfeys proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem 

proqramları isə serverdə işləyir. 

Global,  regional  və  lokal  şəbəkələrin  geniş  yayılması,  xüsusilə  İnternet-in 

meydana çıxması bir sıra yeni xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan 

da ən populyarı 



elektron poçtdur

. Bununla yanaşı, verilənlərin şəbəkə vasitəsilə 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə