İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə117/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 381 

edilmişdir: 

 



WWW (World Wide Web – Ümumdünya hörümçək toru); 

 



Elektron poçtu (E-mail) - xidmət növü; 

 



FTP (File Transfer Protocol) – faylların çox asanlıqla ötürülməsinə imkan 

verən protokol; 

 

NNTP  (Network  News  Transfer  Protocol)  –  şəbəkə  xəbər  ötürülmə 



protokolu. Bu “

telekonfrans

 (UseNet)” kimi də göstərilir; 

 



Gopher – fayl mübadiləsinin daha mükəmməl sistemi; 

 



TelNet – uzaqda yerləşən terminal protokolu. 

WWW


  ümumdünya  hörümçək  toru  olub,  bütün  Web  serverlərini  özündə 

birləşdirir. Veb keçidlərdə saxlanılan sənədlər (Veb–səhifələr) İnternet xidmətinin 

ən çox yayılmış informasiya növü sayılır. 

İnternet  dedikdə  ilk  növbədə  WWW  nəzərdə  tutulur.  Əslində  Veb  İnternet 

xidmətlərindən biridir. Veb özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi 

multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını 

birləşdirir.  WWW  monitorun  seçilmiş  sahəsində  mausun  düyməsini  sıxmaqla  bir 

sənəddən və ya kompüterdən digərinə keçməyə imkan verir. WWW-nin proqram 

təminatından istifadə edərək kompüterlərin manitorunda mətnlər, qrafiki təsvirlər, 

video-audio informasiya görüntüləri alınır. Veb İnternetin geniş resurslarına, şəkil, 

musiqi  kliplərinə  və  filmlərə  müraciəti  təmin  edir.  Veb  digər  sistemlərdən  fərqli 

olaraq  iki  xüsusiyyətə  malikdir.  Veb  multimedia  hiper-müraciətinin  interaktiv 

vasitəsidir.  Hipermüraciət  İnternetin  müxtəlif  resursları  arasındakı  müraciətdir. 

Hipermüraciət  sənədi  adicə  mətn  sənədidir.  Onlar  digər  mətn  sənədlərindən 

rənglərinə və altlarından xətt çəkilmələrinə görə seçilirlər. 

Veb  -  qlobal  multimedia  kommunikasiya  sistemi  olaraq,  informasiyanın 

ötürülməsinin yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron 

sənəddir.  Veb  səhifələrində  informasiya  hipermətnlərlə  yaradılır.  Hipermətn 

müəyyən  sayda  mətn  sənədlərinin  istinad  edilməklə  birləşdirilməsi 

texnologiyasıdır.  Hipermətn  özlüyündə  mətn  sənədidir.  Onun  tərkibi  digər 

sənədlərdə  saxlanılan  materiallara  müraciət  etməklə  toplanmış  mətnlər 

toplusundan ibarətdir. 

Xüsusi  hazırlanmış  brauzer  proqramları  (Veb  mühitində  və  İnternetdə 

axtarışa  və  baxışa  imkan  yaradan,  həmçinin  istifadəçinin  kompüterində  işləyən 

xüsusi  proqramlar)  var.  Bu  proqramlara 

brauzerlər

  deyilir.  Müxtəlif  şirkətlər 

tərəfindən  yaradılmış  bir  çox  brauzer  proqramları  mövcuddur.  Lakin  daha  çox 

istifadə olunan Microsoft şirkətinin Internet Explorer və yaxud Netcape şirkətinin 

Netcape Communicator proqramlarıdır. 

Brauzerlərin  köməyi  ilə  istifadəçi  Veb  səhifələrinin  birindən  digərinə  təkcə 

Veb keçidlərinin əhatəsində deyil, başqa yerlərdə də keçməklə Veb səhifələrində 

hipermüraciətin  daxilindəkilərə  baxış  keçirə  bilər.  Buradan  aydın  olur  ki,  Veb 

səhifələri  bir-biri  ilə  İnternet  daxilində  ixtiyari  şəkildə  əlaqəlidirlər.  Odur  ki, 

informasiyanın  bu  şəkildə  təqdimi  WWW,  hipermətndə  informasiyanı  təqdim 

etmək üçün istifadə edilən dil isə HTML (Hyper Text Markup Language) adlanır. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



382 

Veb  səhifələrində  hiperistinad  mətnlərindən  başqa  digər  formalarda  da 

(qrafik, səs, video və multiplikasiya) informasiya təqdim olunur. Bu 

hipermediya

 

adlanır.  Hipermediya  qlobal  İnternet  şəbəkəsində  məlumatın  işlənməsini  və 



təqdimini  həyata  keçirən  texnologiya  hesab  edilir.  Bu  məqsədlə  HTML  dilinin 

imkanlarını artırmaq lazımdır. 

Hipersənədlərin  ötürülməsi  üçün  HTTP  (HyperText  Trasnfer  Protocol  – 

Hipermətn Ötürülmə Protokolu) adlanan protokol işlənib hazırlanmışdır. 

Veb-serverə  müraciət  edərək  istənilən  səhifəni  tapmaq  və  onu  ekrana 

çıxarmaq mümkündür. Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə 

üsul  axtarılan  resursun  ünvanını  göstərməkdir.  İnformasiyanı  İnternetdə 

saxlamaq  üçün  URL  (Uniform  Recource  Locator  -  Universal  ünvanlar)ından 

istifadə  edilir.  URL  ünvanı  iki  hissədən  ibarətdir:  sol  hissə  istifadə  olunan 

protokolu  göstərir,  sağ  hissə  isə  şəbəkənin  (uyğun  serverin  adı)  hansı  yerindən 

resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır: 

 

http://serverin adı/yol/fayl 

 

Ünvanların  sol  tərəfindəki  http://  yazılışı  WWW-də  http://WWW  müraciəti 



göstərir.  Bu  Hyper  Text  Transfer  Protocol  -  hipermətn  ötürmə  protokolu  kimi 

oxunur. 


İnternetdə  axtarış

.  Veb–sənəd  tərkibində  mətn,  digər  sənədlərə, 

qrafiklərə,  audio  və  video  təsvirlərə  hiperistinad  olan  sənədi  özündə  əks  etdirir. 

Hiperistinad üzərində mausun düyməsini sıxdıqda, ünvanı göstərilən sənədə və ya 

audio/video təsvirlərə keçid yerinə yetirilir. 

Axtarış  sistemləri

  vasitəsi  ilə  İnternetdə  istifadəçiyə  lazım  olan 

informasiyanı  əldə  etmək  olar.  İnternetdə  işləməyin  əsasını  istifadəçinin 

kompüterini  İnternet  serverlərinə  qoşmaq,  məlumatı  axtarmaq  və  tapılan 

məlumatı  kompüterdə  oxumaq  təşkil  edir.  İnternetdə  işi  asanlaşdırmaq  üçün 

xüsusi axtarış serverləri yaradılır. 

İnternet  serverlərdə,  saytlarda  yerləşən  məlumatlar  haqqında  verilənlər 

bazası  toplanır.  Bu  proqramlar  axtarış  sistemləri  (Yandex,  Rambler,  Google, 

AltaVista, Toema, WiseNut, Euroseek, Yahoo və s.) adlanır. İstifadəçi İnternetin 

bir  sıra  axtarış  proqramlarından  (axtarış  serveri,  axtarış  sistemləri)  istifadə  edə 

bilər.  Belə  sistemlər  müntəzəm  olaraq  işləyirlər.  Xüsusi  proqramların  köməyi  ilə 

Veb serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır. 

Aşağıda populyar axtarış serverlərin bəzilərinin ünvanları verilir: 

●  http://www.rambler.ru 

●  http://www.yahoo.com 

●  http://www.excite.com 

● 

http://www.google.com



 

İstifadəçi  İnternetdə  hər  hansı  bir  informasiyanı  axtarırsa,  axtarış 

sistemlərinə  açar  sözləri  daxil  etməlidir.  Axtarış  bir  sözə,  bir  neçə  sözə  və  ya 

ifadəyə uyğun icra olunur.  




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə