İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə113/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   109   110   111   112   113   114   115   116   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 371 

 

Wi-Fi şəbəkəsi 



 

Orta 


və 

böyük 


kompüter  bazasında  hesablama 

proseslərinin 

mərkəzləşdirilmiş  idarəetmə  sxemi  son  zamanlar 

klient-server

  texnologiyası 

ilə əvəz edilmişdir. 

Mərkəzləşdirilmiş  idarəetmə  sistemində

 

bütün  hesablama  resursları, 



məlumatlar  və  onların  işlənmə  proqramları  bir  kompüterdə  cəmləşdirilir. 

İstifadəçilər  terminalların  (displeylərin)  vasitəsilə  hesablama  maşınlarına  daxil 

olurlar.  Terminallar  kompüterə  ya  interfeys  vasitəsilə,  əgər  terminallar  uzaq 

məsafədə  yerləşdirilmişsə,  telefon  xətləri  vasitəsilə  qoşulurlar.  Terminalın  əsas 

funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Sxemin müsbət 

cəhəti  inzibati  rəhbərliyin  asan  olması,  proqram  təminatının  təkmilləşdirilməsinin 

mümkün  olması  və  informasiyanın  mühafizə  olunmasıdır.  Mənfi  cəhəti  isə  aşağı 

etibarlılığa malik olması, aparat və proqram təminatının artırılmasının çətin olması 

və  bir  qayda  olaraq,  şəbəkənin  istifadəçilərinin  sayı  artdıqda  operativliyin  aşağı 

düşməsi və sairədir. 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



372 

Kliyent-server



”  arxitekturasında  terminalı  kliyentə  məxsus  olan  fərdi 

kompüter, meynfreymi isə informasiyanın təhlilinin ümumi məsələlərini həll etmək 

məqsədilə ayrılan bir və ya bir neçə güclü kompüterlər (kompüter-serverlər) əvəz 

edir.  Modelin  müsbət  cəhəti  onun  daha  canlı  olması  və  hesablama  sisteminin 

etibarlılığı,  istifadəsinin  bir  neçə  tətbiqi  proqramla  eyni  zamanda  işləyə  bilməsi, 

informasiya təhlilinin yüksək operativliyi, istifadəsinin yüksək keyfiyyətli interfeys 

ilə təmin olunması və sairədir. 

 

 



 

“Klient-server”

 texnologiyası 

 

Qeyd  etmək  lazımdır  ki,  bu  cür  daha  perspektivli  və  öz  imkanları  tam 



bitməmiş texnologiya özünün sonrakı inkişafına zəmin yaratmışdır. Son zamanlar 



İnternet

”  texnologiyası  yaranmışdır.  “Kliyent-server”  texnologiyasından  fərqli 

olaraq, bu texnologiya məlumatlara yox, istifadəçi üçün hazırlanmış informasiyaya 

yönəldilmişdir.  İnternet  texnologiyası  yuxarıdakı  hər  iki  sistemin  müsbət 

xüsusiyyətlərini  özündə  cəmləşdirir.  Texnologiya  əsasında  qurulmuş  hesablama 

sistemlərinin  tərkibində  mərkəzi  informasiya  serverləri  və  son  istifadəçiyə 

informasiyanı çatdıran paylanmış komponentlər olur. 

“Kliyent-server”  2  texnologiyası  ilə  əlaqədar  olan  bəzi  anlayışlar  aşağıda 

verilmişdir. 

Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf: server və 

xidmət  resursları imkanlarını ayıran  tərəf iştirak edir.  Resurslardan  istifadə  edən 

adətən kliyent, resursları təmin edən tərəf isə server adlanır. Resurs kimi aparat 

komponenti (disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 373 

ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir: fayl-server və ya disk-

server,  printer-server  və  ya  çap  serveri,  məlumatlar  bazası  serveri,  SQL-server 

(SQL  dilində  məlumatlar  bazasında  sorğuların  işlənməsi proqramları),  kompüter-

server və s. Aydındır ki, bütün serverlərin öz kliyentləri vardır. 

Proqram  təminatı  nöqteyi-nəzərindən  “kliyent-server”  texnologiyası 

kliyentlərin  və  serverlərin  ayrı-ayrılıqda  öz  proqramlarının  olmasını  təmin  edir. 

Kliyent  proqramları  kimi  mətn  və  cədvəl  prosessorları  proqramlarından,  server 

proqramı  kimi  isə  məlumatlar  bazasının  idarəetmə  proqramından  istifadə  oluna 

bilər.  “Kliyent-server”  proqram  cütlüyü  kimi  məlumatlar  bazasından  götürülmüş 

informasiyalı cədvələ malik sənədi işləyən mətn prosessorunun proqramını misal 

göstərmək olar. 

Şəbəkədə  yerinə  yetirilən  hər  hansı  bir  proqram  bir  halda  kliyent,  digər 

halda  isə  server  rolunda  çıxış  edə  bilər.  Müəyyən  zaman  intervalında  bir 

proqramda kliyent və server öz rollarını dəyişə bilərlər. 

 

ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI 

 

Lokal  şəbəkədə  məlumat  ötürülməsi  prosesi  şəbəkə  əməliyyat  sistemini 

təşkil  edən  proqram  vasitələri  kompleksinin  köməyi  ilə  həyata  keçirilir.  Bəzi 

şəbəkə  əməliyyat  sistemləri, məsələn, 



Novell

 

NetWare,

  ayrıca  kompüter  üçün 

yaramır. Bu halda şəbəkə örtüyündən istifadə edilir. 

UNIX

 və ya 


Windows  NT 

həm  şəbəkədə,  həm  də  ayrıca  kompüterdə  işləyir.  Şəbəkə  əməliyyat  sistemləri 

aşağıdakı əməliyyatları yerinə yetirir: 

 



Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 

 



Ayrıca kompüterdə proqram işlətmək; 

 



Şəbəkədə fayl sisteminin idarə edilməsi; 

 



İstifadəçilərin  şəbəkə  resurslarına  müdaxiləsinin  və  verilənlərin  icazəşiz 

müdaxilədən qorunmasının idarə edilməsi; 

 

Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi, 



imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması; 

 



Giriş və çıxışa görə şəbəkə resurslarının paylanması; 

 



Şəbəkədən  kollektiv  istifadə  qaydalarına  əməl  olunmasının  uçotu  və 

nəzarət edilməsi; 

 

Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi. 



Şəbəkə  əməliyyat  sistemlərinin  proqram  təminatı  iki  hissəyə  bölünür.  Əgər 

mərkəzi  server  varsa,  bəzi  modullar  şəbəkəni  idarə  edən  sistem  cədvəllərinin 

saxlandığı mərkəzi serverdə işləyir. Bu modullar şəbəkə sisteminin nüvəsini təşkil 

edir.  Digər  modullar  işçi  stansiyalarda  işləyir.  Adətən  şəbəkə  elə  qurulur  ki,  işçi 

stansiyalar yalnız serverin disklərinə və birgə istifadə edilən printerlərə  müraciət 

edə  bilir.  Stansiyalar  bir-birinin  diskinə  müdaxilə  edə  bilmir.  Lakin 



Net

 

Link 

proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin proqram 

hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.  



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə