İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə121/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   117   118   119   120   121   122   123   124   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 389 

edən marşrutlaşdırma protokollarından; 

 



Kompüterin  unikal  nömrəsini  və  ya  adını  aydınlaşdıran,  şəbəkə  ünvanını 

dəstəkləyən protokollardan; 

 

Bütün  mümkün  şəbəkə  xidmətlərinə  daxil  olmanı  təşkil  edən  tətbiqi 



protokollardan; 

 



Uyğun  marşrutlar  haqqında  şəbəkəyə  lazımı  məlumatı,  şəbəkənin 

vəziyyəti  haqqında  informasiyanı  verən,  həmçinin  lokal  şəbəkələr  üçün 

məlumatları işlədən şlüz protokollarından; 

 



Kliyentin  şəbəkədə  rahat  işləməsini  təmin  edən  və  yuxarıda  göstərilən 

protokollara aid olmayan digər protokollardan. 

 

QEYD

:  1973-cü  ildə  DARPA-nın  İnformasiya  Departamentinin  direktoru 

Robert  Elliot  (Bob)  Kan  və  amerika  alimi  Vinton  Qrey  Serf  Pentaqonun  Elmi 

Tədqiqatları  İdarəsi  (Defense  Advanced  Research  Projects  Agency)  DARPA-da 

işləyərkən  informasiyanın  paketlər  vasitəsi  ilə  uzaq  məsafələrə  ötürülməsi  üçün 

protokol kəşf edirlər və onu sonralar TCP/IP protokolu adlandırırlar. 

 

   


  

 

Robert Elliot (Bob) Kan                         Vinton Qrey Serf 



 

 Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir: 



TCP

  (Transmission  Control  Protocol  –  Verilənlərin  Ötürülməsinə  Nəzarət 

Protokolu)  İnternet  vasitəsilə  göndəriləcək  informasiyanın  kiçik  paketlərdə  hansı 

şəkildə bölünməsini təyin edir. 

Qovluqlarda  yerləşdirilən  xüsusi  hazırlanmış  kompüterlər İnternet  vasitəsilə 

informasiyanı  hərəkət  etdirmək  üçün 

IP

-dən  istifadə  edirlər.  Bu  zaman  kiçik 

informasiya  paketlərində  kompüterlərin  IP  ünvanları  göstərilir  ki,  bunun  da 

köməyi  ilə  informasiya  müəyyən  olunmuş  ünvana  çatdırılır.  Hər  bir  paketdə  4 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



390 

Kbaytdan  artıq  olmayan  informasiya  ötürülür.  Marşrutizatorların  köməyi  ilə 

İnternetin  ayrı-ayrı  hissələri  bir-biri  ilə  əlaqə  yaradır.  Marşrutizatorlar  paketlərin 

haraya  göndərilməsi  haqda  qərar  qəbul  edirlər.  Yerli  altstansiya  onu  digər 

altstansiyaya  göndərir.  Bu  əməliyyat  xəbərin  ünvana  çatmasına  qədər  davam 

edir.  Səbəkələr  arası  IP  (İnternet  Protokol)  protokolu  ünvanlaşdırmağa 

“cavabdeh”dir və şəbəkədə paketlərin hərəkətini təyin edir. 

IP-ünvan  bir-biri  ilə  nöqtələrlə  ayrılmış  4  baytdan  (və  ya  32  bitdən) 

ibarətdir.  Məsələn,  Macintosh  firmasının  fərdi  kompüterləri  198.70.150.9  IP 

ünvanına malikdir. 

 

İNTERNETDƏ RESURSLARIN ÜNVANLAŞDIRILMASI 

 

Ümumdünya  şəbəkəsi  olan  İnternetdə  hər  bir  kompüter  (əslində, 

kompüterin  şəbəkə  adapteri)  eyni  zamanda  3  ünvan  alır:  birincisi, 

adapterin 

zavod  nömrəsidir

,  ikincisi, 



IP  ünvanın  kodudur

,  üçüncüsü, 



domen 

ünvanıdır

 ki, bütün bunlar da istifadəçi interfeysi üçün nəzərdə tutulmuşdur.  

IP-ünvanı  4  baytlıq  ölçüyə  malikdir  və  3  hissədən  ibarətdir:  IP  –ünvanın 

ranqı,  lokal  şəbəkənin  nömrəsi  və  şəbəkə  daxilindəki  kompüterin  nömrəsi.  IP  –

ünvanın ranqı bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. 

Şəbəkənin  nömrəsi  qeydiyyat  zamanı  verilir.  Şəbəkənin  nömrəsini  şəbəkənin 

sahibi olan təşkilat verir. Şəbəkə daxilində kompüterin nömrələnməsi isə şəbəkə 

inzibatçısının səlahiyyətindədir.  

Ünvanların  domen  təşkilatı 

DNS

  (

Domain

 

Name

 

System

)  iyerarxik 

quruluşludur. Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə 

müəyyən  ad  verilir

.

  Növbəti  səviyyə  domeni  yuxarı  səviyyə  domeninə  yeni  ad 



əlavə  etməklə  yaradılır.  Domen  adları  sistemi  İnternet  xidmətləri  içərisində 

mərkəzi yerlərdən birini tutur. 

İnternet məlumatları sərbəst ötürməyi həyata keçirməklə stansiya ünvanına 

xüsusi  tələb  qoyur.  Tələb  əsasən  ondan  ibarətdir  ki,  ünvan  formatlı  olmaqla 

informasiyanın  avtomatik  işləməsinə  imkan  yaratsın.  Bu  cəhətdən  hər  bir 

kompüter üçün ünvan müəyyən edilmişdir: 

rəqəm

 və 


domen

 unvanı. Ünvanların 

hər ikisindən bərabər səviyyədə istifadə etmək mümkündür. 

Rəqəm ünvanı kompüterlərdə işləmək üçün, domen unvanı isə istifadəçilərin 

daha  yaxşı  başa  düşməsi  üçün  yararlı  hesab  edilir  (serverin  kompüterlər 

toplusuna və onlara qoşulmuş işçi stansiyalara domen deyilir). 

Rəqəm ünvanı uzunluğu 32 bit olub, hər biri 8 bitdən ibarət olan 4 blokdan 

ibarətdir.  Bunları  da  onluq  sayda  qeyd  etmək  olar.  Ünvan  kompüterin 

identifikasiyası üçün zəruri informasiyanı tam saxlamaq qabiliyyətinə malikdir. İki 

blok  şəbəkə  ünvanını,  digər  iki  blok  isə  bu  şəbəkənin  daxilində  kompüterlərin 

ünvanını  müəyyən  edir.  Ünvanlar  arasında  sərhədi  təyin  etmək  üçün  müəyyən 

edilmiş  qayda  fəaliyyət  göstərir.  Buna  görə  də  IP  üç  komponenti  özündə 

birləşdirir: 

 



Şəbəkə ünvanı; 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə