İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə118/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   114   115   116   117   118   119   120   121   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 383 



Elektron  poçtu

  (E-mail).  Bu  xidmət  növü  hazırda  İnternetin  ən  kütləvi 

xidmət növüdür, çünki bir çox hüquqi və fiziki şəxslər məhz bu xidmət növündən 

istifadə  etmək  üçün  İnternetə  qoşulurlar.  E-mail  kommersiya  təşkilatları  üçün 

operativ biznes informasiyasının sürətli ötürülməsində istifadə edilən əvəzedilməz 

bir vasitədir. Elektron poçtla istifadəçi dünyanın müxtəlif bölgələrində yaşayan və 

ya  işləyən  istifadəçilərlə  əlaqə  qura  bilər.  İstifadəçilər  bu  xidmətdən  ənənəvi 

məktub, telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə 

xəbərlərin  ötürülməsini  təmin  edir.  Elektron  poçtu  vasitəsilə  İnternetdə 

informasiya  göndərilir  və  əldə  edilir.  Elektron  poçtundan  faylların,  proqramların 

ötürülməsi  üçün  də  istifadə  olunur.  Elektron  poçtu  vasitəsilə  kompüterin 

yaddaşında  saxlanılan istənilən  faylı  lazım  olan  ünvana  göndərmək  mümkündür. 

Bu  zaman  çalışmaq  lazımdır  ki,  yaddaşda  olan  faylın  tutumu  3  Mbayt-dan  artıq 

olmasın,  çünki  böyük  tutumlu  fayllar  göndərilən  zaman  mütləq  maneələrlə 

rastlaşırlar. Digər tərəfdən fayl böyük olduqca onun göndərilmə vaxtı da uzanır. 

Nəticədə  səhvlərə  yol  verilir,  faylı  yenidən  göndərmək  lazım  gəlir  və  s. 

Çatışmazlığı  aradan  qaldırmaqdan  ötrü  universal  MIME  (Multipurpose  Internet 

Mail  Extensions  –  İnternet  Poçtunun  Çoxməqsədli  Genişlənməsi)  üsulundan 

istifadə  edilir.  MIME  elektron  poçtu  vasitəsilə  göndərilən  bütün  faylları  kodlayır. 

Əks  tərəfdə  isə  alınmış  informasiya  dekodlanır  və  istifadəçi  proses  zamanı 

informasiyanı əvvəlki şəkildə alır. 

elm@iit.ab.az

  informasiya  fraqmenti  yazılışını  araşdıraq.  Yazılışda  istifadəçi 

@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen kimi əks edilir. 

İstifadəçi  -  bu  istifadəçinin  adıdır.  Məsələn,  elm@  -  kommersiya  işarəsi 

istifadəçinin  adını qovşaq  kompüterin  adından  ayırır.  Ünvanın  ikinci  hissəsi,  yəni 

@  işarəsindən  sonrakı  yazılış  istifadəçinin  İnternetə  qoşulduğu  kompüterin 

ünvanını  göstərir.  Kompüter  ünvanı  bir-birindən  nöqtə  ilə  ayrılan  bir  neçə 

hissədən ibarətdir. 

Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur: 

 

From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı; 



 

To (hara): məktub göndərilən şəxsin ünvanı; 



 

Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı; 



 

 



Subject: məktubun mövzusu; 

 



Date  (tarix):  məktubun  göndərilmə  tarixi  və  zamanı (bu sətir  avtomatik 

doldurulur); 

 

Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı. 



Son  zamanlara  qədər  uzaq  məsafə  ilə  əlaqə  əsasən,  elektron  məktublar 

vasitəsi  ilə  həyata  keçirilirdi.  İndiki  zamanda  isə  E-mail  vasitəsi  ilə  şəkillər, 

fototəsvirlər,  audio  və  video  yazılar  və  sairədən  istifadə  etməklə  informasiya 

mübadiləsi aparmaq mümkündür. Yuxarıda qeyd olunan informasiya fraqmentini 

göndərmək  və  ya  onları  elektron  məktubuna  birləşdirmək  olar.  Fraqmentləri 

birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir. 

 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



384 

QEYD

: 1965-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları Noel 

Morris  və  Tom  Van  Vlek  IBM  7090/7094  kompüterinə  quraşdırılmış  CTSS 

(Compatible  Time-Sharing  System)  əməliyyat  sitemi  üçün  MAIL  proqramını 

hazırlayırlar. 

Sonrakı  illərdə  bu  istiqamətdə  digər  mütəxəssislərin  də  elmi  araşdırmalar 

aparmasına  baxmayaraq  bu  sahədə  hiss  ediləcək  irəlləyiş  əldə  olunmur.  Öncə 

elektron  poçtu  böyük  ölçüyə  malik  verilənlərin  mərkəzləşdirilmiş  təhlilini  həyata 

keçirə  bilən  böyük  kompüterlərdə  –  maynfremlərdə  informasiya  mübadiləsinin 

yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulmuşdu.  Bu  məsələ  istifadəçilərdən  ötrü  o 

qədər əlverişli oldu ki, onlar belə əməliyyatları müxtəlif kompüterlər arasında da 

həyata keçirməyə başladılar. 

    

 

                     Tom Van Vlek                       Noel Morris 



 

İlk elektron məktub 26 mart 1976-cı ildə İngiltərənin kraliçası Yelizaveta II 

göndərilmişdir.  Hal-hazırda  hər  bir  kəs  “smaylam”ın  xidmətindən  istifadə  edir. 

Amma əksəriyyəti bilmir ki, smaylamın yaranma tarixi əslində 12 aprel 1979-cu il 

hesab olunmalıdır. 

 

İnternetin  xidmətləri  arasında  elektron  poçtu  ilə  əlaqə  yaratmaq  ən  ucuz 



başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. O, 

poçt  müştəri-proqramının  köməyi  ilə  məktubun  mətnini  formalaşdırır,  alıcının 

ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi on-

line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və məktubun 

göndərilməsi  üçün  onu  poçta  yerləşdirmək  əmri  verir.  Hazırlanmış  məlumat 

serverə  ötürülür  və  məktubu  alan  istifadəçi  fərdi  kompüterində  öz  ünvanına 

baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da 

saxlanılır.  Poçt  serveri  dövrü  olaraq  abonentlərin  qutularına  baxır,  daxil  olmuş 

məlumatların göndərilməsini təşkil edir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə