İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə106/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



348 

ya da işığı əks edir.  



İşıq

–elekrtomaqnit şüalanmasıdır. 

Rəng–şüalanmanın  gözə  təsirinin  xarakteristikasıdır.  Beləliklə,  işıq  şüası 

gözün  torlu  qişasına  düşəndə  rəng  hissi  yaradır.  Şüalanan  işıq  mənbədən 

(məsələn, günəşdən, lampadan, monitorun ekranından və s.) çıxan isığa deyilir. 

Mənbədən bilavasitə gözə düşən şüalanan işıq, özündə, onu yaradan bütün 

rəngləri  saxlayır.  Obyektdən  əks  olunan  işıq  dəyişə  bilir.  İşıq  mənbəyi  olmayan 

ixtiyari predmet işığı ya müəyyən qədər udur, ya da əks etdirir. 

Günəş  və  digər  işıq  mənbələri  kimi  monitor  da  işıq  şüalandırır.  Təsvir  çap 

edilən  kağız  isə  işıgı  əks  etdirir.  İşıq  həm  şüalanma,  həm  də  əks  olunma 

proseslərində alina bildiyinə görə işığin şərh edilməsi üçün bir-birinin əksi olan iki 

üsul: additiv və subtraktiv rəng modelləri mövcuddur. 

Şüalanan  işıq  additiv  rəng  modeli  ilə  şərh  edilir.  İşləyən  monitorun  və  ya 

televizorun  ekranına  yaxın  məsafədən  və  ya lupa  ilə  baxanda çoxlu  sayda xırda 

qırmızı, yaşıl və göy rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli 

ekranda  hər  bir  piksel  müxtəlif  (qırmızı,  yaşil  və  göy)  rənglərdən  ibarət  olan  üç 

nöqtənin məcmusundan ibarətdir. Müxtəlif rəngli bu nöqtələr çox xırda olduğuna 

görə  gözdə  onların  qarışığı  bir  rəng  kimi  görünür.  Beləliklə,  qonşü  nöqtələrin 

rəngləri qarışaraq başqa rəng əmələ gətirir.  

Rəngli  nöqtələrin  işıqlanma  intensivliyini  dəyişməklə  çoxsaylı  rəng  çalarları 

yaratmaq mümkündür.  

Additiv rəng üç əsas rəngin (qırmızı, yaşıl, göy) toplanması ilə alınır. Bu üç 

rəngin  hamısının  intensivliyi  100%-ə  çatanda  ağ  rəng  alınır.  Rənglərin  hamısı 

olmayanda qara rəng alınır.  

Kompüter  monitorlarında  istifadə  edilən  additiv  modeli  RGB  (Red-qırmızı, 

Green-yaşıl, Blue-göy) abbreviaturası ilə işarə etmək qəbul edilmişdir. 

Əks  olunan  rənglər  subtraktiv  rəng  modeli  ilə  sərh  edilir.  Kağız  işıq 

şüalandırmır, isığı udur və əks etdirir. Gözə kağızdan əks olunan işıq düşür. Ona 

görə də qrafik təsvirlərin çap edilməsi üçün subtraktiv modeldən istifadə edilir. 

Ağ rəng göy qurşağına daxil olan bütün rəngləri özündə birləşdirir. Ağ rəng 

prizmadan keçəndə tərkib hissələrinə ayrılır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy 

və  bənövşəyi  rənglər  işığın  görünən  spektrini  əmələ  gətirir.  Ağ  kagız  ağ  isıqla 

işıqlandırılanda bütün rəngləri əks etdirir. Rənglənmiş kağız isə bəzi rəngləri udur, 

yerdə  qalan  rəngləri  isə  əks  etdirir.  Ağ  isıqla  işıqlandırılan  qırmızı  rənglə 

rənglənmiş  kağız  ona  görə  qırmızı  görünür  ki,  o,  qırmızı  rəngdən  başqa  bütün 

rəngləri  udur.  Həmin  qırmızı  kagızı  göy  işıqla  işıqlandıranda  o,  göy  rəngi 

udduğuna  görə  qara  görunəcək.  Subtraktiv  rəng  modelində  mavi,  al-qırmızı  və 

sarı  rənglər  əsas  rənglərdir.  Onların  hər  biri  çap  səhifəsinə  düşən  ag  rəngin 

müəyyən  rənglərini  udur  və  ya  ağ  rəngdən  müəyyən  rəngləri  çıxarır.  Subtraktiv 

modelin  adı  da  bundan  götürülmüşdür.  İngiliscə  “



subtrakt

”  –  cıxma  deməkdir. 

Əsas  subtraktiv  rəngləri  də  müxtəlif  nisbətlərdə  qarışdırmaqla  çoxsaylı  çalarlar 

almaq mümkündür. Subtraktiv modeldə ağ rəng əsas subtraktiv rənglərin heç biri 

olmayanda alınır.  



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 349 

Mavi, al-qırmızı və sarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ 

gətirir.  Daha  dəqiq  desək,  bu  rənglər  qarışdırılanda  nəzəri  olaraq  qara  rəng 

alınmalıdır. 

Boyaların  bəzi  xüsusiyyətlərinə  görə  bu  rənglər  qarışdırılanda  qonur-ləkə 

çaları alınır. Ona görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir. 

Subtraktiv  rəng  modeli CMYK  (Cyan  –mavi,  Magenta  –  al-qırmızı,  Yellow  – 

sarı, blacK – qara) abbreviaturası ilə işarə edilir. 

RGB  və  CMYK  modellərində  rənglərin  alınma  üsulu  fərqli  olduğuna  görə 

monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. 

  

 



QRAFİK FAYLLARIN FORMATLARI 

 

Qrafik  təsvirlərlə  iş prosesində  onların  sonrakı  mərhələlərdə  işlənməsi üçün 

kompüterin yaddaşında saxlanması ən vacib problemlərdən biridir. Bu problemlə 

ixtiyari  qrafik  sistem  istifadəçiləri  daim  qarşılaşmalı  olur.  Təsvir  son  formasını 

alana qədər o, bir neçə qrafik proqram vasitəsi ilə emal prosesini keçməlidir. 

Məsələn,  fotoşəkil  əvvəlcə  skanerə  edilir  və  kompüterə  köçürülür,  sonra 

Adobe  Photoshop  proqramından  istifadə  edilməklə  görünüş  qüsurları  aradan 

qaldırılır  və  rənglərin  korreksiyası  aparılır.  Bundan  sonra  alınan  təsvir  iş 

prosesində  qurulacaq  təsvirlərə  əlavə  edilmək  üçün  CorelDRAW  və  Adobe 

Illustrator kimi təsvirlərin yaradılması üçün nəzərdə tutulan proqramlara eksport 

edilir. 

Jurnal məqaləsi və ya kitab üçün hazırlanan təsvir adətən QuarkXPress və ya 

Adobe PageMaker kimi mətbəə sistemlərinə import edilməli olur. 

Multimedik  təqdimat  üçün  hazırlanan  təsvir  isə  çox  güman  ki,  Microsoft 

PowerPoint  və  Macromedia  Director  kimi  proqramlardan  istifadə  edilməklə 

hazırlanır və yaxud da Veb-səhifəsində yerləşdirilir. 



Qrafik faylın formatı

 - qrafik məlumatların xarici daşıyıcıda təsvir edilməsi 

üsuludur.  

Standartlar  hələ  mövcud  olmayan  vaxtlarda  qrafika  proqramlarını 

hazırlayanların  hər  biri  öz  əlavələri  üçün  təzə  format  yaradırdılar.  Ona  görə  də 

müxtəlif  proqramlar  (mətn  prosessorları,  mətbəə  sistemləri,  illüstrativ  qrafika 

paketləri,  CAPR-avtomatlaşdırılmış  layihələndirmə  sistemləri)  arasında  məlumat 

mübadiləsi  zamanı  ciddi  problemlər  yaranırdı.  Keçən  əsrin  80-ci  illərin 

əvvəllərindən başlayaraq inkişaf etmiş ölkələrin rəsmi qurumları əvvəlcə müxtəlif 

əlavələr üçün ümumi formatlar yaratmaq haqqında qərar qəbul etdilər və müvafiq 

qurumlara  bu  barədə  tapşırıqlar  verdilər.  Qərara  uyğun  olaraq  sahə 

mütəxəssisləri işə başladılar. 

Qeyd  etmək  lazımdır  ki,  təsvirə  ediləcək  bütün  əlavələr  üçün  yararlı  olan 

vahid  format  yoxdur  və  ola  da  bilməz.  Lakin  bəzi  formatlar  bir  sira  predmet 

sahələri üçün standart formatlara çevrilmişdir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə