İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə103/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   99   100   101   102   103   104   105   106   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 339 

 

 

 



 

 

Şəkil 135. View (Вид-Görünüş) düyməsindən istifadə nəticəsində ekrana açılmış 

rejimlər toplusu 

 

 



Proqram  istifadəçiyə  verilənlərin  əks  olunması  üçün  filtrlərdən 

(süzgəclərdən)  istifadə  etməyə  imkan  verir.  Bu  funksional  imkan  əsasən 

istifadəçinin böyük həcmə malik informasiya ilə işlədiyi zaman yardımçıdır. Əgər 

istifadəçi hər hansı bir şərt süzgəcindən istifadə etmək istəyirsə, onda o, mausun 

oxunu  hazırladığı  cədvəlin  uyğun  sütununun  üzərinə  gətirib  sol  düyməni  sıxmalı 

və  ekrana  açılmış  kontekst  (dinamik)  menyudan  (Текстовые  фильтры-Mətn 

süzgəcləri)  altmenyusunu  seçməlidir.  Altmenyu  özündə  bir  neçə  əmri  - 

süzgəclərin  düzülüşünü  və  istifadə  edilmə  ardıcıllığının  istiqamətini  birləşdirir. 

Verilənlər  bazasına  öncədən  quraşdırılmış  süzgəci  ləğv  etmək  lazım  gəldikdə, 

istifadəçi  ekrana  açılmış  dinamik  menyudan  (Снять  фильтр-Süzgəci  ləğv  et) 

əmrini seçməlidir. 

    


 

 

VERİLƏNLƏRİN İMPORT VƏ EKSPORT EDİLMƏSİ  



 

Öndə  qeyd  olundu  ki,  Microsoft  Access  əməliyyat  sisteminin  yaradılmış 

verilənlər bazasını import və ya eksport etmək imkanı vardır. Məsələn, verilənlərin 

Excel  elektron  cədvəlinə  import  edilməsi  üçün  (Внешные  данные-Xarici 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



340 

verilənlər)  qoşmasındakı  (Импорт-İmport)  sahəsindəki  Excel  düyməsini  sıxmaq 

lazımdır. Nəticədə iş masasına 136 saylı şəkildə verilmiş dialoq pəncərəsi açılacaq.  

 

 



 

Şəkil 136. (Импорт-İmport) sahəsindəki Excel düyməsinin sıxılması ilə açılmış 

Excel pəncərəsi  

 

Pəncərədəki  File  name  (Имя  файлa-Faylın  adı)  sahəsi  verilənlərin  import 

ediləcək  fayla  yolunu  göstərir.  Bu  məqsədlə  sahənin  sağ  tərəfindəki  (Обзор-

Baxış)  düyməsini  sıxmalı  və  Windows  ənənəsinə  uyğun  olaraq  import  ediləcək 

fayla yolu müəyyənləşdirmək lazımdır. 

Microsoft  Access  2007  əməliyyat  sistemi  istifadəçiyə  import  ediləcək 

verilənin import olunma üsulunu seçmək imkanı da verir. 

 Bu  məqsədlə  136  saylı  pəncərədə  verilmiş  düyməcikləri  ((Импортировать 

данные  источника  в  новую  таблицу  в  текущей  базе  данных-Cari  verilənlər 

bazasındakı verilənləri yeni cədvələ import etmək) düyməciyi, (Добавить копию 

записей  в  конец  таблицы-Qeydiyyatların  surətinin  cədvəlin  sonuna  əlavə 

edilməsi) düyməciyi və  (Создать связанную таблицу для связи с источником 

данных-Mənbə  verilənləri  ilə  əlaqə  yaradacaq  cədvəlin  yaradılması)  düyməciyi 

nəzərdə tutulur) növbə ilə aktivləşdirmək lazımdır. Beləliklə, import ediləcək faylın 

import  olunma  üsulu  secildikdən  sonra  OK  düyməsini  sıxmaq  lazımdır.  Bununla 

yanaşı  Access  proqramının  köməkliyi  ilə  eksport  olunacaq  fayllarında  eksport 

olunma üsullarını seçmək mümkündür. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 341 



 

FƏSİL XVII. KOMPÜTER QRAFİKASI 

 

 



 

İnformatikanın  kompüterdən  istifadə  ilə  təsvirlərin  yaradılması  və  redaktə 

edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır. 

Müxtəlif peşə sahibləri: 

 

Müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar; 



 

Rəssamlar; 



 

Konstruktorlar; 



 

Kompüter dizaynı ilə məşğul olan mütəxəssislər



 

Dizaynerlər;  



 

Reklam məhsulları hazırlayanlar; 



 

Veb–səhifələrin hazırlanması ilə məşğul olanlar



 

Multimedia təqdimatı hazırlayan müəlliflər; 



 

Səhiyyə işçiləri; 



 

Parça və geyim modelyerləri; 



 

Fotoqraflar; 



 

Tele-video  montajla  məşğul  olan  mütəxəssislər  və  digərləri  öz  işlərini 



sahmana salmaq üçün kompüter qrafikasından istifadə edirlər. 

Adətən  kompüterin  ekranında  təsvirlər  qrafika  proqramlarının  köməyi  ilə 

yaradılır.  Kompüter  qrafikası  proqramlarına  rastr  və  vektor  qrafikaları,  fraktal 

grafika,  üçölçülü  obyektləri  yaratmaq  və  redaktə  etmək  üçün  istifadə  edilən 

proqramlar, avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir. 

Avtomatlaşdırılmış  sistemlər  çox  maraqlidır,  lakin  nəzərə  almaq  lazımdır  ki, 

onlardan  peşəkar  istifadə  yaxşı  hazırlıq  tələb  edir.  Məsələn,  avtomatlaşdırılmış 

layihələndirmə  sistemi  olan  AutoCAD  proqramından  peşəkar  memarlar  binaların 

layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. 

Kompüter  qrafikasının  əsas  məqsədi  təsvirlərin  yaradılması  və  saxlanması 

prinsipləri  barədə  ətraflı  məlumat  verməklə  yanaşı  daha  populyar  qrafik 

redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir. 

 Kompüter  qrafikasının  təyinatı  kompüterin  yaddaşında  təsvirlərin 

kodlaşdırılması,  yaradılması,  redaktə  edilməsi  və  saxlanması  üsullarını  hərtərəfli 

öyrətməkdən ibarətdir. 

Kompüter  qrafikasında  əldə  edilən  biliklər  fizika,  kimya,  biologiya,  eləcə  də 

digər  elm  sahələrinə  aid  olan  elmi  və  tətbigi  tədqiqatların  nəticələrini 

vizuallaşdırmağa  imkan  verir.  Yaradılan  təsvirlər  natiqlərin  nitq  materiallarında, 

məqalələrdə,  multimedia  təqdimatlarında  istifadə  edilməklə  yanaşı  Veb–

səhifələrində  də  yerləşdirilə  bilər  (və  ya  mətbəə  sistemi  sənədlərinə  daxil  edilə 

bilər). 

Adətən  qrafik  redaktorlar  fərqli  imkanlara  malik  olur.  Lakin  təsvirlərin 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə