İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   5   6   7   8   9   10   11   12   ...   168

 
18
Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən  şəhər yoxsullarından 
ibarət təbəqə» mənasında işlənən  əyar sözü (338, s.574) əsasında formalaşmışdır. Nəsil adı bildirir. 
Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur. 
Ağyarğan - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda dağ. Rayondakı Ağxaç Kəndinin şimal-qərbində yerləşir. Hündürlüyü 2528 m-dir. Erməni 
mənbələrində Ağyorğan formasında qeyd edilir (427, s.242). Oronim Azərbaycan dilində «dayaz, çox 
da dərin olmayan» mənasında işlənən   sözü ilə (95, s.269) «ətrafı  sıldırımlı iri, uzun dərə» 
mənasında işlənən yarğan sözünün (10, s.498) birləşməsindən  əmələ  gəlmişdir. Mürəkkəb quruluşlu 
oronimdir. 
Ağyoxuş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indi Basarkeçər (Vardenis) 
rayonundakı Sultan Əli qışlağı (Canəhməd) kəndində  aşırım. Oronim qədim türk dilində 
«hündür»mənasında işlənən  sözü ilə «yolun dağa, təpəyə qalxan hissəsi» mənasında işlənən yoxuş 
sözünün (10, s.561) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.  
Ağyoxuş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 13-14 km şimal-şərqdə, düzənlikdə yerləşir. 
Kənddə 1831-ci ildə 192 nəfər azərbaycanlı yaşamışdır (415, s.110). Lakin sonralar kənddə 
yaşayanlar haqqında məlumat yoxdur. Yalnız mənbələrdə 1970-ci ildə burada 341 nəfər 
azərbaycanlının yaşadığı göstərilir (427, s.184). Kəndin sakinləri 1988-ci ildə Ermənistan dövləti 
tərəfindən qovulmuşlar. 
Toponim qədim türk dilində «hündür, yuxarı» mənasında işlənən  sözü ilə (299, s.16) «yolun 
dağa, təpəyə qalxan hissəsi», «yuxarı qalxan yer» mənasında işlənən yoxuş sözünün (10, s.561) 
birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ağqıraq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində, arx yanında yerləşir. 
Kəndin qədim adı  Ağqıraq olsa da (386, s.595-596;415, s.66; 427, s.180), sonralar erməni 
mənbələrində  Əliqırıq (415,s.66), Əliqrağı,  Əliqraq kəndi (427,s.85) kimi sabitləşmişdir. XX əsrin 
ortalarında kənd Əliqoıx adlandırılmışdır (415, s.66). Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd 
edilmişdir(348,s.!2). 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.66-67). Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız 
azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-30 - 
cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş (386, s.595-598; 427, s.345), 
azərbaycanlılar deportasiya olunmuşdur. 
Kəndin ərazisində türklərlə bağlı 89-cu əsrlərə aid tarixi abidələr vardır. 
Toponim qədim türk dilində «kiçik, balaca» (359, l(1), s.96), ərazicə çox da geniş olmayan (94, 
s.68) mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü (359, II(2), s.161) əsasında 
formalaşmışdır. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur. 
Ağkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5). XX əsrin 
əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən  sözünə (94, 
s.68)  kənd  coğrafi nomeninin birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Ağkənd - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 17-18 km şimal-şərqdə, Səlim çayının yanında, Arpaçayın sağ 
sahilində yerləşir. Kənddə 1831-ci ildə 222 nəfər, 1873 - cü ildə 498 nəfər, 1886-cı ildə 546 nəfər, 
1897-ci ildə 670 nəfər, 1904 - cü ildə 918 nəfər, 1914 - cü ildə 1010 nəfər, 1916-cı ildə 704 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə 
məruz qalaraq qırğınlarla kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 106 nəfər azərbaycanlı, 1926-cı 
ildə 126 nəfər azərbaycanlı, 172 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 297 erməni (415, s.91, 
161), 1939 - cu ildə 621 nəfər azərbaycanlı  və erməni (427, 185)yaşamışdır. Göründüyü kimi
ermənilər buraya 1923-25-cı illərdə köçürülmüşdür. Azərbaycanlılar 1948-49 - cu illərdə zorla 
Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. 


 
19
Toponim qədim türk dilində «kiçik, balaca» mənasında işılənən  sözü ilə (359, I (1), s.96) 
türk dilində «yaşayış  məntəqəsi», «şəhər» mənasında işlənən  kənd  sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşllu toponimdir.  
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Ağncazor qoyulmuşdur. 
Ağkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 5-6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan 
Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd edilmişdir.  
Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və 
Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş (427, s.295) və azərbaycanlılar 
tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 
Toponim «kiçik» mənasında işlənən   sözü ilə (94, s.68) kənd  coğrafi nomeninin 
birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.SSR AS 
RH-nin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur. 
Ağkilsə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 24 km cənub-qərbdə yerləşir. Polad Ayrım kəndinin tərkibində 
olmuşdur. 1930 - cu ilə kimi Dilican rayonunun ərazi bölgüsünə daxil idi. 
Kənddə 1897-ci ildə 115 nəfər, 1904 - cü ildə 130 nəfər, 1919 - cu ildə 151 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.30-31, 114-115). 1919 - cu ilin mart ayında azərbaycanlılar ermənilər tərəfindən 
deportasiya olunmuş, soyqırımına məruz qalmışdır.  İndiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 
114 nəfər, 1931-ci ildə 166 nəfər (415, s.31, 115), 1959 - cu ildə 187 nəfər, 1987-ci ildə 70 nəfər 
azərbaycanlı yaşamışdır (85, s.77). 1988-ci ilin noyabr-dekabr ayında azərbaycanlılar dövlət 
səviyyəsində deportasiya edilmiş, tarixi-etnik torpaqlarından qovulmuşlar. 
Toponim rəng mənasında işlənən   sözü ilə dini məbəd mənasını bildirən  kilsə  sözünün 
birləşməsindən  əmələ  gəlmişdir. Kəndin adı yaxınlıqdakı  ağ  rəngdə olan kilsə (albanlara məxsus) 
adından götürülmüşdür. 
Ağkilsə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonun  ərazisində  kənd olmuşdur. Rayon mərkəzindən 14 km qərbdə, Elpin çayının sol qolu olan 
Heşin çayının sahilində yerləşirdi. 
Kənddə 1873 - cü ildə 65 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 102 nəfər, 1904 - cü ildə 
110 nəfər, 1914 - cü ildə 121 nəfər, 1916-cı ildə 155 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-
161). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. 
Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar ata-baba 
yurdlarına dönmüş  və 1922-ci ildə burada 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.161). 1923-25-cı 
illərdə 8 nəfər də qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində rəng mənasında işlənən ağ sözü ilə dini məbəd mənasında işlənən 
kilsə sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidə albanlara məxsus kilsə adından yaranmışdır. «Ağ 
rəngdə olan kilsə yanında kənd» mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. 
Ağkilsə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 11-12 km şərqdə, Qaramasuyu çayının yanında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.5), «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.120) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 263, 1886-cı ildə 321, 1897-ci ildə 389, 1908-ci ildə 173, 1914 - cü ildə 
515, 1916-cı ildə 443 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə 
azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 
burada 198, 1926-cı ildə 244, 1931-ci ildə 307 (415, s.27, 111), 1959 - cu ildə 276, 1979 - cu ildə 448 
nəfər azərbaycanlı (427, s.39) yaşamışdır. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar 
tarixi-etnik torpaqlarından qovulmuşlar. 
Kənddə XI-XIII əsrlərə aid qədim alban kilsəsi vardır. Kənddən 2-3 km yuxarıda köhnə yaşayış 
sahəsi və qəbirstanlığın qalıqları buranın qədimliyini sübut edir. Bu tarixi abidələrə istihad edib demək 
olar ki, kənd II-III əsrlərdə salınmışdır. 
Kəndin adı buradakı alban kilsəsindən götürülmüşdür. Toponim rəng bildirən ağ və dini məbəd 
mənasında işlənən kilsə sözlərindən ibarətdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə