İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   8   9   10   11   12   13   14   15   ...   168

 
24
Ada - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda arxipelaq. Rayondakı Ardanış kəndinin yanında, Göyçə gölünün şimal-şərqində yerləşirdi. 
Adakut - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. Xarabalığa çevrilmişdir. 
Adamxan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 
verstlik xəritəsində (348, s.22) qeyd edilmişdir. 1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 
1828-ci ildən sonra Türkiyədən köçürülən (169 nəfər) ermənilərin burada yerləşdirilməsi ilə bağlı 
(386, s.595-598) azərbaycanlılar deportasiya olunmuşdur. 
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vardadzor 
qoyulmuşdur. 
Adamdərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda çay. Rayondakı Adamxan kəndinin ərazisindən axır. Göyçə gölünə axıb tökülür. Hidronim 
şəxs adı ilə dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Antropohidronimdir. Quruluşca mürəkkəb 
hidronimdir. 
Adatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Rayondakı Ardanış kəndinin yaxınlığında, Ardanış və Şorca kəndləri arasında, Şorca 
kəndindən 3-4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.6) qeyd edilmişdir. 
XIX əsrin əvvəllərində ləğv edilmişdir. Səhv olaraq Ardanış kəndi ilə eyniləşdirilir (427, s.28). Erməni 
mənbələrində Adatəpənin Adavəngin adı əsasında yarandığı göstərilir (427, s.28). 
Toponim Azərbaycan dilində «hər tərəfi su ilə  əhatə olunmuş quru sahə» mənasında işlənən 
ada sözü ilə «alçaq dağ» mənasında işlənən təpə sözünün (254, s.18) birləşməsindən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ada təpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonu 
ərazisində qışlaq. 1926-cı ildə bura 16 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). 1930 - cu illərdə 
ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində  işlənən ada və  təpə sözlərinin birləşməsindən  əmələ  gələn 
orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Adatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayondakı Ardanış kəndinin yaxınlığında yerləşir. 
Adıyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda dağ. Adı dəyişdirilib Qarnasar qoyulmuşdur.  
Adıyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda çay. Adı dəyişdirilib Arkzi qoyulmuşdur. 
Adıyaman - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. 
Rayon mərkəzindən  şimal-şərqdə yerləşir «İrəvan  əyalətinin icmal dəftəri»ndə (s.126), Qafqazın 5 
verstlik xəritəsində (348, s.7) qeyd edilmişdir. 
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. 
Azadeğ - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin 
adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir (427, s.39, 41). 
Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə ermənilər buraya İranın Xoy 
və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s.41). 
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.88-89). 1930 - cu ildən burada yalnız ermənilər yaşayır. Kəndin adının yaranması ilə bağlı 
erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ 
adlarıdırmışlar (427,s.41). Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır. 
Toponim fars dilində  işlənən azad sözü ilə (9, s.60), fars dilində «kənd, qışlaq» mənasında 
işlənən dex sözündən (339, s.177) əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Azadibek - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Gümrü şəhərindən 25 km 
şərqdə yerləşirdi. XIX əsrin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir. 
Azadxaraba - Göyçə gölünün sahilində xaraba kənd. 


 
25
Azqala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında kənd. Ləğv edilmişdir. Xaraba 
kənddir. 
Aznaberd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasınla, indi Meğridə 
dağ.Hündürlüyü 2115 m-dir. 
  
Ayazlı saray - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında kənd. Zəkəriyyə  Kəngərli 
tərəfindən adı qeyd edilir (85, s.352). 
Ayarlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Abaran çayının qolunun yanında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.24) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 265 nəfər, 
1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 373 nəfər, 1916-
cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə kəndin sakinləri 
erməni təcavüzünə  məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 
İndiki Ermənistanla sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına 
dönə bilmişdir. Burada 1922-ci ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.151). Onlar 1924-
25-cı illərdə  sıxışdırılaraq kənddən çıxarılmış, onların yerinə ermənilər və kürdlər yerləşdirilmişdir. 
İndi ermənilər yaşayır. 
Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən  şəhər 
yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında (338, s.574) əmələ  gələn ayarlı 
nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur. 
Ayaslı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 5-6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə Böyük Ayaslı formasında (143, s.49), Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi (348, 
s.24) qeyd edilmişdir. 
Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir (415, s.46). 
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas 
bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir (427, s.228). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 129 nəfər, 1873cii ildə 55 nəfər, 1886-cı ildə 55 nəfər, 
1897-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar 
soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra azərbaycanlıların az bir qismi tarixi torpaqlarına dönmüşdür. 1926-cı ildə burada 5 
nəfər azərbaycanlı yaşamışdır (415, s.47). Onlar 1929-1930 - cu illərdə tamamilə qovulmuşdur. İndi 
burada yalnız ermənilər yaşayır. 
Toponim ayaslı etnonimi əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. 
Ayğırgöl  -  İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Üçkilsə (Eçmiədzin) - Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. 
Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur. 
Ayğırgöl  -  İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
göl. Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Dərinliyi 860 mdir. Hidronim türk 
dilində «erkək at» mənasında işlənən  ayğır  sözü ilə göl sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Mürəkkəb quruluşlu hidronimdir. 
Ayıbasan - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. 
Həmzəçimən kəndindən 3 km cənub-qərbdə yerləşirdi. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 
İndi xaraba kənddir. 
Toponim ayı sözü ilə basan feli sifətin birləşməsindən  əmələ  gəlmişdir. Zootoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Ayıbasan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda dağ. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Oronim ayı  və  basan  feli sifətinin 
birləşməsindən əmələ gəlmişdir. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Ayıdərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunun Toxluca Kəndində qışlaq. Ayı və dərə sözlərindən əmələ gəlmişdir. Tarixən həmin dərənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə