İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   10   11   12   13   14   15   16   17   ...   168

 
28
Toponim alagöz türk tayfasının adını (271,s.20;407, s.120) əks etdirir. 
Alagöz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 18 km cənub-qərbdə yerləşir. 
Toponim alagöz türk tayfasının adı (407, s.120) əsasında yaranmışdır. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Araqadz qoyulmuşdur. 
Alagöz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda qala. Adı dəyişdirilib Tsaxats kar qoyulmuşdur. 
Alagöz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda çay. Alagöz türk tayfasının adı (407, s.120) əsasında formalaşmışdır Etnohidronimdir. 
Alagöz - indi Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur. 
Alagöz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda göl.  
Alagöz - Göyçə gölünün cənub-şərqində göl. İndi Alliçmedz adlanır. 
Alagöllər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonun 
ərazisində dağ. Göyçə gölünün cənub-şərqində, Basarkeçərin cənubunda yerləşir. Hündürlüyü 2985 m-
dir.  
Alagöl çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasın
 
da, indi Basarkeçər (Vardenis) 
rayonunda çay. Rayondakı Çamırlı kəndinin ərazisindən axıb Göyçə gölünə tökülür. 
Alagüney - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda 
mədən yeri.  
Alapapaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu 
ərazisində dağ. Göyçə gölü hövzəsində, Zəngi (Razdan) çayının yuxarı sahilində yerləşir. Alapapaq 
türk tayfa adı əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca sadə oronimdir. 
Alapapaq - İrəvan  əyalətinin Dərəçiçək mahalında, indiki Axta (Razdan) rayonu ərazisində 
kənd. XVIII əsrin axırlarında xarabalığa çevrilmişdir (427, s.91). Alapapaq türk tayfasının adı əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Alapars - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin 
icmal dəftəri»ndə (143, s.78), Qafqazın 5 verstlik xəritəsində (348, s.l 1) qeyd edilmişdir. 
Kənd XVIII əsrdə  İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv 
edildikdən sonra XIX əsrin  əvvəllərində yaradılan  İrəvan quberniyasının Yeni Bayazid qəzasının 
inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964 - cü illərdə Axta (Razdan) rayonunun tərkibində 
olmuş, 1964 - cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) 
rayonuna qaytarılmışdır. 
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1829-30 - cu illərdə İranın 
Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdür (427, s.69). 1829 - cu 
ildə  kəndə  İrandan 83 erməni köçürülmüşdür (386, s.591-594). 1831-ci ildə  kənddə 182 nəfər 
azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından 
çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. İndi ermənilər yaşayır. 
Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi (299, s.84) əsasında formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Alapars - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay. 
Rayondakı Alapars kəndinin ərazisindən axır. Uzunluğu 16 km-dir. Bars türk etnoniminin (299, s.84) 
adını əks etdirir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Alatala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu 
ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir. 
Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə (359, l(2), 
s.351) Azərbaycan dilində «meşədə  ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala 
sözündən (12, s.130) əmələ gəlmişdir. 
«Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında 
işlənir (25, s.31). 
Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.  


 
29
Alaçıq daş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunun ərazisində qışlaq. Çaykənd Kəndinin yaxınlığında yerləşmişdir. 
1926-cı ildə burada 52 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində 
ləğv edilmişdir. 
Toponim türk dilində «daxma, koma, müvəqqəti yaşayış yeri» mənasında işlənən alaçıq sözü 
ilə (365, s. 130-131) daş sözünün birləşməsindən əmələ gəlib «daşdan tikilən alaçıq, çadır» mənasını 
bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Alaçıq qaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin 
tabeliyində  kənd. Karvansaray (İcevan)  şəhərindən 28 km cənubda, Tərsa çayının aşağı axarında, 
meşəlikdə yerləşir. 1930 - cu ilə kimi Dilican rayonunun tabeliyində olmuşdur. 
Kənddə 1897-ci ildə 85 nəfər, 1904 - cü ildə 118 nəfər, 1919 - cu ildə 166 nəfər azərbaycanlı 
yaşamışdır (415, s. 30-31, 114-115). 1919 - cu ilin mart ayında kənd sakinləri ermənilərin təcavüzünə 
məruz qalmış və deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. 1922-ci ildə burada 97 nəfər, 1926-cı ildə 94 nəfər, 
1931-ci ildə 119 nəfər (415, s.31, 115), 1939 - cu ildə 120 nəfər, 1959 - cu ildə 187 nəfər, 1970-ci ildə 
154 nəfər (427, s.65), 1988-ci ildə 154 nəfər (85, s.79) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr 
ayının axırlarında kənd sakinləri ermənilərin təcavüzü nəticəsində doğma torpaqlarını  tərk etməli 
olmuşlar. Toponim «daxma, koma, müvəqqəti yaşayış yeri» mənasında işlənən alaçıq sözü ilə (365, 
s.130-131) qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin 
adı erməni mənbələrində «Alaçıx» formasında işlədilir. 
Alacan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Hamamlı (Spitak) rayonu 
ərazisində kənd. Qaraçor kəndindən 6 km şimalda yerləşirdi. İndi evlərinin xarabalıqları qalıb. 
Albalaxaç - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonunda kənd. XVIII əsrin axırlarında xarabalığa çevrilmişdir. Evlərin xarabalığı indi də 
durur. 
Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. 
Araz çayına axıb tökülür. 
Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazin 5 verstlik 
xəritəsində Əlidərə formasında (348, s.12) qeyd edilmişdir. XIV-XVI əsrlərə aid albanlarla bağlı tarixi 
abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. 
Kənddə 1831-ci ildə 131 nəfər, 1873 - cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 
1094 nəfər, 1904 - cü ildə 1505 nəfər, 1914 - cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.66-67, 142-143). 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq kənd sakinləri deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 
1922-24 - cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci 
ildə 490 nəfər (415, s.67, 143), 1959 - cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979 - cu ildə 784 
nəfər (427, s.72) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də  kəndin sakinləri - 
azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi 
burada ermənilər yaşayır. 
Toponim qədim Azərbaycan dilində «qırmızı» mənasını bildirən  al sözü ilə (üzün allanması 
ifadəsində indi də özünü göstərir) «dərin çuxur» mənasında ifadə edən dərə sözünün birləşməsindən 
formalaşmışdır və «qırmızı  dərə» mənasını ifadə edir. Kəndin salındığı  ərazinin torpağı  qırmızı 
suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Alırzalar - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur (427, s.83). Tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Alişar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd. Rayondakı Dəstəkert kəndindən 23 km şimal-qərbdə yerləşirdi, Kənddə 1886-cı ildə 
138 nəfər, 1897-ci ildə 48 nəfər, 1914 - cü ildə 214 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,8.76-
77,146-147), 1918-ci ildə  kənd erməni təcavüzünün qurbanı olmuşdur.  İndiki Ermənistanda Sovet 
hakimiyyəti qurulandan sonra sağ qalanlar tarixi torpaqlarına dönmüşlər. Burada 1922-ci ildə 105 
nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 135 nəfər (415, s.77,147)
 
1939 - cu ildə 108 nəfər (427, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə