İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   12   13   14   15   16   17   18   19   ...   168

 
32
Alxan pəyəsi - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd 
(Yeğeqnadzor) rayonunda kənd. Rayonun Həsənkəndlə Qoytul kəndləri arasında,  Şərur və 
Keşişkənddən Göyçəyə gedən şosse yolunun üstündə (211, s.236), Arpa çayının bir qolu olan Səlim 
çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.13) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 54 nəfər, 1886-cı ildə 66 nəfər, 1897-ci ildə 100 
nəfər, 1904 - cü ildə 175 nəfər, 1914 - cü ildə 192 nəfər, 1916-cı ildə 112 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq əhalisi 
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba 
yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.161). 
1923-25-cı illərdə onlar yenidən qədim yurdlarından qovulmuş və kənd xarabalığa çevrilmişdir. 
Bu kəndi Vəkilovlar nəslindən olan Alıxan inşa etmişdir. Burada Alıxan qış, payız, yaz 
aylarında özünün mal-qarasını, qoyunlarını saxlayırmış (211, s.236). Ona görə də kənd Alıxanpəyəsi 
adlandırılmışdır. 
Toponim Alıxan  şəxs adından və Azərbaycan dilində «tövlə, mal-qara saxlanılan yer» 
mənasında işlənən pəyə sözündən  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Alçalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd. Rayondakı Ağbulaq Kəndinin 1 km-də yerləşirdi (427, s.166). 
Toponim alça bitki adına -lı  şəkilçisinin artırılması ilə  əmələ  gəlmişdir. Fitotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. 
Rayondakı Alçalı kəndinin ərazisində yerləşir və suyu Göyçə gölünə tökülür. Fitohidronimdir.  
Alçalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
oronim. Alça bitki adına məkan bildirən -lıq  şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitooronimdir. 
Quruluşca düzəltmə oronimdir. 
Alçalı  təpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda təpə. Rayondakı Alçalı kəndində yerləşir. -lı şəkilçisi qəbul etmiş alça sözü ilə Azərbaycan 
dilində «kiçik dağ» mənasında işlənən  təpə  sözünün birləşməsindən yaranmışdır. Fotooronimdir. 
Quruluşca mürəkkəb oronimdir. 
Amağu - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 10-12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının 
yaxınlığında yerləşir. 
X  əsrdən adı  çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV 
əsrlərdə yenidən bərpa edilmişdir (422, s.20). Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 
1221-cı ildə tikilmişdir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.57), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.14) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 31 nəfər, 1873 - cü ildə 198 nəfər, 1886-cı 
ildə 240 nəfər, 1897-ci ildə 354 nəfər, 1904 - cü ildə 350 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 
510 nəfər, 1919 - cu ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci 
ildə  kənd sakinləri erməni təcavüzünə  məruz qalaraq 1918-1919 - cu illərdə deportasiya 
olunmuşdur.Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ 
qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 97 nəfər, 1926-cı ildə 104 nəfər, 
1931-ci ildə 131 nəfər (415, s.91, 161), 1959 - cu ildə 385 nəfər, 1970-ci ildə 526 nəfər, 1979 - cu ildə 
491 nəfər (427, s.206-207) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri 
Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır. 
Amagu, fikrimizcə, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin 
ərazidəki Ağu kəndindən (143,s.57) fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü 
artırılmaqla əmələ gəlmişdir. 
Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» 
mənasını ifadə edir (359, I(1) s.159). Tatar alimi Q.F.Səttarov aqu sözünün qədim türk dilində ümumi 
isimi kimi işlənərək «səxavətli, alicənab, comərd» mənasını ifadə etdiyini qeyd edir (177, s.43). 
Yuxarıda deyilənlərdən ehtimal etmək olar ki, Amağu toponimi «səxavətli, əliaçıq, comərdlər ölkəsi, 
yurdu» mənasını ifadə edir. 


 
33
Amasiya - Qars vilayətinin Qars qəzasında bölgə.  İndiki Ermənistanda inzibati-ərazi-rayon. 
1930 - cu il oktyabrın 9-da rayon kimi təşkil edilmişdir. Amasiya rayonu Arpaçayın yuxarı axarında 
yerləşir. Türkiyə  və Gürcüstan dövlətləri ilə  həmsərhəddir. IIV əsrlərdə Arşakilər dövründə Quqark 
vilayətinə, VII əsrdə  ərəblərə, IX-XI əsrlərdə Ani-Şirak padşahlığına, XII-XIII əsrlərdə türk-
səlcuqların hakimiyyətinə tabe idi. XIV-XV əsrlərdə Teymurləng Qaraqoyunlu və  Ağqoyunlu 
dövlətlərinə, XVI əsrin ilk illərində Səfəvilər dövlətinə, XVI-XVIII əsrlərdə Qars vilayətinə və İrəvan 
xanlığının tabeliyində olmuşdur. Bir müddət (XVIII əsrdə)  Şərqi Gürcüstanın, XIX-XX əsrin 
əvvəllərindən 1921-cı ilə kimi Qars vilayətinin tərkibində olmuşdur. 1921-cı il 16 mart Moskva, 1921-
cı il Qars müqaviləsinə  əsasən Amasiya rayonunun ərazisi indiki Ermənistan Respublikasına 
verilmişdir. 
Amasiya rayonunda 1831-ci ildə 5800, 1897-ci ildə 12288,1926-cı ildə 9888, 1939 - cu ildə 
14911, 1959 - cu ildə 12794,1972-ci ildə 19724 nəfər  əhali yaşamışdır ki, bunun da 95%-ni 
azərbaycanlılar təşkil edirdi. Rayonun ərazisindən azərbaycanlılar Ermənistan dövləti tərəfindən 1988-
ci ilin noyabr-dekabr aylarında tamamilə qovulmuşdur.  
Anağızoğlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonundakı Toxluca kəndində qışlaq. 
Toponim Azərbaycan dilində  «əsas, böyük» mənasında işllənən ana sözü ilə  ğuz oğlu > qız 
oğlu (Oğuz oğlu) sözünün(238, s.144) birləşməsindən  əmələ  gəlmişdir. Etnotoponimdir.Quruluşca 
mürəkkəb toponimdir.  
Anagüney - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri 
ərazisində vadi. Toponim Azərbaycan dilində  «əsas, böyük» mənasında işlənən ana sözü ilə güney 
sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
And - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Kənd 
Vedi çayının sağ qolu olan Xosrov çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.16) qeyd edilmişdir. 
1937-1948-ci illərdə Qarabağlar rayonunun tərkibində olmuşdur. 
Kəndin adı erməni mənbələrində Hand kimi qeyd edilir (415, s.86). Kənddə 1873 - cü ildə 106, 
1886-cı ildə 158, 1897-ci ildə 201, 1904 - cü ildə 173, 1914 - cü ildə 297, 1916-cı ildə 241 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər 
tərəfindən vəhşicəsinə qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ 
qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 47, 1926-cı ildə 63, 1931-ci 
ildə 73 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 154-155).SSRİ Nazirlər Sovetinin xüsusi qərarları 
ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba 
kənddir. 
Toponim «çöl, tarla», «həndəvər,  ətraf» mənasında işlənən hənd sözü (253, s.132) əsasında 
yaranmışdır. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir. 
Angersak - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 6-7 km şimal-qərbdə yerləşir. 1590-cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə 
Ənqurik formasında (143, s.163), Qafqazın 5 verstlik xəritəsində Angersak kimi (348, s.15) qeyd 
edilmişdir. Yerli əhali kəndə Ənirsək deyirdi. 
Kənddən 1873 - cü ildə 133 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 
209 nəfər, 1914 - cü ildə 221 nəfər, 1916-cı ildə 188 nəfər, 1919 - cu ildə 202 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.22-23, 106-107). 1920-ci ildə  kəndin sakinləri erməni soyqırımına məruz qalaraq 
tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1925-59 - cu ilə kimi yezdi-kürdlər yaşamışdır. 
1959 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk və monqol dillərində «xəndək, səngər», «çatlamış yer», «dərə, dar dərə, vadi», 
«uzaq sahil» mənalarında işlənən anqar sözündən (339, s.50-51) və türk dilində «dağın ətəyi, dağın 
dibi», «çay ağzı, mənsəb», «uzunsov əyri, dayaz dərə», «arxın başlanğıcı» mənasında işlənən 
saqa//saxa sözündən (339, s.490-493) əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Arazdəyən - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
qeyd edilmişdir (348, s.17). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə