İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   20   21   22   23   24   25   26   27   ...   168

 
48
Aşağı Girətağ  - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sol sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində Kirətaq formasında qeyd edilmişdir(348, s.134). 
Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini 
Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salırlar və yeni salman kənd Aşağı Girətağ, 
Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır. 
Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). 1918-ci ildə 
kəndin sakinləri erməni soyqırımına mə'ruz qaralaq deportasiya olunmuşdur.  İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir. 
Kənddə 1922-ci ildə 82 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 127 nəfər (415, s.57, 135), 
1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 167 nəfər, 1979 - cu ildə 143 nəfər (427, s.868) yalnız 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən 
tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ, hündür yer, təpəlik», «dağ qılıcı, 
yayla» mə’nasında işlənən kir sözü ilə (359,11(2), s.860; 339, s.327) dağ (tağ) sözünün birləşməsindən 
əmələ  gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici  əlamət bildirir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
  
Aşağı Gödəkli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
Gedaklu formasında qeyd edilmişdir (348, s.127). 
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 
nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-
135). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. 
Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 74 nəfər (415, s.57, 135), 1939 - cu 
ildə 87 nəfər, 1959 - cu ildə 95 nəfər, 1970-ci ildə 447 nəfər, 1979 - cu ildə 294 nəfər azərbaycanlı 
yaşamışdır. 1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma 
torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.  
Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli 
etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Körpülü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana 
(Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra 
kərimlilər və  dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən 
Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 
1920-ci ildən sonra salınmışdır. 
Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır (415, s. 100-
101). Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik 
torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. 
Toponim fərqləndirici  əlamət bildirən aşağı  və «çay, dəmiryolu və s. üzərindən keçmək, 
daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir 
(11, s.112). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Aşağı  Gəzbin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində 
kənd. 1926-cı ildə ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən, Azərbaycan 
dilində «gədiyin ən alçaq yeri» (253, s.126), «keçid, dağın təpəsindəki çökək, dağ çökəyi» mə'nasında 
işlənən gəz sözü ilə (339, s.167), «köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskan saldıqları 
yer, yurd, köç» (9, s.273), «yaşayış yeri, kənd, köç yeri, dayanacaq, heyvan saxlanan yer» mənasında 
işlənən binə sözünün (278, s.37) birləşməsindən  əmələ  gəlib «gəzdəkdə olan yaşayış  məntəqəsi» 
mə'nasını ifadə edir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. 
Aşağı Gözəldərə - İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.58) qeyd edilmişdir. 1828-ci ilə  qədər burada yalnız azərbaycanlı 
yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30 - cu illərdə Türkiyədən 
köçürülüb yerləşdirilmişdir (386, s.595-598). 1897-ci ildə  kənddə ermənilərlə yanaşı 108 nəfər 


 
49
azərbaycanlı yaşamışdır (415, s.66-67). XX əsrin  əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin 
təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vardenis 
qoyulmuşdur. 
Aşağı Güllüdüz -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd 
(Yeğeqnadzor) rayonunda kənd. 
Kənddə 1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 217 nəfər, 1904 - cü ildə 151 nəfər, 1914 - cü 
ildə 166 nəfər, 1916-cı ildə 407 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci 
ildə azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Ancaq indiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə 
bilmişlər. Burada 1922 - cü ildə 142 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 190 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.93, 161). 1959 - cu ildə rayondakı Yuxarı Güllüdüzü kəndi ilə 
birləşdirilib Güllüdüzü kəndi yaradılmışdır. 
Toponim fərqləndirici  əlamət bildirən aşağı sözündən və «güllü, çiçəkli» mənasında işlənən 
güllü sözünə Azərbaycan dilində «enişi, yoxuşu, çuxuru, təpəsi olmayan» mənasında işlənən  düz 
sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Molla Saflar - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu 
ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Şəxs adı əsasında əmələ gələn mürəkkəb quruluşlu 
toponimdir. 
Aşağı Necili - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969 - cu 
ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) 
qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır (386, s.547-550). 
Kənddə 1831-ci ildə 411 nəfər, 1873 - cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 
1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914 - cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalınz 
azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz 
qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 555 nəfər, 1926-cı ildə 726 
nəfər, 1931-ci il ldə 379 nəfər azərbaycanlılar yaşamışdır (415, s.49, 129). Ermənilər buraya əlavə 
olaraq 1946-48-cı illərdə xaricdən köçürülmüşdür. 
1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim fərqləndirici  əlamət bildirən aşağı sözü ilə  nəcli türk etnonimi (143, s.30) əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı  dəyişdirilib Sayat Nova (erməni 
şairi) qoyulmuşdur. 
Aşağı Novruzlu - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. 
Kənddə ermənilərdən başqa, 1922-ci ildə 139 nəfər, 1926-cı ildə 231 nəfər, 1931-ci ildə 205 
nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin 1947 və 1948-ci il 
tarixli xüsusi qərarı ilə azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq 
Azərbaycana köçürülmüşdür. 
Toponim novruzlu nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Mürəkkəb 
toponimdir. 
Aşağı Pirtikan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. 
Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı 
(Pirtikan Türk) olmuşdur (415, s.36). 
Kənddə 1873 - cü ildə 65 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 
153 nəfər, 1914 - cü ildə 166 nəfər, 1916-cı ildə 157 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.36-
37, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri-azərbaycanlılar qırğınlarla 
deportasiya olunmuşlar və Turkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndi ermənilər 
yaşayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə