İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   21   22   23   24   25   26   27   28   ...   168

 
50
Toponim qıpçaqların tikan etnonimi (286, s.66) əsasında  əmələ  gəlmişdir. Toponimin 
əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən söz kimi iştirak 
edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı  kənd» 
mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Zoragyuğ qoyulmuşdur. 
Aşağı_Talin'>Aşağı Talin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talini» olmuşdur (415, s.34). 
Qafqazın 5 verstlik xəritəsində (348, s.236) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 
376 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-
35, 118-119). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq yerli sakinləri - azərbaycanlılar 
tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir 
(415, s.119). İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində 
«söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən (341, s.180-182; 337, s.235) və türk dilində 
«daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən (299, s.209) əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur. 
Aşağı  Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasında (348, s.248) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində  fərqləndirici  əlamət bildirən aşağı sözü ilə -li mənsubluq 
şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən (175, s.18) əmələ gəlib, «Türkmən tayfasının 
yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) 
qoyulmuşdur. 
Aşağı  Xatınarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 
5 verstlik xəritəsində (348, s.262) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar 
yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə buraya İranın Xoy və Salmas 
vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.778). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır (415, s.152). 1870-ci 
illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər 
yaşayır. 
1670-80-cı illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın 
kənarında onun arvadı Xatın, kənd saldırmış  və  həmin kənd Xatınarx adlanmışdır (427, s.778; 327, 
s.55). Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur. 
Aşağı Xotanan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir (348, s.268). 
Toponim türk mənşəli xotan etnonimi (275, s.399) əsasında formalaşmışdır. Toponimin 
sonundakı -an şəkilçisi cəmlik  əlaməti bildirir. «Xotanlar tayfasının yaşadığı  kənd» mənasını ifadə 
edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Hunud - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə -ud şəkilçisi qəbul etmiş hun türk etnonimi 
(287, s.124-125; 174, s.49-66) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Aşağı Çanaxçı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Ordun çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.279). XX 
əsrin əvvəllərində ləğv edilmişdir. 
Toponim çanaxçı türk tayfasının (407, s.88) adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 


 
51
Aşağı  Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.279) qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı  Çəmbərək kəndindən köçənlər 
salmışdır. 
Toponim fərqləndirici  əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində  şam ağacının 
adını ifadə edən çam (>çəm) sözü ilə (238, s.154) baraq (>bərək - İ.B) türk etnonimindən (321, 
s.43,45; 228, s. 16-17; 238, s.201) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı  Şipirxan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonu ərazisində yaşayış  məskəni. Ayrım kəndinin yaxınlığında yerləşirdi. 1926-cı 
ildə burada 31 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə azərbaycanlılar köçürülmüş  və  kənd 
ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Aşağı  Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonu  ərazisində  kənd. 1897-ci ildə 155 nəfər azərbaycanlı yaşamışdır (415, s.59-60). XX əsrin 
əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş  və  kənd, Yuxarı  Şəhərcik 
kəndi ilə birləşdirilərək ləğv edilmişdir. İndi xaraba kənddir. 
Aşağı  Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Kəndin başqa adları Yeni Keyti, Salman kənd olmuşdur (415, s.26). İ.Şopenin 
əsərində kəndin adı «Aşağı Keyti və ya Salman kəndi» formasında qeyd edilmişdir (386, s.599). Kənd 
rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində (348, 
s.297) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 411, 1886-cı ildə 524 nəfər, 1897-ci ildə 584 
nəfər, 1908-ci ildə 721 nəfər,1914 - cü ildə 910 nəfər, 1916-cı ildə 843 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.26-27, 112-113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda 
bilmişlər. Burada 1922-ci ildə 394, 1926-cı ildə 494, 1931-ci ildə 617 (415, s.27, 113), 1987-ci ildə 
1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan 
dövlət tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim «duzlu, şoranlı» mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsini bildirən -ca 
şəkilçisinin artırılması əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. 
Aşirabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində  kənd. 
Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.24) qeyd edilmişdir. 
Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur. 
Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 
180 nəfər, 1914 - cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-
23, 106-107). Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və  ətraf 
vilayətlərin toponimlər lüğəti»ndə  kənddə 1918-ci ilə kimi azərbaycanlı  və ermənilərin yaşadığı 
göstərilir (427, s.290). Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci 
ildən yaşamağa başlamışlar (415, 107). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq 
deportasiya olunmuşdur. 1920-ci ildə  kəndə ermənilər köçürülmüşdür.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 
1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.107). 1926-30 - cu illərdə azərbaycanlılar zorla 
köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim tayfa mənasında işlənən  əşirət sözü ilə  (əşirət sözündəki -ət  şəkilçisi ixtisar 
edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən (339, s.36) əmələ gəlmişdir. 
Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. 
Aşnak - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində,  İrəvan-Talin avtomobil yolunun sol 
tərəfində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.85), Qafqazın 5 verstlik xəritəsində 
(348, s.303) qeyd edilmişdir. Kəndin adı  həm də  Eşnək formasında göstərilir (348, s.303; 415, 
s.34;427, s.294). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə