36
Kənddə 1831-ci ildə 119, 1873 - cü ildə 389, 1886-cı ildə 602, 1897-ci ildə 788, 1908-ci ildə
1000, 1914 - cü ildə 1045, 1916-cı ildə 1158, 1919 - cu ildə 1154 nəfər yalnız azərbaycanlı
yaşamışdır(415, s.30-31, 114-115).
1919 - cu ilin əvvəllərində (fevral-mart aylarında)
ermənilər, kəndin sakinlərini qırğınlarla
qovmuşlar və kənd əhalisi Azərbaycana qaçmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan
sonra sağ qalan ardanışlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 1138, 1926-cı
ildə 1257, 1931-ci ildə 1246 (415, s.31, 115), 1939 - cu ildə 1643, 1959 - cu ildə 1406, 1970-ci ildə
2034, 1979 - cu ildə 2137 nəfər (427, s.491), 1986-cı ildə 2500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci
ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən kənd sakinləri tarixi-etnik torpaqlarından
qovulmuşdur. İndi burada ermənilər yaşayır.
Toponim qədim türk dilində «dağ», «dağlıq», «dağ kəndi» mənasında işlənən art sözündən
(299, s.55) və məkan anlayışı bildirən -an və -ış sözdüzəldici şəkilçisindən ibarət olub «dağlıq yerdə
yerləşən kənd» mənasını bildirir. Kəndin relyefi bu məna ilə uyğun gəlir. Orotoponimdir.
Quruluşca
düzəltmə toponimdir.
Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,
indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir (415, s.146).
Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər,
1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar
ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Toponim türk mənşəli arıq etnoniminə (271, s.24) mənsubluq bildirən -lı şəkilçisinin artırılması
ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.19). Arıqlı etnonimindən əmələ gəlmişdir.
Etnotooronimdir. Quruluşca sadə oronimdir.
Arıqlı çay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
çay. Rayondan axan Bazarçayın (Orotan) sağ qolu. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd
edilmişdir. İlk dəfə Q.Alişanın «Sisakan» əsərində xatırlanınışdır (427, s.326). Arıqlı etnonimini
əsasında yaranan etnohidronimdir.
Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda
kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində
olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.128), Qafqazın 5 verstlik xəritəsində (348, s.
19) qeyd edilmişdir.
Toponim türk mənşəli arıq etnonimi ilə (271, s.24) Vəli şəxs adından əmələ gəlmişdir. «Arıq
(Arıx) tayfasından olan Vəliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Erm.SSR AS RH-nin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur.
Armaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon
mərkəzindən 25 km məsafədə yerləşir.
Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü (359,I(1), s.340)
əsasında formalaşmışdır.
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında
qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində
ləğv edilmişdir.
Toponim meyvə adı bildirən armud sözünə -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Rayon
mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir.
Toponim armud bitki adına çoxluq mənası bildirən -lu şəkilçisinin artırılması ilə düzəlmişdir.
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm.SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi)
qoyulmuşdur.
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan
rayonunun
ərazisində kənd olmuşdur. Dəstəgird Kəndindən 1 km aralı, dağın ətəyində yerləşirdi. 1918-ci ildə
xarabalığa çevrilib.
37
Toponim armud meyvə adına -lı şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca
düzəltmə toponimdir.
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,
indiki Qafan rayonu
ərazisində kənd olmuşdur.
Toponim armud bitki adına -lu şəkilçisinin artırılması əsasında əmələ gələn fitotoponimdir.
Quruluşca düzəltmə toponimdir.
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
çay. Armud bitki adı əsasında yaranmışdır. Fitohidronimdir.
Armudlu dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan
rayonunda dərə. İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb quruluşlu
mikrotoponimdir.
Armudlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo)
rayonunda dərə. Rayondakı Toxluca kəndinin qərbində yerləşir.
Arpa - İrəvan quberniyasının Ateksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun
ərazisində kənd olmuşdur. Kənddə qarapapaq türk tayfası yaşamışdır. 1940-cı illərdə ləğv edilmişdir.
Toponim tarixdə yaşamış Elxani tayfasından olan Arpanın (əsli Arpaqaun) adı (238, s.156)
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Arpa - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada
1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal,
Arbanyal kimi də xatırlanır (427, s.421). Qafqazın 5 verstlik xəritəsində (348, s.20) qeyd edilmişdir.
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415,
s.90-91). 30 - cu illərdə azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim Arpa türk şəxs adı (238, s.156) əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı
kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir (211, s.237).
Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur.
Arpa dərəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda qala. Craşen Kəndindən 1 km qərbdə yerləşir.
Artalas - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd. Elpin kəndindən qərbdə, Qozluca kəndinin yanında yerləşirdi. Mənbələrdə kəndin adı
Artaras, Artaraz, Artarax, Artaraq (427, s.501,) Ardalas (Сборник сведений о Кафказе, т.V, Тифлис,
1979, № 791) formalarında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 30 nəfər, 1873 - cu ildə 219 nəfər,
1886-cı ildə 304 nəfər, 1897-ci ildə 332 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 388 nəfər, 1916-
cı ildə 507 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd erməni
təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti
qıırulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə
114 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.91,
161). Kənd 1939-40-cı illərdə ləğv edilmişdir.
Toponim türk dilində «dağlıq,
dağ keçidi, təpə» mə’nasında işlənən
art sözü ilə (299, s.55) türk
dilində «açıq yer, tala» mə’nasında işlənən
alas (əsli alan) sözünün (339, s.44-46) birləşməsindən
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Artız - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə (348, s.20) qeyd
edilmişdir.
Kənddə 1873 - cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904
- cü ildə
293 nəfər, 1914 - cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya
olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet
hökuməti qurululandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə
yanaşı 1922-ci ildə 63 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır (415,
44-45, 124-125). Azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür. İndi
ermənilər
yaşayır.