İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   151   152   153   154   155   156   157   158   ...   168

 
314
Cəfərabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81). Tarixən burada azərbaycanlılar yaşamışdır. 
Kəndə ermənilər,  əsasən, 1917-1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən 
köçürülmüşdür (427, s.844). Toponim Cəfər  şəxs adı ilə fars dilindən Azərbayca dilinə keçən abad 
sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı  dəyişdirilib Getaşen (Çaykənd) 
qoyulmuşdur. 
Cəfərabad - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad 
(Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, 
s.81).  
Toponim Cəfər  şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür 
şəraiti olan yer» mənasında işlənən abad sözündən ( 9, s.25) əmələ  gəlmişdir. Antropotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir.  
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur. 
Ciğin - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Ciğin 
dərəsində, Ciğinsu çayının yanında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə 
Ciqin kimi (143, s.172), 1728-ci il tarixli «İrəvan  əyalətinin icmal dəftəri»ndə Ceqin, Caqin 
formasında (143,s.105), Qafqazın 5 verstlik xəritəsində Ciğin qaraqoyunlu şəklində (348, s.82), 
Z.Qorqodyanın əsərində Göl Ciğin kimi (415, s.84) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 178 nəfər, 1873 - cü ildə 160 nəfər,1886-cı ildə 210 nəfər, 1897-ci ildə 
238 nəfər, 1904 - cü ildə 559 nəfər, 1914 - cü ildə 561 nəfər azərbaycanlı yaşamışdır (415,gs.84-85, 
154-155). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq qırğınlarla qovulmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 54 nəfər, 1926-cı
(
ildə 92 nəfər, 1931-ci ildə 135 nəfər azərbaycanlı 
yaşamışdır(415, s.84-85, 154-155). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu 
illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və kənd1950-ci 
ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim qaşqayların cigini tayfasının adı (142, s.40) əsasında formalaşmışdır. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir.  
Ciğin dərəsi - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda dərə. 
Ciğin kəndi, eləcə  də Qaraqoyunlu, Kolanlı, Bağçacıq, Camışbasan, Küsüz, Məngük, Göl, Dəhnəz, 
Qarabağlar, Çimən, Zəncirli, Ərmik, Haxıs, Heyranıs kəndləri bu dərədə yerləşir (156, s.170). Oronim 
qaşqay türk tayfasının cigini tirəsi (142, s.40) əsasında formalaşmışdır. Etnooronimdir. Quruluşca 
mürəkkəb oronimdir. 
Ciğinsu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda çay. Ciğin 
dərəsindən axdığı üçün çay Ciğinsu adlanmışdır. Hidronim cigin türk tayfasının adı ilə (142, s.40) su 
(çay) sözlərindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Ciğdamlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) kənd. Kəndin 
başqa adı «Cilçay»dır (143, s.99). Erməni mənbələrində  kəndin adı Çidəmli (415, s.50), Cidamlı, 
Cifdamlı (427, s.41) formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə Ciğdəmli (143, s.99), Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı 
formasında (348, s.284) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 
Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Salmas vilayətindən köçürülmüşdür (427, s.41).  
Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 161 
nəfər, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə 
azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər 
yaşayır.  
Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» 
mənasında işlənən cıq sözünə (299, s.147) mənsubluq bildirən -lı  şəkilçisinin qoşulduğu «ev, bina, 
tikili» mənasında işlənən dam sözünün (10, s.26; 339, s.170-171) birləşməsindən  əmələ  gəlmişdir. 
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  


 
315
Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad 
qəsəbə) qoyulmuşdur.  
Cil - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda 
kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.82). F. Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir (F. Kırzıoğlu. 
Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993). İndiki Çəmbərək (Krasnoselo) rayonu yaradılana 
qədər (31. XII. 1937) Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə 
salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s.514).  
Kənddə 1831-ci ildə 265 nəfər, 1873 - cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 
442 nəfər, 1904 - cü ildə 975 nəfər, 1914 - cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919 - cu ildə 
888 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin yazında kənd sakinləri 
ermənilərin təcavüzünə məruz qalaraq qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 
nəfər, 1931-ci ildə 1041 nəfər (415, s.26-27, 1121123), 1970-ci ildə 1595 nəfər, 1979 - cu ildə 1490 
nəfər, 1987-ci ildə 1500 nəfər (85, s.9192) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr dekabr 
aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur.  İndi burada 
ermənilər yaşayır.  
Toponim Azərbaycan dilində «torpağın üstünü basan süpürgəvari ot» mənasında işlənən cil 
sözü (12, s.480, 484) əsasında  əmələ  gəlmişdir. Bu söz Qazax dialektində «otun bir növü» 
(Azərbaycan dilinin qərb qrupu dialekt və  şivələri, B., 1967, s.250), Naxçıvan dialektində «ağacın 
kökü» (8, s.458) mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə  aşı 
maddəsi olur (12, s.480). Fitotoponimdir. Quruluşca sadə toponimdir. 
Cızıxlar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafə  də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun 
tərkibində olmuşdur.  
Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündən (359, III 
(2), s.2096 ) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Tsoxamarq 
qoyulmuşdur. 
Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) 
rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlər (35, s.187). 
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  kənd olmuşdur. Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı 
Cibikli olmuşdur (415, s.60).  
Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər,1914 - cü ildə 160 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61,» 136-137). 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur 
(415, s.60-61, 136-137; 309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 
77 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1930 - cu illərin axırlarında kənd ləğv 
edilərək azərbaycanlılar başqa kəndlərə köçürülmüşdür. İndi xaraba kənddir.  
Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Cıvıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Kəndin adı Çivixli, Çibuxli, Çibixlı forimalarmda da qeyd edilir (415, s.32). Rayon 
mərkəzindən 13 km şimal-qərbdə, meşəlik yerdə yerləşir. Kölkənd sovetliyinə tabe idi.  
Kənddə 1897-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 1919 - cu ilin martında 
kənd sakinləri ermənilərin təcavüzünə  məruz qalaraq Azərbaycana qaçmışlar.  İndiki Ermənisanda 
sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 
burada 137 nəfər, 1931-ci ildə 132 nəfər (415, s. 116-117), 1970-ci ildə 364 nəfər, 1979 - cu ildə 351 
nəfər (85, s.92) yalnız azərbaycnlı yaşamışdır. 1988-ci ilin axırlarında (noyabr-dekabr aylarında) 
Kəndin sakinləri olan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir.  İndı 
burada heç kim yaşamır. Kənd xarabalığa çevrilib.  
Toponim çubuxlu türk tayfa adı (193, s.160) əsasında  əmələ  gəlmişdir. Cıvıxlı çubuxlu 
etnoniminin dialekt variantıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə