İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   148   149   150   151   152   153   154   155   ...   168

 
308
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Avşen qoyulmuşdur. 
Çobanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir.  
Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 195 nəfər, 1886-cı ildə 96 nəfər, 1897-ci ildə 152 
nəfər, 1904 - cü ildə 130 nəfər, 1914 - cü ildə 156 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-
137). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur (309, s.205). 
İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişdir. 
Burada 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 
1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuş və 
kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.  
Toponim oğuzların çapanlu (çobanlı - İ.B.) etnonimi (238, s.186) əsasında  əmələ  gələn 
etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Çopur  Əli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu 
ərazisində kənd. Rayonun Qorçulu, Dədəqışlaq kəndlərinin ortasında yerləşirdi. 1831-ci ildə burada 28 
nəfər azərbaycanlı yaşamışdır (415, s.102). XIX əsrin ortalarında kənd ləğv edilmişdir. Toponim şəxs 
adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Çorlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda 
kənd. Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir (415, s.20). Rayon mərkəzindən 
17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.287) qeyd edilmişdir.  
Toponim türk mənşəli çor etnoniminə (287, s. 106-107) mənsubluq bildirən -lu şəkilçisinin 
qoşulması  əsasında  əmələ  gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir. 
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə 
Kəndin adı  dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ 
(Dağkəndi) qoyulmuşdur. 
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi 
(1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur.  
Toponim türk dilində «uc, kənar» mənasında işlənən çotur sözü (359, III (2), s.20-25) əsasında 
formalaşmışdır. 
Erm.SSR AS RH-nin 26.IV.1946dı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur. 
Çölməkçi - İrəvan  şəhərində  məhəllə.  Şəhərin  şimal-şərqində yerləşirdi. Toponim «gildən 
hazırlanmış qab» mənasında işlənən çölmək sözünə (12, s.451) -çi şəkilçisinin qoşulması yolu ilə 
yaranmış çölməkçi nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Çullu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur.  
Kənddə 1897-ci ildə 109 nəfər, 1904 - cü ildə 85 nəfər, 1914 - cü ildə 110 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61, 136-137). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq 
deportasiya olunmuşdur (309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 
69 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 40-cı illərdə  kənd ləğv edilmişdir.  İndi 
xaraba kənddir.  
Toponim qədim türk mənşəli çul (çol) türk etnoniminə (286, s.31) mənsubluq bildirən -lu 
şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir,«çul tayfasına mənsub yer» mənasını bildirir. 
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Çubuxlu-İrəvan quberniyasının Yeni Bayazid qızasında,indi Sevan rayonunda kənd.Rayon 
mərkəzindən 15 km məsafədə, Göyçə gölünün yanında, İrəvan-Dilican yolunun üstündə yerləşir. 
<<İrəvan  əyalətinin icmal dəftəri>>ndə(143, s.53), Qafqazın 5 verstlik(348, s.288) qeyd 
edilmişdir. 
Toponim çubuqlu türk etnonimi(193,s.160) əsasında 
əmələ 
gəlmişdir.Etnotoponimdir.Quruluşca sadə toponimdir. 


 
309
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dzovagyuğ(Gölkənd) 
qoyulmuşdur. 
Çubuxlu-  Tiflis quberniyasının Borçalı  qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd.Rayon mərkəzindən 7 km qərbdə yerləşir.Qafqazın 5 verstlik xəritəsində(348,s.288) qeyd 
edilmişdir.Kənddə tarixən azərbaycanlılar yaşamışdır.Rayonun  ərazisi Rusiya tərəfindən işğal 
edildikdən sonra buraya XlX əsrin əvvəllərində ruslar köçürülmüşdür. 
Toponim çubuqlu türk etnonimi (193,s.160) əsasında  əmələ  gəlmişdir.Anadoluda Çubuk və 
oğulları yaşamışdır.F.Sümər <<Çubukun qəti olaraq türkmən olduqların>>qeyd edir (238, 
s.148).Deməli, çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır.Tayfa 
öz izini indi Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub 
saxlamışdır.Etnotoponimdir.Quruluşca sadə toponimdir.Kəndə ruslar köçürüləndən sonra (1830-40-cı 
illərdə), 1840 –cı ildə adı  dəyişdirilib Pakrovka qoyulmuşdur.Erm SSR AS RH-nin 4.V.1939-cu il 
fərmanı ilə  kəndin adı   yenidən dəyişdirilərək inqilabçı V.V.Kuybışevin  şərəfinə Kuybışev 
qoyulmuşdur. 
Çubuqlu-İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Hamamlı(Spitak) rayonunda 
yaylaq.Rayondakı Saral kəndinin ərazisində yerləşir.Oronim çubuqlu türk tayfa adını (193, s.160) əks 
etdirir.Etnooronimdir.Sadə oronimdir. 
Çubuq körpü-İrəvan quberniyasın  Şərur-Dərələyəz qəzasında,indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda körpü.Körpü rayondakı Şatin kəndinin yanında yerləşir.Xlll-XlV əsrə aiddir. 
Çubuxçu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə, Araz çayının yaxınlığında, Böyük Qarasu 
çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.288). Toponim 
çubuxlu türk etnoniminin (193, s.160) fonetik forması olan çubuxçu tayfa adı  əsasında  əmələ 
gəlmişdir. -lı  şəkilçisi ilə -çı  şəkilçisi sinonim şəkilçilərdir (dağlı-dağçı, kəndli-kəndçi və s.). 
Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı  dəyişdirilib, Vardanaşen (Güllükənd) 
qoyulmuşdur.  
Çuğulxuzan dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri 
rayonunda dərə. Nüvədə kəndinin ərazisindədir.  
Cul -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında 
yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.60), Qafqazın 5 verstlik xəritəsində (348, s.84) 
qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır (422, s.91).  
Kənddə 1831-ci ildə 117 nəfər, 1873 - cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 
1214 nəfər, 1904 - cü ildə 1222 nəfər, 1914 - cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz 
qalaraq sakmləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 
nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). SSRİ hökumətinin 
xüsusi qərarı ilə  kəndin sakinləri azərbaycanlılar 1948-1949 - cu illərdə zorla Azərbaycana 
köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.  
Toponim çul türk etnonimi (287, s. 111-114; 211, s.190-194) əsasında yaranmışdır. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.  
Çulçay -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda çay. Arpaçayın sağ qoludur.  
Hidronim çul türk tayfasının adı ilə (286, s.31-32; 287, s. 111-114) çay coğrafi nomenin 
birləşməsindən yaranmışdır. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.  
Çuxur Səd - Səfəvilər dövründə Azərbaycan bəylərbəyliyi. XVI əsrin  əvvəllərində 
yaradılmışdır. Mərkəzi İrəvan (Erivan) şəhəri idi. Arpaçayın Arazla birləşdiyi yerdən başlayaraq, iki 
çay arasında yerləşən Çuxur Səd oymağının qışlağı olduğu üçün buraya Səd çuxuru deyilmiş  və 
sonralar bu, Çuxur - Səd  şəklində  işlənmişdir (55, s.15). Səd çuxurunun Çuxur-Səd formasına 
çevrilməsi fars dilinin təsiri ilə bağlıdır.  İndiki Ermənistan  ərazisi Çuxur-Səd bəylərbəyliyinin 
tərkibinə daxil idi. 1517-1527-cı illərdə Div Sultan Rumlu, 1527-1567-cı illərdə  Şahqulu Sultan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə