İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə150/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   146   147   148   149   150   151   152   153   ...   168

 
304
Çivinli - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 
27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.284) qeyd 
edilmişdir.  
Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar olmuşdur (415, 
s.20).  
Kənddə 1905-ci ildə 270 nəfər, 1914 - cü ildə 350 nəfər azərbaycanlı yaşamışdır (415, s.104-
105). 1915-cı ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildən sonra, indiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 234 nəfər, 1926-
cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfər (415, s.20-21, 104-105), 1987-ci üdə 534 nəfər azərbaycanlı 
yaşamışdır. 1989 - cu ilin qışında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən qovulmuşdur. İndi 
kənddə ermənilər yaşayır.  
Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması «cen»dir) 
türk etnonimi əsasında (286, s.62-63) formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə «iv» 
səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür. Quruluşca sadə toponimdir.  
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Yenacur 
qoyulmuşdur. 
Çikdamal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 3 km məsafədə, Pəmbək çayının yanında, Çubuxlu dağının  ətəyində 
yerləşir. 1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. 31 dekabr 1937-ci ildə 
yaradılan Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.284) qeyd edilmişdir. Kənddə e.ə.I minilliyə dair qala divarlarının qalıqları vardır. 
Erməni mənbələrində bu qalanın farslara aid olduğu göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX 
c.,  İrəvan, 1983, s.17). Bu, erməni saxtakarlığının bir nümunəsidir. Onlar izi azdırmaq üçün türkləri 
farslar kimi təqdim edirlər. Elə vaxtilə İrəvan qalasının da farslara məxsus olduğunu qeyd edirdilər. Bu 
gün İrəvan şəhərində azərbaycanlılara məxsus olan Göyməscid məscidi də farslara məxsus tarixi abidə 
kimi təqdim olunur. Digər tərəfdən Çikdamal kəndinin əsasının 1873 - cü ildə qoyulduğunu yazırlar 
(Ermənistan Sovet Ensiklopediyası, IX c., s.17). Əgər kənd 1873 - cü ildə yaradılıbsa, e.ə. I minilliyə 
aid qala hansı  kəndin  ərazisində tikilmişdir? Digər tərəfdən, elə erməni mənbələrində ermənilərin 
1828-29cuillərdə Çikdamal kəndinə köçürüldüyü göstərilir (Ermənistan Sovet Ensiklopediyası, XI c., 
İrəvan, 1983 s.17; 427, s.424). Bütün bunların hamısı erməni saxtakarlığını əyani şəkildə göstərir. 
Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür (427, s.424). 
Burada 1897-ci ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşamışdır. Onlar XX əsrin əvvəllərində 
sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.  
Toponim türk dilində «sərhəd, mərz» mənasında işlənən çik sözü ilə (339, s.615) Azərbaycan 
dilındə, «ev, bina, tikili», «bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili», «pəyə, dəyə, qazma» mənasında 
işlənən dam sözünün (10, s.26; 339, s.170-171) birləşməsindən əmələ gəlmişdir. Toponimin sonundakı 
«al» topoformantdır. «Çik» sözü türk dilində «dar dərə» mənasında da işlənir (359, III (2), s.2111) 
«Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Areveşoq qoyulmuşdur. 
Çiləxanlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı (415, s.50), «İrəvan əyalətinin icmal dəftəri»ndə 
Çinəxan formasında (143, s.99) qeyd edilmişdir.  
Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası (386, s.535) yaşamışdır (415, s.50).  
Kənddə 1831-ci ildə 237 nəfər, 1873 - cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 
698 nəfər, 1904 - cü ildə 752 nəfər, 1914 - cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq 
deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 
nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ hökumətinin 
xüsusi qərarı ilə 1948-53 - cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir.  


 
305
Toponim muğanlı türk tayfasından ölan çilovxanlı («çilovxanlı» nəsil adı danışıq dilinin 
qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı (286, s.72) əsasında  əmələ 
gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Çilovxanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kynd. İrəvan - Gümrü yolunun yanında, Gümrü şəhərindən 6,5 km qərbdə yerləşir. Kəndin 
başqa adı mənbələrdə Çilovxan, Çlovxanlı, Çlovxan, Celoxan kimi də göstərilir (427, s.654).  
Toponim muğanlı tayfasından olan çilovxanlı  nəsil adı  əsasında (286, s.72) əmələ  gəlmişdir. 
Patronim toponimdir. Quruluşca sadə loponimdir.  
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı  dəyişdirilib Beniamin (erməni general-
mayoru Qalstyanın adı) qoyulmuşdur. 
Çimənkənd - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur 
və onun mərkəzi idi. 1948-49 - cu illərdə Qarabağlar rayonunun ləğvi ilə  əlaqədar Vedi rayonunun 
tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir (348, 
s.286).  
Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 
1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci ildə 
azərbaycanlılar ermənilər tərəfindən qırılmış  və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə 
xaricdən, xüsusilə  də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. 
Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 
erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır (415, s.86-87, 156-157). Sonrakı 
illərdə  kəndin  əhalisi ümumi şəkildə (ermənilərlə azərbaycanlılar birlikdə göstərilmişdir) qeyd 
edilmişdir. 1972-ci ildə burada 1917 nəfər əhali olmuşdur. Onun 90%i azərbaycanlılar idi. 1988-ci ilin 
noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti torəfındən deportasiya edilmişdir.  İndi 
burada yalnız ermənilər yaşayır.  
Toponim çəmənlik, otluq mənası bildirən çimən (çəmən dialektlərimizdə çimən formasında 
işlənir) sözü ilə yaşayış məntəqəsi mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Urcadzor qoyulub. 
Çinarlı - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon 
mərkəzindən 28 km məsafədə yerləşir. Kənddə ermənilərlə yanaşı 1926-cı ildə 4 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.7475). İndi ermənilər yaşayır. Toponim çinar ağac adına -lı şəkilçisinin artırılması 
yolu ilə  əmələ  gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində 
Çinari formasında qeyd edilir (415, s.74; 266, s.225). 
Çinçin - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Şəmşəddin rayonunda 
kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Toponim türk dilində «dik dağ yarğanı», 
«əlçatmaz, sıldırım dağ» mənasında işlənən çin (<çın) sözü (337, s.239) əsasında  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Çiraxlı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonu ərazisində kənd. Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 
verstlik xəritəsində Çiraxlu formasında (348, s.285) qeyd edilmişdir. Erməni mənbələrində  kəndin 
başqa adı Çıraxoğlukənd formasında da göstərilir (415, s.90).  
Kənddə 1873 - cü ildə 21 nəfər, 1886-cı ildə 20 nəfər, 1897-ci ildə 31 nəfər, 1904 - cü ildə 41 
nəfər, 1914 - cü ildə 45 nəfər, 1916-cı ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-
159). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk edənlər öz doğma dədə-
baba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 40 nəfər, 1926-cı ildə 15 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 192-930 - cu illərdə onlar sıxışdırılaraq kənddən 
çıxarılmışdır. 1930 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim qədim sirak türk etnoniminin (235, s.2324) bir variantı olan çırak (çirax) etnoniminə 
mənsubluq bildirən -lı  şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, 
sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində 
qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə