İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   142   143   144   145   146   147   148   149   ...   168

 
296
edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə adı çəkilən Meşin kəndi ilə (143, s.57)Heşin kəndi eyni 
kəndlərdir. 
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 
nəfər, 1904 - cü ildə 237 nəfər, 1914 - cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd 
sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 116 nəfər, 1926-cı ildə 
136 nəfər, 1931-ci ildə 164 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161).  
SSRİ hökumətinin xüsusi qərarı ilə kənd sakinləri - azərbaycanlılar 1948-49 - cu illərdə zorla 
Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim türk dilində «yaşayış  məntəqəsi» mənasında işlənən keş (heş - İ.B.) sözünə (339, 
s.273), türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün (299, s.209; 339, s.234) 
birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Həmzəçəmən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Sonralar kəndin adı dialekt təsirinə məruz qalaraq Həmzəçimən kimi (çimən Azərbaycan dilinin qərb 
qrupu dialektlərində  çəmən (otlaq) mənasında işlənir) sabitləşmişdir. Rayon mərkəzindən 19 km 
şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə  Həmzəçəmən kimi (143, 
s.181), Qafqazın 5 verstlik xəritəsində Həmzəçimən kimi (348, s.56) qeyd edilmişdir.  
Toponim Həmzə şəxs adı ilə «yaşıl otla örtülmüş sahə», «yaşıllıq» mənasında işlənən çəmən 
sözünün (12, s.429) birləşməsindən  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Həsənkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.57). Toponim şəxs adı  əsasında  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şatin qoyulmuşdur.  
Həsənli  -  İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu 
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.57).  
Kənddə 1831-ci ildə 192 nəfər, 1873 - cü ildə 539 nəfər, 1886-cı ildə 503 nəfər, 1897-ci ildə 
252 nəfər, 1904 - cü ildə 501 nəfər, 1914 - cü ildə 608 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-
83, 152-153). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri - azərbaycanlılar 
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk 
etmiş azərbaycanlılardan sağ qalanları 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda bilmişdir. 
Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 
Toponim Həsənli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Həsənsu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonu 
ərazisində kənd. Kənd Zod kəndinin yaxınlığında yerləşirdi. Kənddə 1926-cı ildə 48 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27). 1928-1930 - cu illərdə azərbaycanlılar kənddən çıxarılmış  və  kənd ləğv 
edilmişdir.  
Toponim  şəxs adı bildirən Həsən sözü ilə türk dilində çay mənasında işlənən su sözünün 
birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Hacatı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 38 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə Hacatı (143, s.149), Qafqazın 5 verstlik xəritəsində Haçaatr(Гачааты) (348, s.57), 
Azərbaycan mənbələrində  Həcəti (85, s.155), erməni mənbələrində Hacatin formasında (419, s.62) 
qeyd edilmişdir.  
Kənddə X əsrə aid alban kilsəsinin qalıqları var.  
Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 41 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 71 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). Kəndin təsərrüfatı 1950-ci ildə Kığı kəndinə 
birləşdirilmişdir. Kənddə yaşayan azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti 
tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi ermənilər yaşayır. Toponim 
Azərbaycan dilində «bucaq şəklində ayrılan, haça» mənasında işlənən haca (-tı  şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu 
toponimdir.  


 
297
Horbadeğ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-qərbdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. 
Kəndin adı erməni mənbələrində Xorvadeğ formasında da qeyd edilir (415, s.92).  
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 
nəfər, 1904 - cü ildə 592 nəfər, 1914 - cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız 
 
azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
deportasiya olunmuş  və  kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə 
yanaşı 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 65 nəfər, 1931-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.92-93, 160-161). Burada yaşayan azərbaycanlılar 19481949 - cu illərdə SSRİ Nazirlər 
Sovetinin xüsusi qərarı ilə, 1988-ci ildə isə Ermənistan dövlətinin xüsusi göstərişi ilə zorla 
Azərbaycana köçüriilmüşdür. İndi burada ermənilər yaşayır.  
Fikrimizcə, kəndin adı türk dilində «çuxur, xəndək», «yarğan» mənalarında işlənən or sözü ilə 
(365, s.466-467), fars dilində «kənd, qışlaq» mənasında işlənən değ (dex) sözünün (339, s.177; 104, 
s.139) birləşməsindən əmələ gəlmişdir. Türk dilində «yarğan, çuxur», «xəndək» mənasında işlənən or 
(hor) sözü erməni dilində xor, xorf formalarında işlənir (339, s.596). Toponimin əvvəlindəki «h» 
samiti  əlavə edilmiş  səsdir. Or (hor) və değ sözlərinin arasındakı «ba» isə bitişdiricidir. Quruluşca 
mürəkkəb toponimdir. 
Hors - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin 
adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır (422, s.71). 1728-ci ildə  tərtib edilmiş  «İrəvan 
əyalətinin icmal dəftəri»ndə Xors kimi (143, s.59) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 649 nəfər, 1886-cı ildə 904 nəfər, 1897-ci ildə 
1136 nəfər, 1904 - cü ildə 971 nəfər, 1914 - cü ildə 958 nəfər, 1916-cı ildə 1337 nəfər, 1919 - cu ildə 
664 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). Kənd sakinləri 1919 - cu ilin 
sonlarında ermənilərin təcavüzünə  məruz qalaraq tamamilə qovulmuşdur. Kəndə  İrandan köçürülən 
ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən 
sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci 
ildə 192 nəfər, 1926-cı ildə 172 nəfər, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93, 
160-161). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi 
ermənilər yaşayır.  
Bu qədim azərbaycanlı  Kəndində XII-XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin 
qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII-
XIV əsrlər) vardır (422, s.71).  
Toponim xors (hors-İ.B.) türk etnonimi (168, s.103; 211, s.189) əsasında  əmələ  gəlmişdir. 
Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır (216, s.20, 117). Onu da qeyd edək ki, 
xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir (168, s.10-1104; 287, s.129-132). 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Hostun - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd. Alagöz çayının sähilində, Həsənkənd və Alagöz kəndləri arasında yerləşirdi.  
Kənddə 1873 - cü ildə 61 nəfər, 1886-cı ildə 94 nəfər, 1897-ci ildə 126 nəfər, 1904 - cü ildə 
125 nəfər, 1914 - cü ildə 137 nəfər, 1916-cı ildə 146 nəfər, 1919 - cu ildə 58 nəfər (1918-ci ildə baş 
verən erməni təcavüzündən sonra) yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1919 - cu 
ilin sonlarında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülmüş 
ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılardan sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-
ci ildə 29 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93, 
160-161). Kənd 1940-cı illərdə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim türk dilində «çay ağızı, mənsəb» mənasında işlənən os sözü ilə (337, s.237) türk 
dilində «bağlı, sərbəst çıxışı olmayan» mənasında işlənən tun sözünün (359, III (2), s.1439) 
birləşməsindən əmələ gəlmişdir. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Hunaberd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «Ermənistan və  ətraf vilayətlərinin toponimlər 
lüğəti»ndə Hnaber formasında göstərilir (427, s.379).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə