İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   140   141   142   143   144   145   146   147   ...   168

 
292
başlanan bəzi sözlərə  tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açar-
haçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.  
Haçaparaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil 
edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində 
kəndin tarixi adı Xacaparaq (415, s.82), Azərbaycan mənbələrində Xocəparak (243, s.98) kimi qeyd 
edilir.  
1728-ci il tarixdə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.36), Qafqazın 5 
verstlik xəritəsində (348, s.263) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 
1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq 
sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci 
ildə 759 nəfər (415, s.82-83, 152-153), 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə 
deportasiya edilmişdir. İndi ermənilər yaşayır.  
Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə 
(12, s.359), qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax 
sözünün (284 a, s.10) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir.  
Erm.SSR AS RH-nin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan 
prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.  
Haçasu  - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir.  
Toponim «haçalanmağın başlandığı yer> mənasında işlənən haça sözü ilə (12, s.359) türk 
dilində çay mənasında işlənən su sözünün (359, IV(1), s.745; 339, s.528-529) birləşməsindən  əmələ 
gəlmişdir.  Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.  
Hacı Bağır - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Abaran 
çayının yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.54). 1950-ci 
illərdə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim Hacı Bağır  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Kənd Hacı Bağır adlı mülkədara 
məxsus olmuşdur. Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
Hacı Bayram - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib 
edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacı Bayram qışlağı» formasında (143, s.48), Qafqazın 
5 verstlik xəritəsində «Hacı Bayram» kimi (348, s.54) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 332 nəfər, 1873 - cü ildə 447 nəfər, 1886-cı ildə 434 nəfər, 1897-ci ildə 
476 nəfər, 1908-ci ildə 436 nəfər, 1914 - cü ildə 815 nəfər, 1916-cı ildə 444 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
-azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda 
bilmişdir. Burada 1922-ci ildə 325 nəfər azərbaycanlı, 1926-cı ildə 334 nəfər azərbaycanlı, 13 erməni, 
1931-ci ildə 403 nəfər azərbaycanlı, 8 erməni yaşamışdır (415, s.62-63, 138-139). SSRİ hökumətinin 
xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə zorla tarixi-etnik torpaqlarından 
Azərbaycana deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.  
Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. 
Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il 
fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur. 


 
293
Hacı Qara - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 12 km qərbdə, Pəmbək çayının sağ sahilində yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.91), Qafqazın 5 verstlik xəritəsində (348, s.54) qeyd edilmişdir.  
Toponim nəsil adı bildirən Hacı sözü ilə Qara şəxs adından  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 1.III.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Makaraşen, 26.X.1957-
ci il fərmanı ilə isə Lernapat qoyulmuşdur. 
Hacı Qara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş, 
«İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Hacı Qaralı kimi (143, s.162), Qafqazın 5 verstlik xəritəsində 
Hacı Qara formasında (348, s.54) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 
Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1829 - cu ildə  İranın Xoy vilayətindən 
köçürülmüşdür (427, s.228). Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1897-ci ildə 8 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). Azərbaycanlılar XX əsrin əvvəllərindən tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. İndi Ermənilər yaşayır.  
Toponim Qara Hacılı türk etnoniminin (238, s.16) əsasında  əmələ  gəlmişdir. Qara Hacılı 
etnonimi inversiyaya uğrayaraq Hacı Qara, Hacı Qaralı formasma (Yuxarıda göstərdiyimiz kimi, 
1590-cı ilə aid mənbədə  kəndin adı Hacı Qaralı kimi qeyd edilmişdir; 143, s.162) çevrümişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aygeşad qoyulmuşdur. 
Hacı Qara yalı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonunda yal. 
Rayonun Hallavar kəndinin  şimal-şərqində yerləşir. Yalın adı Hacı Qara oykonimi ilə Azərbaycan 
dilində «dağın  ən hündür zirvələrini birləşdirən xətt, dikdir, dağın başı» mənasında işlənən yal 
sözündən (196, s.37) əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Hacıdur - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Toponim Hacı şəxs adından «ev, yaşayış yeri» mənasında işlənən tur sözü (359, III 
(2), s.1446, 1787-1788) əsasında düzəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilərək Tsaxkaşat 
qoyulmuşdur. 
Hacıqışlaq - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində qışlaq. Toponim Hacı şəxs adı ilə qışlaq (qışda yaşayış yeri) sözünün birləşməsindən əmələ 
gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sovet hökuməti qurulandan sonra 
rayondakı Getazat kəndinə birləşdirilmişdir. 
Hacı Elyaz - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Hacı  İlyas 
formasında (143, s.36), Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında (348, s.55) qeyd 
edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz (415, s.48), Eylas (419, s.129) formalarında 
qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi.  
Kənddə 1831-ci ildə 445 nəfər, 1873 - cü ildə 1095 nəfər, 1886-cı ildə 1073 nəfər, 1897-ci ildə 
1457 nəfər, 1908-ci ildə 1097 nəfər, 1914 - cü ildə 1187 nəfər, 1916-cı ildə 1467 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir.  
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma 
yurdlarına dönə bilmişdir. 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər 
azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır (415, s.48-49, 128-
129). SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla 
Azərbaycana köçürülmüş,  İran, Livan, Suriya, Türkiyədən köçürüiən ermənilər burada 
yerləşdirilmişdir. İndi ermənilər yaşayır.  
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə 
yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır. 
Hacılar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 5 km şimal-şərqdə, Kasax çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib 
edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, s.162), Qafqazın 5 verstlik xəritəsində (348, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə