İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   138   139   140   141   142   143   144   145   ...   168

 
288
müqaviləsindən sonra azərbaycanlılar kənddən çıxarılmış, 1828-29 - cu illərdə İranın Xoy vilayətindən 
köçürülən ermənilər burada yerləşdirilmişdir (427, s.378). İndi ermənilər yaşayır.  
Toponim xız (<ğız <ğuz) etaoniminə  (ərəb mənbələrində  oğuz etnonimi ğız,  ğuz formasında 
qeyd edilir; 238, s.138; 238, s.50) cəmlik bildirən -uz (artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Erm.SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Araqats qoyulmuşdur.  
Xış - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində 
kənd olmuşdur. Baharlı  kəndinin yaxınlığında, Kığı çayının sol sahilində yerləşirdi. Erməni 
mənbələrində  kəndin qədim adının Xıçi, Xeç olduğu göstərilir (415, s.56). 1897-ci ildə 43 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.56-57). XX əsrin  əvəllərində, 1905-1906-cı illərdə erməni-
azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuş  və  kənd ləğv edilmişdir.  İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «güney 
yamacında çöküntü sularının fıziki aşırımasında  əmələ  gələn çoxtipli qırıntı» mənasında işlənən xıç 
sözü (253, s.131) əsasında əmələ gəlmişdir. «Xış» xıç sözünün fonetik formasıdır. Azərbaycan dilində 
ç~ş  səs  əvəzlənınəsi (açdı-aşdı, qaçdı-qaşdı) qanunauyğun haldır. Relyef əsasında yaranan sadə 
quruluşlu toponimdir. 
Xnut - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Kəndin 
digər adı Xnut Qaraqoyunlu olmuşdur. Kolanlı  kəndinin yanında, Cığın dərəsində, Cığınsu çayının 
yanında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.266).  
Kənddə 1873 - cü ildə 114 nəfər, 1886-cı ildə 143 nəfər, 1897-ci ildə 253 nəfər, 1904 - cü ildə 
315 nəfər, 1914 - cü ildə 346 nəfər, 1916-cı ildə 213 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar öz doğma ocaqlarına dönə bilmişlər. 
1922-ci ildə burada 42 nəfər azərbaycanlı yaşamışdır (415, s.154-155). 1924-25-cı illərdə 
azərbaycanlılar buradan köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim qədim türk tayfası olan Hun (xun) etnoniminə (245, s.38; 286, s.3132) cəmlik 
bildirən -ut şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə 
toponimdir. 
Xoznavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd 
olmuşdur (415, s.28). 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.  
1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər 
yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 
180 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29, 112-113). 1918-ci ildə  kənddə yaşayan 
azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq qırğınlarla qovulmuşdur. 1918-ci ildən sonra 
burada yalnız ermənilər yaşayır.  
Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin 
adı  qədim türk tayfalarından biri olan gencək (>xazna >xandza) etnonimi ilə Azərbaycan dilində 
«möhkəmləndirilmiş istehkamı olan kənd», «qala» mənasında işlənən var (339, s.113) birləşməsindən 
əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. 
Xosrov - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Kusqayasu çayının yanında yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.104) qeyd 
edilmişdir.  
Kənddə 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904 - cü ildə 
199 nəfər, 1914 - cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1918-ci ildə  kəndin sakinləri qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 
nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). Kənd 1930 - cu illərin 
ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim Xosrov şəxs adı  əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Xosrov meşəsi - İrəvan quberniyasının  İrəvan qəzasında,indi Vedi (Ararat) rayonunda meşə 
sahəsi. Bu meşəni II Xosrov ov üçün saldırmışdır (99, s.462). Rayonda 1930 - cu illərə qədər fəaliyyət 


 
289
göstərmiş Xosrov kəndinin  ərazisində yerləşir və meşənin adı eyni adlı  kəndin adi əsasında 
yaranmışdır. İndi dövlət statuslu qoruqdur. 
Xotanan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.268).  
Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 
nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.28-29, 112-113). 1918-ci ildə 
kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur 
(309, s.206). 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim xotan türk tayfa adına (275, s.399) cəmlik bildirən -an şəkilçisinin artırılması ilə 
düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Xocayarlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktembeıyan) 
rayonu ərazisində kənd. kƏik din qədim adı Xocaayarlı olmuşdur (415, s.62). Rayon mərkəzində 1415 
km məsafədə, Araz çayının sol sahilində yerləşirdi! Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.266). Kəndin adı  həm də Xocayar formasında mənbələrdə öz əksini tapmışdır (309, s.219). 
Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 176 nəfər, 1886-cı ildə 207 nəfər, 1897-ci ildə 210 nəfər, 
1908-ci ildə 236 nəfər, 1914 - cü ildə 250 nəfər, 1916-cı ildə 229 nəfər (415, s.62-63, 138-139), 1918-
ci ildə 236 nəfər (309, s.219), 1919 - cu ildə 200 nəfər (415, s. 138-139) yalnız azərbaycanlı 
yaşamışdır. 1919 - cu ilin sonlarında azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğıhlarla deportasiya 
olunmuşdur. Kənd 1924 - cü ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim Xocaayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Xoşkotan - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında,indi Barana (Noemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən16 km məsafədə yerləşir.  
Toponim qədim türk dilində «düşərgə»,«yurd», «icma», «kiçik yurd» mənasında işlənən koş 
(>xoş) sözü ilə (359, II (1), s.636) və «heyvanların salındığı yer», «şəhər, qala divarları» (339, s.295, 
296), «tövlə», «yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer» (359, II 
(1), s.606-607), «heyvanların salındığı yer, «şəhər qala divarları» (339, s.295, 296) mənasında işlənən 
kotan sözünün birləşməsindən əmələ gəlib, «qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd» 
mənası ifadə edir. «Kotan» sözü türk dillərində kutan formasında «xutor, köçəri çobanların dağdakı 
otlağı» mənasında işlənir (339, s.323). Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR 
AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdmlib Voskevaz qoyulmuşdur. 
Xırdacalalar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Kalinino rayonunda sahə, 
yer. Rayonun Cücəkənd (Qızıl  Şəfəq) kəndinin cənub-şərq tərəfində yerləşir. Toponim Azerbaycan 
dilində «kiçik, alçaq, geniş olmayan» mənasında işlənən xırda sözü ilə -lar şəkilçisi qəbul etmiş 
«bataqlıq yerdə olan otlaq» mənasında işlənən cala sözünün birləşməsində əmələ gəlmişdir. Mürəkkəb 
quruluşlu oronimdir. 
Xustup - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. 
Oronim qədim türk tayfası-oğuz etnoniminin fonetik forması olan xus (dilində «dib, dağın dibi, dağ  ətəyi», «aşağı, çayın aşağı axarı» mənasında işlənən tup (tub, tüp) 
sözünün (339, s.565) birləşməsindən əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə