İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   137   138   139   140   141   142   143   144   ...   168

 
286
1920-ci ildə  ləğv edilmişdir. Toponim «dağıdılmış, viran edilmiş» mənasında işlənən xaraba 
sözü ilə -lı  mənsubluq bildirən  şəkilçi qəbul etmiş kotan türk etnonimindən (286, s.50) əmələ 
gəlmişdir. XIII-XIV əsrlərdə Ön Asiyada yaşayan türk tayfalarından birinin adı godan adlanırdı (210, 
s.8).  
Görünür, godan tayfa adı sonralar kotan formasına düşmüşdür. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Xaraba Sarvanlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd.  
Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 48 nəfər, 1886-cı ildə 44 nəfər, 1897-ci ildə 52 
nəfər, 1908-ci ildə 95 nəfər, 1914 - cü ildə 100 nəfər, 1916-cı ildə 70 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən soyqırımına məruz qalaraq 
deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Burada 1922-ci ildə 36 
nəfər, 1926-cı ildə 32 nəfər, 1931-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla 
çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.  
Toponim «dağılmış, viran edilmiş» mənasında işlənən xaraba sözü ilə gəngərli türk tayfasından 
olan sarvanlar etnonimindən (386, s.537) əmələ gəlmişdir.  
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
1920-ci ildə kəndin adı dəyişdirilib Nor Qoxb (Yeni Qoxb) qoyulmuşdur.  
Xaratgah - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonunda 
qışlaq. Polad Ayrım kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.30-31). 1908-ci ildə ləğv edilmişdir.  
Toponim xaratlı (toponimdə -lı şəkilçisi düşüb) türk tayfa adına «qayalıqda, dağda təbii və ya 
süni oyuq, mağara» mənasında işlənən gah//kaha sözünün (11, s.26) birləşməsindən  əmələ  gəlib 
«Xarat tayfasının yaşadığı kaha yanında qışlaq» mənasında bildirir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir.  
Xarratlı  -  İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə  qədər (14 yanvar 
1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir (348, s.261).  
Kənddə 1831-ci ildə 183 nəfər, 1873 - cü ildə 303 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 
202 nəfər,1908-ci ildə 373 nəfər, 1914 - cü ildə 571 nəfər, 1916-cı ildə 192 nəfər, (415, s.48-49, 128-
129), 1918-ci ildə 496 nəfər (309, s.216), 1919 - cu ildə 160 nəfər (415, s.128-129) yalnız azərbaycanlı 
yaşamışdır. 1919 - cu ilin payızında azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuşdur (309, s.216, 222). Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 61 nəfər 
azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 
erməni yaşamışdır(415, s.48-49, 128-129).  
1986-cı ildə çap edilmiş «Ermənistan və  ətraf vilayətlərinin toponimlər lüğəti»ndə 
azərbaycanlılar erməni kimi təqdim edilir və burada guya 1930 - cu ilə kimi yalnız ermənilər 
yaşamışdır (427, s.423).  
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar zorla tarixi 
torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüş  və xaricdən (İran, Türkiyə, Livan) 
köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.  
Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə 
quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur.  
Xartlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda 
kənd. Qaranlıq kəndinin yaxınlığında, Qanlıq çayının yanında,  Şalıbulaq dağının  ətəyində yerləşirdi. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.262).  
Kənddə 1873 - cü ildə 144 nəfər, 1886-cı ildə 162 nəfər, 1897-ci ildə 190 nəfər, 1914 - cü ildə 
282 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67, 140-141). 1918-ci ildə kəndin 
sakinləri ermənilərin təcavüzünə məruz qalaraq tarixi torpaqlarından deportasiya olunmuşdur və 1930 
- cu ildə kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.  


 
287
Toponim qədim türk dilində «uca, hündür, yaşlı, qoca» mənasında işlənən qart (299, s.429) 
sözünə -lıq  şəkilçisinin artırılması ilə  əmələ  gəlmişdir. Azərbaycan dilində q~x səsəvəzlənməsi 
qanunauyğun haldır (216, s.20, 117). Relyef əsasında yaranan düzəltmə toponimdir.  
1918-ci ildə kəndin adı dəyişdirilib Tsaxkaşen qoyulmuşdur. 1930 - cu ildən sonra mənbələrdə 
adı çəkilmir.  
Xatın bağı  - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  kənd olmuşdur. Zeyvə  kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə burada 27 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.56-57). XX əsrin əvvəllərində, 1906-cı ildə erməni təcavüzünə məruz 
qalaraq azərbaycanlılar qırğınlarla qovulmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.  
Toponim sintaktik yolla yaranan mürəkkəb quruluşlu toponimdir. Birinci tərəfi qədim türk 
dilində «qadın» mənasında işlənən xatın, ikinci tərəfi bağ sözündən ibarətdir. Antropotoponimdir.  
Xaçabulaq  - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.  
Toponim haça sözünün fonetik forması olan xaça sözü ilə «təbii su qaynağı» mənasında işlənən 
bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Xaçakilsə  -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. 
Rayon mərkəzindən 6 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Xaçkilsə kimi qeyd 
edilmişdir (143, s.127).  
Toponim «cüt, qoşa», «bir-birinə yaxın sivri uclu şiş təpəli iki fiziki-coğrafi obyekt» mənasında 
işlənən xaça sözündən (278, s.147) və «dini məbəd» mənasını bildirən kilsə sözündən əmələ gəlmişdir. 
Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.  
«Xaça» sözü indi Azərbaycan dilində «haça» formasında işlənir. Azərbaycan dilində x~h 
səsəvəzlənməsi qanunauyğun haldır və bu özünü xansı-hansı, xamusu-hamısı sözlərində göstərir 
(216,s.20, 117).  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı  dəyişdirilib Paros, 30.l.1961-ci il tarixli 
fərmanı ilə yenidən dəyişdirilərək Nahabetavan qoyulmuşdur.  
Xaçkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 28 km məsafədə yerləşir.  
Toponim Azərbaycan dilində işlənən xaç və kənd sözlərindən əmələ gəlmişdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Debed qoyulmuşdur.  
Xeyirbəyli  -  İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.264).  
Kənddə 1831-ci ildə 301 nəfər, 1873cüildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466 
nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cüildə 438 nəfər, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildəkənd erməni təcavüzünə  məruz qalaraq sakinləri - 
azərbaycanlılar deportasiya olunmuş  və  kəndə ermənilər köçürülmüşdür.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına 
qayıda bilmişdir. Burada 1922-ci ildə 334 nəfər azərbaycanlı, 11 
r
,erməni, 1926-cı ildə 266 nəfər 
azərbaycanlı, 116 erməni, 1931-ci ildə 327 nəfər azərbaycanlı, 119 erməni yaşamışdır (415,,,s.62-63, 
138-139). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-49cu illərdə tarixi-etnik 
torpaqlarından zorla...Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.  
Toponim xeyirbəyli nəsil adı  əsasında  əmələ  gəlib «xeyirbəyli nəslinin yaşadığı  kənd» 
mənasını ifadə edir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 25.V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur.  
Xərəvə  -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
yaylaq. Rayondakı Qursalı  kəndində yerləşir. Azərbaycan dilinin qərb dialektində xaraba mənasında 
işlənən xərəvə sözündən əmələ gəlmişdir. Sadə quruluşlu oronimdir.  
Xıznauz -  İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km şimal-qərbdə yerləşir.1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin 
müfəssəl dəftəri»ndə Xəzaviz kimi (143, s.163), Qafqazın 5 verstlik xəritəsində Xıznauz formasında 
(348, s.265) qeyd edilmişdir. Kəndin digər adları Xenanız, Xıznavuz, Xznavuz, Xlavuz, Kiznauz 
olmuşdur (427, s.378). Kənddə 1828ci, ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə