İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   145   146   147   148   149   150   151   152   ...   168

 
302
səthi» mənasında işlənən düz sözünün (10, s.168; 196, s.44) birləşməsindən  əmələ  gəlib, «dağ 
çıxıntısı, yarğan yanındakı düzdə salınan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Çatır körpüsü - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonundakı Alxanpəyəsi kəndində körpü. 1666-cı ildə salınmış, XIX əsrə  qədər 
qalmışdır. Şərq üslubunda yonulmuş daşlardan sütunsuz (dirəksiz) tikilmiş körpünün uzunluğu 810 m, 
eni 45 m olardı (211, s.237). 
Körpü çadır formasında salındığı üçün Çatır körpüsü deyilmişdi. 
Çatmadağ - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində  kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur (415, s.50). Qafqazın 5 verstlik xəritəsində 
Çatma formasında (348, s.281) qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri 
sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir.  
Kənddə 1873 - cü ildə 41nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904 - cü ildə 51 
nəfər, 1914 - cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.50-51, 
130-131). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı 
yaşamışdır. (415, s.50-51, 130-131). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə 
azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.  
Toponim Azərbaycan dilində «bir istiqamətdə yanaşı» mənasında işlənən çatma sözünə (253, 
s.132) dağ sözünün qoşulması yolu ilə əmələ gəlib, «bir istiqamətdə yanaşı dağ yanında salınan kənd» 
mənasını ifadə edir. «Çatma» sözü qədim türk dilində «birləşmə», «taxtabənd», «dəzgah», «körpü», 
«yarıq», «çatdaq» mənalarında da işlənmişdir (359, III (2), s.1902). Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Çaxırlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda 
kənd. Rayon mərkəzindən 3 km cənub-qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.281).  
Kənddə 1831-ci ildə 212 nəfər, 1873 - cü ildə 770 nəfər, 1886-cı ildə 1020 nəfər, 1897-ci ildə 
1204 nəfər, 1908-ci ildə 1349 nəfər, 1914 - cü ildə 1653 nəfər, 1916-cı ildə 1501 nəfər, 1919 - cu ildə 
85 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin yazmda azərbaycanlılar 
ermənilərin təcavüzünə  məruz qalaraq yaşayış yerlərindən perik düşmüşlər. 1919 - cu ilin sentyabr-
oktyabr aylarında kənddə yaşayan azərbaycanlılar axır nəfərinə kimi atäbaba torpaqlarından 
deportasiya olunmuşdur.  İran və Türkiyədən köçürülən ermənilər 1919 - cu ilin axırlarında burada 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən 
azərbaycanlılardan sağ qalanları öz doğma torpaqlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 
1922-ci ildə 679 nəfər, 1926-cı ildə 763 nəfər, 1931-ci ildə 975 nəfər (415, s.26-27, 112-113), 1987-ci 
ildə 1500 nəfər azəfbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənddə yaşayan 
azərbaycanlılar Ermənistan dövlətinin yeritdiyi siyasət nəticəsində tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.  
Toponim çaxırlı türk etnonimi (272, s.22) əsasında əmələ gəlmişdir. F.Sümər qaraqoyunlu türk 
tayfasının da əsas boylarından birinin çəkürlü olduğunu göstərir (238, s.158). Deməli, Çaxırlı toponimi 
çaxırlı//çəkürlü etnonimi əsasında  əmələ  gəlmişdir və çaxırlı çakırlı//çəkürlü etnoniminin fonetik 
formasıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-in 25.l.1978-ci il fərmanı 
ilə  kəndin adı  dəyişdirilib Sovetakert, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı iləyenidən 
dəyişdirilib Xaçaxbuyr (Xaçbulaq) qoyulmuşdur.  
Çaxırlı yaylası - İrəvan quberniyasının Yeni Bayazid qə

zasında, indi Basarkeçər rayonunun 
Çaxırlı  kəndinin  ərazisində yayla. Çaxırlı (Çakurlu) etnonimi (272, s.22; 238, s.158) əsasında 
düzəlmişdir. Çaxırlı (çəkurlu) tayfasını yaylaq yeri olduğu üçün Çaxırlı yaylası adlandırılmışdır.  
Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.  
Çaxmaq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 
7 km cənub-qərbdə, Türkiyə  sərhəddində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin 
erməni mənbələrində  kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər 
(415, s.20,105). Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir.  


 
303
Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 
406 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104106). 1916-18-cı illərdə azərbaycanlılar 
deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə 
görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 
nəfər, 1931-ci ildə 89 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər 
azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür. 1988-1989 - cu ilin qışında 
(noyabr-dekabr-yanvar aylarında) azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.  İndi 
ermənilər yaşayır.  
Toponim  şahsevən türk tayfasına mənsub olan çaxmaq etrionimi (95, s.192; 93, s.87-88) 
əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndim adı  dəyişdirilib Kamxut 
qoyulmuşdur. 
Çaxmaqlıdağ - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Kalinino rayonunda dağ. 
Rayondakı Cücəkəndinin  şimal-şərqində yerləşir. Oronim şahsevən türk tayfasından olan çaxmaqlı 
etnonimi (93, s.87-88) əsasında formalaşmışdır. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Çələbi-Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə  ləğv edilmişdir. Çələbi türk tayfasının adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Çələbi yurd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonu ərazisində  qışlaq. Toponim çələbi tayfa adı ilə yurd sözünün birləşməsindən 
yaranmışdır. Mürəkkəb quruluşlu etnotoponimdir. 
Çəməndağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda dağ. Oronim Azərbaycan dilində «yaşıllıq, otluq» mənasında işlənən çəmən sözü ilə (12, 
s.429; 339, s.606), «qayadan daşdan ibarət hündür bir yer» mənasında işlənən dağ sözünün 
birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Çəpər qırılan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican 
rayonunda qışlaq. Polad Ayrım kəndinin yaxınlığında yerləşirdi. Burada 1926-cı ildə 9 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.32-33). 1930 - cu illərdə ləğv edilmişdir. 
Çəpni - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.280) qeyd 
edilmişdir. Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi (399,l, s.59; 228, s.40) əsasında 
əmələ  gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı «çəpni»dir (175, s.14). Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Çivə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-qərbdə, Arpaçayın sağ qolu olan Elpin çayının hər 
iki sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.57), Qafqazın 5 verstlik xəritəsinndə 
(348, s.284) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 294 nəfər, 1886-cı ildə 431 nəfər, 1897-ci ildə 689 
nəfər, 1904 - cü ildə 562 nəfər, 1914 - cü ildə 612 nəfər, 1916-cı ildə 758 nəfər, 1919 - cu ildə 1200 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1919-cu ilin axırlarında kənd 
ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci 
ildə 391 nəfər azərbaycanlı, 1926-cı ildə 367 nəfər azərbaycanlı, 94 erməni, 1931-ci ildə 367 nəfər 
azərbaycanlı, 221 erməni yaşamışdır (415, s.92-93, 162-163). Yuxarıdakı rəqəmlərdən göründüyü kimi 
ermənilər burada 1926-cı ildən məskunlaşdmhblar. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-53 - cü 
illərdə bu kəndin əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953 - cü ildən sonra onların bir hissəsi 
yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan 
dövləti tərəfindən deportasiya edilmişdir (211, s.203). İndi ermənilər yaşayır.  
Toponim yivə türk tayfa adının (399, I, s.56) fonetik forması olan çivə etnonimi əsasında 
yaranmışdır. Türk dillərində y~ç paralelləri geniş  şəkildə özünü göstərir (70, s.529; 87, s.170). 
«Yarğan», «hündür qaya», «dik sahil» mənalarında işlənən yar, çar sözlərindəki (339, s.607, 650) y~ç 
səsəvəzlənməsi buna aydın misaldır.  
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə