İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   143   144   145   146   147   148   149   150   ...   168

 
298
Toponim qədim türk tayfası olan hun etnoniminə türk dilində «qala, istehkam» (339, s.81), 
«çətin keçilən yer», «əlçatmaz yer» (339, s.83; 337, s.239) mənasında işlənən berd/bert sözünün 
qoşulması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Hunud - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir.  
Toponim qədim türk mənşəli hun etnoniminə (245, s.3738; 174, s.49-66; 287, s.124126, 351-
352) türk dilində  cəmlik bildirən -ud şəkilçisinin artırılması  əsasında  əmələ  gələn etnotoponimdir. 
Görkəmli türk tədqiqatçısı «Türk tarixi» əsərində yazır: <mahir olan türklərdir» (174, s.52). «Hunlar kəndi» mənasını verir. Quruluşca mürəkkəb toponimdir. 
Hüseynbəyli - İrəvan qüberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu 
ərazisində  kənd olmuşdur. Kənddə 1906-cı ildə 658 nəfər azərbaycanlı yaşamışdır. 1906-cı ilin 
sonlarında azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim hüseynbəyli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir.  
Hüseynquluağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km şərqdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.70).  
Kənddə 1873 - cü ildə 636 nəfər, 1886-cı ildə 760 nəfər, 1897-ci ildə 877 nəfər, 1908-ci ildə 
778 nəfər, 1914 - cü ildə 1207 nəfər, 1916-cı ildə 1079 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 
112-113). 1919 - cu ilin aprelin 13-20-də kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşlar 
(309,s.305). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz 
kəndlərinə dönə bilmişlər. 1922-ci ildə  kənddə 527 nəfər, 1926-cı ildə 605 nəfər, 1931-ci ildə 719 
nəfər (415, s.26-27, 112-113), 1959 - cu ildə 2000 nəfər, 1987-ci 3000 nəfər (85, s.292) azərbaycanlı 
yaşamışdır. 1988-ci ildə noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən zorla doğma 
torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.  
Toponim  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına 
mənsubluq bildirən -lı  şəkilçisinin artırılması  əsasında kəndin adı yaranmışdır. Antropotoponimdir. 
Quruluşca düzəltmə toponimdir.  
Kəndin adı 1924 - cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun 
şərəfinə Nərimanlı, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Şatvan 
qoyulmuşdur.  


 
299
Ç 
  
Çayqovuşan körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi 
Karvansaray (İcevan) rayonunda körpü. İndi iki tağı qalıb.  
Çaykənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Arpaçayın yaxınlığında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.278).  
Kənddə 1831-ci ildə 78 nəfər, 1873 - cü ildə 110 nəfər, 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 166 
nəfər, 1904 - cü ildə 129 nəfər, 1914 - cü ildə 141 nəfər, 1916-cı ildə 143 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma 
yerlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 35 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 151 nəfər 
yalnız azərbaycanlılar yaşamışdır (415, s.90-91, 158-159). 1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin 
xüsusi qərarı ilə  kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla Azərbaycana 
köçürülmüş və kəndin təsərrüfatı Terp (Saravan) heyvandarlıq sovxozu ilə birləşdirilmişdir.  
Toponim Azərbaycan dilində işlənən çay və kənd sözlərinin birləşməsindən əmələ gəlib «çayın 
sahilində olan yaşayış  məntəqəsi» mənasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir.  
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı  dəyişdirilib Getik (Çaykənd) 
qoyulmuşdur.  
Çaykənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km şimal-qərbdə, Tərsa çayının sahilində, Krasnoselo-
Dilican-İcevan yolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.278). 
Kəndin əsası XVIII əsrdə - 1778-cı ildə qoyulmuşdur.  
Kənddə 1897-ci ildə 754 nəfər, 1904 - cü ildə 660 nəfər, 1914 - cü ildə 677 nəfər, 1916-cı ildə 
772 nəfər, 1919 - cu ildə 847 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.32-33, 116-117). B.Budaqov 
və Q.Qeybullayev yazırlar ki, «XIX əsrin 80-cı illərinə aid məlumata görə «əhalisi kürdlərdən ibarət 
kənd idi». (62, s.416). Bu fakt həqiqətə uyğun deyil. Qaraqoyunlu dərəsində olan kəndlərdə (Gölkənd, 
Cıvıxlı, Qaraqaya, Yanıqpəyə, Bəriyabad), o cümlədən həmin ərazidə yerləşən Çaykənd kəndində də 
1988-ci ilin dekabr ayına kimi Azərbaycan türklərindən başqa, qeyri millətlərin bir nəfər belə 
nümayəndəsi yaşamamışdı. 1919 - cu ilin yazmda kəndin sakinləri ermənilər tərəfindən qovulmuşlar. 
Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan çaykəndlilər öz kəndlərinə 
dönə bilmişdir. 1922-ci ildə burada 569 nəfər, 1926-cı ildə 616 nəfər, 1931-ci ildə 662 nəfər (415, 
s.32-33, 116-117), 1970-ci ildə 1140 nəfər, 1979 - cu ildə 1096.nəfər, 1987-ci ildə 1110 nəfər (85, 
s.90-91) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan 
dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.  
Toponim Azərbaycan dilində «fasiləsiz, təbii su» mənasında işlənən çay sözünə kənd coğrafi 
nomeninin qoşulması  əsasında  əmələ  gəlmişdir. Kənd çayın qırağında salındığı üçün Çaykənd 
adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dprabak 
qoyulmuşdur.  
Çal  - Yelizavetpol (Gəncə) quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda dağ. Rayonun Toxluca kəndinin şərqində yerləşir. Oronim türk dilində «təpə, 
daşlıq yer» (339, s.606), «kiçik dağ, təpə» (22, s.27) mənasında işlənən çal sözü əsasında 
formalaşmışdır. «Çal» sözü qədim türk dilində  həm də «yal» mənasında işlənmişdir (359, III (2), 
s.1875). Sadə quruluşlu oronimdir. 
Çalağan yuvası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonunun 
Çaxmaq kəndində dağ. Quş adı əsasında əmələ gələn zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Çaldaş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonu ərazisində  kənd olmuşdur. 
Təpəköy kəndinin sol tərəfində yerləşirdi. XVIII əsrin axırları, XIX əsrin  əvvəllərində xarabalığa 
çevrilmişdir.  
Toponim Azərbaycan dilində «bitkisi az olan və ya heç olmayan» boz mənasında (278, s.152; 
12, s.412), «təpə, daşlıq yer» (339, s.606) mənasında işlənən çal sözü ilə «qaya, dağ» mənasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə