298
Toponim qədim türk tayfası olan hun etnoniminə türk dilində «qala, istehkam» (339, s.81),
«çətin keçilən yer», «əlçatmaz yer» (339, s.83; 337, s.239) mənasında işlənən berd/bert
sözünün
qoşulması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Hunud - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir.
Toponim qədim türk mənşəli hun etnoniminə (245, s.3738; 174, s.49-66; 287, s.124126, 351-
352) türk dilində cəmlik bildirən -ud şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir.
Görkəmli türk tədqiqatçısı «Türk tarixi» əsərində yazır: <
mahir olan türklərdir» (174, s.52). «Hunlar kəndi» mənasını verir. Quruluşca mürəkkəb toponimdir.
Hüseynbəyli - İrəvan qüberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu
ərazisində kənd olmuşdur. Kənddə 1906-cı ildə 658 nəfər azərbaycanlı yaşamışdır. 1906-cı ilin
sonlarında azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim hüseynbəyli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir.
Quruluşca sadə
toponimdir.
Hüseynquluağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis)
rayonunda kənd. Rayon mərkəzindən 10 km şərqdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir (348, s.70).
Kənddə 1873 - cü ildə 636 nəfər, 1886-cı ildə 760 nəfər, 1897-ci ildə 877 nəfər, 1908-ci ildə
778 nəfər, 1914 - cü ildə 1207 nəfər, 1916-cı ildə 1079 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27,
112-113). 1919 - cu ilin aprelin 13-20-də kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşlar
(309,s.305). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan
sonra kəndin sakinləri öz
kəndlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 527 nəfər, 1926-cı ildə 605 nəfər, 1931-ci ildə 719
nəfər (415, s.26-27, 112-113), 1959 - cu ildə 2000 nəfər, 1987-ci 3000 nəfər (85, s.292) azərbaycanlı
yaşamışdır. 1988-ci ildə noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən zorla doğma
torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına
mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır. Antropotoponimdir.
Quruluşca düzəltmə toponimdir.
Kəndin adı 1924 - cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun
şərəfinə Nərimanlı, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Şatvan
qoyulmuşdur.
299
Ç
Çayqovuşan körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi
Karvansaray (İcevan) rayonunda körpü. İndi iki tağı qalıb.
Çaykənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Rayon mərkəzindən 12
km şimal-şərqdə, Arpaçayın yaxınlığında yerləşir. Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir (348, s.278).
Kənddə 1831-ci ildə 78 nəfər, 1873 - cü ildə 110 nəfər, 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 166
nəfər, 1904 - cü ildə 129 nəfər, 1914 - cü ildə 141 nəfər, 1916-cı ildə 143 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma
yerlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 35 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 151 nəfər
yalnız azərbaycanlılar yaşamışdır (415, s.90-91, 158-159). 1948-49-cu illərdə SSRİ Nazirlər
Sovetinin
xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla Azərbaycana
köçürülmüş və kəndin təsərrüfatı Terp (Saravan) heyvandarlıq sovxozu ilə birləşdirilmişdir.
Toponim Azərbaycan dilində işlənən çay və kənd sözlərinin birləşməsindən əmələ gəlib «çayın
sahilində olan yaşayış məntəqəsi» mənasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Getik (Çaykənd)
qoyulmuşdur.
Çaykənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo)
rayonunda kənd. Rayon mərkəzindən 22
km şimal-qərbdə, Tərsa çayının sahilində, Krasnoselo-
Dilican-İcevan yolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.278).
Kəndin əsası XVIII əsrdə - 1778-cı ildə qoyulmuşdur.
Kənddə 1897-ci ildə 754 nəfər, 1904 - cü ildə 660 nəfər, 1914 - cü ildə 677 nəfər, 1916-cı ildə
772 nəfər, 1919 - cu ildə 847 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.32-33, 116-117). B.Budaqov
və Q.Qeybullayev yazırlar ki, «XIX əsrin 80-cı illərinə aid məlumata görə «əhalisi
kürdlərdən ibarət
kənd idi». (62, s.416). Bu fakt həqiqətə uyğun deyil. Qaraqoyunlu dərəsində olan kəndlərdə (Gölkənd,
Cıvıxlı, Qaraqaya, Yanıqpəyə, Bəriyabad), o cümlədən həmin ərazidə yerləşən Çaykənd kəndində də
1988-ci ilin dekabr ayına kimi Azərbaycan türklərindən başqa, qeyri
millətlərin bir nəfər belə
nümayəndəsi yaşamamışdı. 1919 - cu ilin yazmda kəndin sakinləri ermənilər tərəfindən qovulmuşlar.
Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan çaykəndlilər öz kəndlərinə
dönə bilmişdir. 1922-ci ildə burada 569 nəfər, 1926-cı ildə 616 nəfər, 1931-ci ildə 662 nəfər (415,
s.32-33, 116-117), 1970-ci ildə 1140 nəfər, 1979 - cu ildə 1096.nəfər, 1987-ci ildə 1110 nəfər (85,
s.90-91) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan
dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «fasiləsiz, təbii su» mənasında işlənən
çay sözünə kənd coğrafi
nomeninin qoşulması əsasında əmələ gəlmişdir. Kənd çayın qırağında salındığı üçün Çaykənd
adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dprabak
qoyulmuşdur.
Çal - Yelizavetpol (Gəncə) quberniyasının Yeni Bayazid qəzasında,
indi Çəmbərək
(Krasnoselo) rayonunda dağ. Rayonun Toxluca kəndinin şərqində yerləşir. Oronim türk dilində «təpə,
daşlıq yer» (339, s.606), «kiçik dağ, təpə» (22, s.27) mənasında işlənən çal sözü əsasında
formalaşmışdır. «Çal» sözü qədim türk dilində həm də «yal» mənasında işlənmişdir (359, III (2),
s.1875). Sadə quruluşlu oronimdir.
Çalağan yuvası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonunun
Çaxmaq kəndində dağ. Quş adı əsasında əmələ gələn zooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Çaldaş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonu ərazisində kənd olmuşdur.
Təpəköy kəndinin sol tərəfində yerləşirdi. XVIII əsrin axırları, XIX əsrin əvvəllərində xarabalığa
çevrilmişdir.
Toponim Azərbaycan dilində «bitkisi az olan və ya heç olmayan» boz mənasında (278, s.152;
12, s.412), «təpə, daşlıq yer» (339, s.606) mənasında işlənən çal sözü ilə «qaya, dağ» mənasında