304
Çivinli - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Rayon mərkəzindən
27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.284) qeyd
edilmişdir.
Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar olmuşdur (415,
s.20).
Kənddə 1905-ci ildə 270 nəfər, 1914 - cü ildə 350 nəfər azərbaycanlı yaşamışdır (415, s.104-
105). 1915-cı ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildən sonra, indiki Ermənistanda sovet
hökuməti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 234 nəfər, 1926-
cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfər (415, s.20-21, 104-105), 1987-ci üdə 534 nəfər azərbaycanlı
yaşamışdır. 1989 - cu ilin qışında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən qovulmuşdur. İndi
kənddə ermənilər yaşayır.
Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması «cen»dir)
türk etnonimi əsasında (286, s.62-63) formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə «iv»
səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yenacur
qoyulmuşdur.
Çikdamal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak)
rayonunda
kənd. Rayon mərkəzindən 3 km məsafədə, Pəmbək çayının yanında, Çubuxlu dağının ətəyində
yerləşir. 1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. 31 dekabr 1937-ci ildə
yaradılan Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik
xəritəsində (348, s.284) qeyd edilmişdir. Kənddə e.ə.I minilliyə dair qala divarlarının qalıqları vardır.
Erməni mənbələrində bu qalanın farslara aid olduğu göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX
c., İrəvan, 1983, s.17). Bu, erməni saxtakarlığının bir nümunəsidir. Onlar izi azdırmaq üçün türkləri
farslar kimi təqdim edirlər. Elə vaxtilə İrəvan qalasının da farslara məxsus olduğunu qeyd edirdilər. Bu
gün İrəvan şəhərində azərbaycanlılara məxsus olan Göyməscid məscidi də farslara
məxsus tarixi abidə
kimi təqdim olunur. Digər tərəfdən Çikdamal kəndinin əsasının 1873 - cü ildə qoyulduğunu yazırlar
(Ermənistan Sovet Ensiklopediyası, IX c., s.17). Əgər kənd 1873 - cü ildə yaradılıbsa, e.ə. I minilliyə
aid qala hansı kəndin ərazisində tikilmişdir? Digər tərəfdən, elə erməni mənbələrində ermənilərin
1828-29cuillərdə Çikdamal kəndinə köçürüldüyü göstərilir (Ermənistan Sovet Ensiklopediyası, XI c.,
İrəvan, 1983 s.17; 427, s.424). Bütün bunların hamısı erməni saxtakarlığını əyani şəkildə göstərir.
Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür (427, s.424).
Burada 1897-ci
ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşamışdır. Onlar XX
əsrin əvvəllərində
sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Toponim türk dilində «sərhəd, mərz» mənasında işlənən çik sözü ilə (339, s.615) Azərbaycan
dilındə, «ev, bina, tikili», «bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili», «pəyə, dəyə, qazma» mənasında
işlənən dam sözünün (10, s.26; 339, s.170-171) birləşməsindən əmələ gəlmişdir. Toponimin sonundakı
«al» topoformantdır. «Çik» sözü türk dilində «dar dərə» mənasında da işlənir (359, III (2), s.2111)
«Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd» mənasını bildirir. Relyef əsasında
yaranan mürəkkəb
quruluşlu toponimdir.
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Areveşoq qoyulmuşdur.
Çiləxanlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı (415, s.50), «İrəvan əyalətinin icmal dəftəri»ndə
Çinəxan formasında (143, s.99) qeyd edilmişdir.
Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası (386, s.535) yaşamışdır (415, s.50).
Kənddə 1831-ci ildə 237 nəfər, 1873 - cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə
698 nəfər, 1904 - cü ildə 752 nəfər, 1914 - cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı
yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan
azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220
nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ hökumətinin
xüsusi qərarı ilə 1948-53 - cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv
edilmişdir. İndi xaraba kənddir.
305
Toponim muğanlı türk tayfasından ölan çilovxanlı («çilovxanlı» nəsil adı danışıq
dilinin
qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı (286, s.72) əsasında əmələ
gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Çilovxanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan)
rayonunda kynd. İrəvan - Gümrü yolunun yanında, Gümrü şəhərindən 6,5 km qərbdə yerləşir. Kəndin
başqa adı mənbələrdə Çilovxan, Çlovxanlı, Çlovxan, Celoxan kimi də göstərilir (427, s.654).
Toponim muğanlı tayfasından olan çilovxanlı nəsil adı əsasında (286, s.72) əmələ gəlmişdir.
Patronim toponimdir. Quruluşca sadə loponimdir.
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Beniamin (erməni general-
mayoru Qalstyanın adı) qoyulmuşdur.
Çimənkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur
və onun mərkəzi idi. 1948-49 - cu illərdə Qarabağlar rayonunun ləğvi
ilə əlaqədar Vedi rayonunun
tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir (348,
s.286).
Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə
1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci ildə
azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə
xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141
erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır (415, s.86-87, 156-157). Sonrakı
illərdə kəndin əhalisi ümumi şəkildə (ermənilərlə azərbaycanlılar birlikdə göstərilmişdir) qeyd
edilmişdir. 1972-ci ildə burada 1917 nəfər əhali olmuşdur. Onun 90%i azərbaycanlılar idi. 1988-ci ilin
noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti torəfındən deportasiya edilmişdir. İndi
burada yalnız ermənilər yaşayır.
Toponim çəmənlik, otluq mənası bildirən çimən (çəmən dialektlərimizdə çimən formasında
işlənir) sözü ilə yaşayış məntəqəsi mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir.
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Urcadzor qoyulub.
Çinarlı - Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon
mərkəzindən 28 km məsafədə yerləşir. Kənddə ermənilərlə yanaşı 1926-cı ildə 4 nəfər azərbaycanlı
yaşamışdır (415, s.7475). İndi ermənilər yaşayır. Toponim çinar ağac adına -lı şəkilçisinin artırılması
yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erməni mənbələrində
Çinari formasında qeyd edilir (415, s.74; 266, s.225).
Çinçin - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Şəmşəddin rayonunda
kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Toponim türk dilində «dik dağ yarğanı»,
«əlçatmaz, sıldırım dağ» mənasında işlənən çin (<çın) sözü (337, s.239) əsasında əmələ gəlmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Çiraxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5
verstlik xəritəsində Çiraxlu formasında (348, s.285) qeyd edilmişdir. Erməni mənbələrində kəndin
başqa adı Çıraxoğlukənd formasında da göstərilir (415, s.90).
Kənddə 1873 - cü ildə 21 nəfər, 1886-cı ildə 20 nəfər, 1897-ci ildə 31 nəfər, 1904 - cü ildə 41
nəfər, 1914 - cü ildə 45 nəfər, 1916-cı ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-
159). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk edənlər öz doğma dədə-
baba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 40 nəfər, 1926-cı ildə 15 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 192-930 - cu illərdə onlar sıxışdırılaraq
kənddən
çıxarılmışdır. 1930 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim qədim sirak türk etnoniminin (235, s.2324) bir variantı olan çırak (çirax) etnoniminə
mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer,
sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində
qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.