İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   149   150   151   152   153   154   155   156   ...   168

 
310
Ustaclu, 1576-1577 cı illərdə Məhəmməd xan Ustaclı (ləqəbi Toxmaq xan idi) Çuxur-Səd bəylərbəyi 
olmuşdur. Azərbaycanda XVIII əsrdə xanlıq üsul idarəsinin yaradılması ilə  əlaqədar XVIII əsrin 
ortalarında Çuxur-Səd bəylərbəyliyi ləğv edilmiş,  ərazisində  İrəvan və Naxçıvan xanlıqları 
yaradılmışdır.  
Toponim Azərbaycan dilində «çala, çökək yer səthindən aşağı çökmüş, oyulmuş yer» 
mənasında işlənən çuxur sözü ilə (339, s.620; 12, s.454) ayrım türk tayfasından olan saatlı etnonimi 
(245, s.44) əsasında əmələ gəlmişdir.  
H. D. Papazyanın fikrincə, saatlı tayfası orta əsrlərdə Ararat vilayətində hakimlik etmiş Saadın 
adı ilə  əlaqədar saadlı saatlı adlandırılmışdır (93, s.73). Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir.  
Çuxur tala - Tiflis quberniyasının Borçalı  qəzasında, indi ki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.  
Toponim türk dilində «çala, çökək, qobu, dayaz dərə» mənasında işlənən çuxur sözü ilə (339, 
s.620; 12, s.454) «meşədə  ağacsız, açıq yer» mənasında işlənən tala sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.  
Çürük qaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonunun Ağudi kəndində dağ. Dağın daşları ovulub töküldüyü üçün Çürük qaya adlandırılmışdır.  


 
311
C 
  
Cağatay - İrəvan quberniyasının, Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu  ərazisində  kənd. Arpaçayın yanında yerləşirdi. 1728-ci il tarixdə  tərtib edilmiş  «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.59), Qafqazın 5 verstlik xəritəsində (348, s.79) qeyd edilmişdir. 
Erməni mənbələrində kəndin adı Cağata formasında da qeyd edilir (415, s.90, 158).  
Kənddə 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 70 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 98 
nəfər, 1904 - cü ildə 94 nəfər, 1914 - cü ildə 103 nəfər, 1916-cı ildə 135 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar 
tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.158-159). Onlar 1923 - cü ildə  sıxışdırılaraq kənddən çıxarılmışdır. 1925-cı ildə  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir.  
Toponim kəngərli türk tayfasının bir qolunu təşkil edən cığatay etnonimi (386, s.537) əsasında 
yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Cəlaloğlu - Tiflis quberniyasının Borçalı  qəzasında kənd.  İndi Ermənistan adlanan 
respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə. Rayon ərazisi IX əsrə kimi Quqark 
əyalətinin Taşir qəzasının tərkibində olmuş, IX əsrdə Loru hakimiyyəti altında olmuşdur. 1089-1125-cı 
illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-cı ildə Gürcüstanın 
Rusiyanın tərkibinə daxil olması ilə  əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində 
Rusiyanın tabeliyinə keçmişdir. 1919 - cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki 
Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının 
tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir. 1930 - cu il sentyabr 9-da Cəlaloğlu rayonu 
yaradılmışdır.  
Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı (176, s.14) 
əsasında yaranmışdır. Məhəmməd bəy Calaloğlu Gürcüstan padşahı Ləvasanı (Kartli hakimi Luar sab) 
qətlə yetirmiş və Şirvanda özünü öldürmüşdür (175, s.14). Həmin kənd (Cəlaloğlu kəndi) çəpni türk 
tayfasının  əmiri Məhəmməd bəy Calaloğluna mənsub olduğu üçün Calaloğlu kəndi adlanmışdır. 
Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
İndiki Ermənistanın Torpaq Komitəsinin 1923 - cü il qərarı ilə adı  dəyişdirilib, 
azərbaycanlıların qənimi Stepan Şaumyanın adına uyğun Stepanavan qoyulmuşdur.  
Calakənd - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonunda kənd.  
Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində «çay ətrafında kiçik ağaclıq, qalın 
meşə», «kiçik meşə» mənasında işlənən cala sözünə (8, s.453) «yaşayış məntəqəsi» mənasında işlənən 
kənd sözünün qoşulması əsasında əmələ gəlmimşdir. «Çala» sözü dialektlərdə həm də «daimi sulu otlu 
yer» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 
dəyişdirilib Liçkazor qoyulmuşdur.  
Camışbasan  - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Rayon mərkəzindən 22 km şimal-şərqdə, Ciğinsu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.80) qeyd edilmişdir. Burada 1828-ci ildə 51 nəfər (386, s.555-556), 1897-ci ildə 65 
nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). 1905-1906-cı illərin hadisələri ilə bağlı  kənd erməni 
təcavüzünə məruz qalmış, sakinləri 1906-cı ildə qırğınlarla deportasiya olunmuşdur. Kənd 1906-cı ildə 
ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim qızılbaşların camış közəkli tayfasının adında (91, s.192) əksini tapan camış 
etnoniminə basan feli sifətinin qoşulması yolu ilə  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir.  
Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda 
kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. 
Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati 
ərazi bölgüsünə daxil olmuşdur.  
Toponim camışlı türk tayfa adı (142, s.29) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə