İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   152   153   154   155   156   157   158   159   ...   168

 
316
Coğaz - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Kəndin qədim adı Cuğaz olmuşdur (415, s.40). Rayon mərkəzindən 25 km məsafdə 
yerləşir.  
Toponim qədim türk dilində su sözünün fonetik forması olan cu (> co) sözü ilə (339, s.181; 210 
a., s.109), ğas//qaz//xaz qədim türk etnoniminin (78, s.29-36) variantı olan ğaz (< xaz < qaz < qas) 
etnonimi əsasında əmələ gəlmişdir. Bu etnonim Qa
 
zax, Qafqaz toponimlərində öz izini aydın şəkildə 
qoruyub saxlamışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Su mənasında işlənən cu//co sözü, cuvar sözündə «cu», çamaşırxana» sözündə «ca», jiquli 
sözündə ji (ju), coqay (sucaq yer) sözündə «co», erməni dilində cur (su) sözündə «cu» formalarında öz 
əksini tapmışdır. «Su» sözü görkəmli Azərbaycan  şairi  Şah  İsmayıl Xətainin «Dəhnamə»  əsərində 
«cu» formasında işlənmişdir.  
                                   Culər axadur kənarı bağdan, 
                                   Su içməyə ahu gəldi dağdan. 
Bununla yanaşı <> sözü <>,<> fonetik formalarında Azərbaycan dilinin dialekt 
və şivələrində aşağıdakı söz və sözlərin tərkibində işlənmişdir: cu-balaca kanal, qanov, ləklərə gedən 
kiçik kanal,arx (239, s.200). 
<> -ləklərin arasındakı su arxı. Əmbərcu-tağları suvarmaq üçün su yolu (131, s.83). 
Cirat-böyük arxlardan ayrılıb ayrı-ayrı evlərin həyətinə gedən xırda arx.Culva- iki əkin 
sahəsinin arasından keçən arx (144, s.264). 
Cülyə-quyu (Qazax dialektində). Cülgə - gölməçə (Cəbrayıl rayonu şivəsində) (8, s.463). Eyni 
zamanda Azərbaycan dilində «gildən, saxsıdan,  şüşədən qayrılan darboğazlı su qabı» mənasında 
işlənən cürdək sözünün (12, s.492) ilk komponenti «cü»də su sözünün fonetik formasıdır.  
Coğtala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) 
rayonunda qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.  
Toponim qədim türk dilində su mənasında işlənən cu sözünün (339, s.181) fonetik variantı co 
sözü ilə türk dilində «düzənlik, çöl, sahə», «meşənin ortasında açıq yer», «meşədə ağacsız, çılpaq yer» 
mənasında işlənən tala sözünün (339, s. 169-170) birləşməsindən əmələ gəlmişdir. Toponimin birinci 
komponenti co (bu sözün ilk variantı cu olmuşdur) Azərbaycan dilində «suvarma suyunu bölüşdürən 
adam» mənasında işlənən cuvar sözündə, Zaqatala-Qax zonasında sucaq yer mənasında işlənən coqay 
sözündə öz izini saxlamışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Comardlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəriətsində qeyd 
edilmişdir (348, s.83).  
Kənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 
410 nəfər, 1914 - cü ildə 405 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1916-1918-ci 
illərdə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 87 nəfər, 
1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər (415, s.76-77, 146-147), 1979 - cu ildə 860 nəfər (85, 
s.191) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti 
tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.  
Toponim comardlı türk tayfa adı  əsasında  əmələ  gəlmişdir. Comardlı etnoniminin ilk 
komponenti com Azərbaycan dilinin Muğan  şivələrində «tayfa, əqrəba mənalarında işlənir» (240, 
s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı 
ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur. 
Coratan - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon 
mərkəzindən 14 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1683 - cü ildə salındığı göstərilir 
(Ermənistan Sovet Ensiklopediyası. IXc., İrəvan, 1983, s. 60). Toponim monqolların corat etnoniminə 
(26, s.26-27; 26, s.28; 251, s.169) -an cəm şəkilçisinin artırılması yolu ilə əmələ gəlib «corat tayfasının 
yaşadığı, məskunlaşdığı kənd» mənasını bildirir. Corat etnonimi curyat etnoniminin (286, s.59) fonetik 
formasıdır. Bu tayfanın adı ilk dəfə XIV əsrdə yaşamış F.Rəşidəddinin əsərində çəkilir (228, s.58-59).  
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Crvej - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. 1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə Cevriş formasında qeyd 


 
317
edilmişdir (143, s.159). Erməni mənbələrində  kəndin qədim adının Çivreş olduğu göstərilir (415, s. 
46).  
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1929 - cu illərdə İran 
və Türkiyədən köçürülüb yerləşdirilmişdir (85, s.270).  
Burada ermənilərlə yanaşı 1873 - cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.4447, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə 
məruz qalaraq deportasiya olunmuşdular. İndi burada ermənilər yaşayır. 
Culfa karvansarası - İrəvan şəhərində karvansara. 
Curasdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonunda 
qışlaq. Haqqıxlı  kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 8 nəfər, 1926-cı ildə 50 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.3238). 1930 - cu illərdə ləğv edilmişdir. 
Cucevan - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Barana (Noemberyan) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Erməni mənbələrində  kəndin 1873 - cü ildə 
salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s. 551). Bu, həqiqətə uyğun 
deyil. Belə ki, kənddə XII-XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır 
(Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983,s.551).  
Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını (ASE, X c., B., 
1987, s.449; 66, s.36) əks etdirən cuce sözü ilə urartu dilində «ölkə», «yer» mənasını bildirən ebani 
(ubani) sözü (332, s.68) əsasında formalaşan van(tayfasının ölkəsi, yaşadığı yer> mənasını ifadə edir. Patronim toponimdir.Quruluşca mürəkkəb 
toponimdir. 
Cücəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km 
şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə 
yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə 
uğrayaraq «y» səsi düşmüş, Cüycikənd i~ə  səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında 
qalmışdır.  
Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904 - cü ildə 210 nəfər, 1914 - cü ildə 
468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə 
azərbaycanlılar deportasiyaya məruz qalmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra kəndin sakinləri öz ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 
nəfər, 1931-ci ildə 623 nəfər (415, s.80-81, 150-151), 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla 
qovulmuşlar. İndi burada ermənilər yaşayır.  
Toponim monqol sərkərdəsi Cuci xanın (ASE, X c., B., 1987, s.449) adı əsasında formalaşan 
cuci ulusunun adından (ASE, X c., B., 1987, s.449; 66, s.36) yaranmışdır. Yəni toponim cuci nəsil adı 
ilə «yaşayış  məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Patronim 
toponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə