İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   153   154   155   156   157   158   159   160   ...   168

 
318
Ş 
  
Şabadin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.289).  
Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 198 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 316 
nəfər, 1904 - cü ildə 317 nəfər, 1914 - cü ildə 275 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-
137). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur (309, 
s.205).  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə 
bilmişdir. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 213 nəfər (415, s.60-61, 
136-137), 1959 - cu ildə 380 nəfər (415, s.157-158) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 
axırlarında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur.  İndi burada ermənilər 
yaşayır.  
Toponim türk dilində «bitkisiz qumlu, daşlı dağ yamacı», «yastı sıldırım sahili» (287, s.477), 
«uçurum, sıldırım», «yamac», «dərin dağarası çuxurda yüksəklik» (339, s.607) mənasında işlənən çap 
(> şab -İ. B.) sözü ilə türk dilində «dincəlmək üçün dayanmaq», «istirahət», «dincəlmək» mənasında 
işlənən din (dın) sözünün (367, s.341-343) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı  dəyişdirilib Yeğek 
qoyulmuşdur. 
Şabadin axund yeri - Yelizavetpol (Gəncə) quberniyasıtıın Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda kənd. Rayondakı Oxçu kəndinin yaxınlığında yerləşirdi. Burada 1897-ci ildə 10 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin  əvvəllərində, 1906-cı ildə ermənilərin təcavüzünə 
məruz qalaraq sakinləri deportasiya olunmuş, kənd xarabalığa çevrilmişdir.  İndi xaraba kənddir. 
Mürəkkəb quruluşlu toponimdir. 
Şaqarda - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu 
ərazisində  kənd. Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildə Türkmənçay müqaviləsi 
bağlanandan sonra, indiki Ermənistanın başqa bölgələri kimi buraya da Türkiyədən ermənilər 
köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 
1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-
81, 150-151). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953 - cü illərdə tarixi-etnik 
torpaqlarından çıxarılaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Azərbaycan dilində s~ş  səs  əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə 
bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə 
bağlı ilk məlumata Strabonun «Coğrafiya»  əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır (402, 
s.73, 91-96; 235, s 24-28; 287, s.82-101). Deməli, toponim saq türk etnonimi ilə türk dilində «dağbeli» 
(399,l, s.42), «arxa tərəf, yayla, dağ, dağ keçidi» (299, s.55), «təpə» (339, s.56) mənasında işlənən art 
sözünün birləşməsindən əmələ gəlib «dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer» mənasını 
ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Şalat - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 19 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Şələt formasında 
(143, s.150) qeyd edilmişdir.  
Toponim türk dilində  şala ağacını bildirən  şala (şal formasında da işlənmişdir) sözünə (299, 
s.520) qədim türk dilində  cəmlik bildirən -t şəkilçisinin (299, s.663) artırılması yolu ilə  əmələ 
gəlmişdir. Azərbaycan dilində «qalın meşə» mənasında işlənən  şellix sözü ilə (253, s.133) şal,  şala 
eyniköklü sözlərdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı  dəyişdirilib  Şaqat 
qoyulmuşdur. 
Şamb - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində  Şamkəndi kimi qeyd 
edilmişdir (348, s.291). Toponimin ilkin forması «Şam»dır. Toponimin sonundakı «b» samiti sonradan 
artırılaraq erməni dilində «qarğı, qamış» mənasını verən şamb formasına uyğunlaşdırılmışdır.  
Toponim «ağac» mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca 
sadə toponimdir. 
Şamlıq - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda 
kənd.  İndi  şəhər tipli qəsəbədir. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Kənddə filiz 


 
319
yataqları (mis) vardır. Buna görə  də burada mis mədənləri tikilmişdir. Kənddə 1886-cı ildə 7 nəfər, 
1897-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.1213, 100-101). 1918-ci ildə azərbaycanlılar 
ermənilərin təcavüzünə  məruz qalaraq qırğınlarla deportasiya olnmuşdur.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 62 
nəfər, 1926-cı ildə.65 nəfər, 1931-ci ildə 166 nəfər (415, s. 12-13, 100-101), 1959 - cu ildə 260 nəfər, 
1970-ci ildə 266 nəfər azərbaycanlı yaşamışdır. Qəsəbədə azərbaycanlılarla yanaşı, yunanlar, 
ermənilər və ruslar da yaşamısdır. Azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti 
tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi burada yunanlar və ermənilər 
yaşayır. Toponim «şam» ağac adına -lıq  şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Şamud - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) 
rayonunda kənd. Rayon mərkəzindən 60 km məsafədə yerləşir. Kəndin adı Şamut formasında da qeyd 
edilir (266, s.222). Toponim ağac növü olan şam sözünə  qədim türk dilində  cəmlik bildirən -ud 
şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
kənd.  
Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar 
tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.28-29, 114-115). 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış  və  kənd ləğv 
edilmişdir. tndi xaraba kənddir. 
Toponim bitki adı bildirən  şam sözünə -sız  şəkilçisinin artırılması ilə düzəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. 
Abaran çayının sağ qolu olan Duluçay çayının yanında yerləşirdi. 1840-1850-ci illərdə ləğv edilmişdir. 
İndi xarabakənddir. 
Toponim «gil növü, mavi gil» mənasında işlənən  şirə sözü ilə (253, s.133) qala sözününə 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Şativəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində dini məbəd. Dağlıq yerdə 1656-cı ildə tikilmişdir (Cборник сведений о Кавказе, т. 
V.,Тифлис,1879,  № 765). Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir. Bu abidə 
Dərələyəzdə  Həsənkənd və Alxanpəyəsi adlı  kəndlərin qabağжтda, Təkədonduran dağının qərb 
tərəfində, dağın başında yerləşir. (211,s.210).  
Toponim türk xanlarında hərbi rütbə  mənasında işlənən  şad sözünə (299, s.519; 229, s.383) 
türk dilində «qala», «istehkam» mənasında işlənən vəng sözünün qoşulması yolu əmələ  gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Şahab - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.77), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.240) qeyd edilmişdir.  
Toponim  şahablı  nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir.  
Erm. SSR AS RH-nin 11.IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. 
Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.106), Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904 - cü ildə 
827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Türkiyənin Van və  Şatax 
vilayətlərindən köçürülən ermənilər bu kəndə  də yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Ermənilərlə 
yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 156-157). SSRİ hökumətinin xüsusi qərarı ilə  kənddə yaşayan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə