İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə160/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   156   157   158   159   160   161   162   163   ...   168

 
324
Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernaşen (Dağkəndi) 
qoyulmuşdur. 
Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.  
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.295) 
qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904 - cü ildə 
229 nəfər, 1914 - cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş,  İran və 
Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 
216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci 
ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni (415, s.86-87, 156-157), 1972-ci ildə 2616 nəfər 
azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər (415, s.239-240) yaşamışdır. 1988-ci ilin noyabr-
dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar.  İndi ermənilər 
məskunlaşıb.  
Toponim oğuzların şirazlı etnonimi (F.Kirzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 
1993)  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan 
prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur. 
Şirak - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Toponim siraq türk etnonimi (235, s.47-59) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Şirak - İndiki Ermənistanın  şimal-qərb tərəfində yayla. Oronim siraq (şiraq) türk etnonimi 
(235, s.47-59) əsasında yaranmış etnooronimdir. 
Şirakavan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim qədim türk tayfalarından biri olan siraq (şiraq) 
etnonimi (235, s.47-59) ilə urartu dilində «yaşayış  məntəqəsi», «şəhər» mənasında işlənən ebani 
sözünün fonetik forması hesab etdiyimiz avan sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Şirvancıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur (415, s.24). «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.127), Qafqazın 5 verstlik xəriətsində (348, s.295) qeyd edilmişdir.  
Toponim türk mənşəli  şirvan etnoniminə (286, s.70) -cıq  şəkilçisinin artırılması ilə  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur. 
Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 20 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.112), XIX əsrə aid rus mənbələrində (Cборник cвединий 
o Kaвказе, т, V, Тифлис, 1879, № 338) qeyd edilmişdir. Erməni mənbələrində 1914-cü ildə burada 
1172 nəfər azərbaycanlının yaşadığı göstərilir (415, s.97). 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar 
qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş,  İran və Türkiyədən köçürülən ermənilər 
burada yerləşdirilmişdir. İndi ermənüər yaşayır.  
Toponim «gil növü, mavi gil» mənasında işlənən şirə sözünə (253, s.133), «istehkam, müdafiə 
tikilisi», «həbsxana, zindan» mənasında işlənən qala sözünün qoşulması nəticəsində əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nшn 15. VII. 1946-cı il 
fərmanı ilə adı dəyişdirilib Vardenut qoyulmuşdur. 
Şirin bulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonu ərazisində 
kənd. Yuxarı Kilsə kəndinin ilk adı olmuşdur. «Kilsənin (Yuxarı Kilsə kəndindəki XV əsrə aid alban 
kilsəsinin -İ. B.) böyük bir divar daşırım üzərində yazılmış tarixi yazıya  əsasən kəndin adı (Yuxarı 
Kilsə kəndinin -İ. B.) «Şirin bulaq» olmuşdur» (85, s.317).  
Toponim Azərbaycan dilində «içməyə yararlı, keyfiyyətli» mənasında işlənən  şirin sözü ilə 
(12, s.525) bulaq hidroterminin birləşməsindən  əmələ  gəlmişdir. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 


 
325
Şirin bıılaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda bulaq. 
Rayonun Yuxarı kilsə  kəndinin  ərazisində yerləşir. Hidronim Azərbaycan dilində «içməyə yararlı, 
keyfiyyətli su» mənasında işlənən şirin sözü əsasında yaranmışdır. Mürəkkəb quruluşlu hidronımdir. 
Şirin qala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda qala. 
Rayonun Hallavar kəndinin ərazisində yerləşir. 
Şişqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə, dağ ətəyində yerləşir.  
Kənd qədim tarixə malikdir. Burada XIII-XVI əsrlərə aid bilavasitə Azərbaycan türklərinin 
həyatı, tarixi, məişəti ilə bağlı tarixi abidələr qalmaqdadır. Kənddə 1831-ci ildə 251 nəfər, 1873 - cü 
ildə 592 nəfər, 1886-ıc ildə 905 nəfər, 1897-ci ildə 1132 nəfər, 1908-ci ildə 1041 nəfər, 1914 - cü ildə 
1088 nəfər, 1916-cı ildə 1232 nəfər, 1919 - cu ildə 632 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.26-27, 112-113). 1918-ci ilin yazından başlayaraq azərbaycanlılar ermənilərin təcavüzünə  məruz 
qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kənddə 1916-cı ildə 1232 nəfər azərbaycanlı yaşadığı 
halda, 1919 - cu ildə 632 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). Təkcə 1918-ci ildə 
600 nəfər azərbaycanlı qmlmış, yandırılmışdır (309, s.305) 1919 - cu ilin aprelin 13-20-də  kəndinin 
sakinləri - azərbaycanlılar tamamilə doğma yurdlarından qırğınlarla qovulmuşlar (309, s.305). İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ilin payızında kəndin sakinləri ata-baba 
yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 461 nəfər, 1926-cı ildə 612 nəfər, 1931-ci ildə 863 
nəfər (415, s.26-27, 112-113), 1939-cu ildə 956 nəfər, 1987-ci ildə 4000 nəfər (85, s.294-295) yalnız 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının 24-30 da azərbaycanlılar Ermənistan dövləti 
tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim 
Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə (196, 
s.42), «sıra dağlardan ayrılmış qol», «dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən 
yer» (196, s.36), «dağ,sıldırım» mənasında işlənən qaya sözünün birləşməsindən əmələ gəlib, «hündür, 
uca, dağın yanında salman, yerləşən kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə  Kəndin adı  dəyişdirilib Quqariç 
qoyulmuşdur.  
Şişdağ  -  İrəvan quberniyasının Areksandropol qəzasında, indi Amasiya rayonunda dağ. 
Rayonun Çaxmaq kəndinin cənub-qərbində yerləşir. Oronim «dağın, təpənin zirvəsi» mənasında 
işlənən şiş sözü ilə «düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 
metrdən artıq olan yüksəklik» mənasında işlənən dağ sözünün (196, s.37) birləşməsindən  əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.  
Şiştəpə  -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297). Oronim «dağın, təpənin 
ən yüksək zirvəsi» mənasında işlənən  şiş sözü ilə «alçaq dağ», «ətəyi ilə zirvəsi arasındakı nisbi 
hündürlüyü 200 metrdən artıq olan yüksəklik» mənasında işlənən təpə sözünün (196, s.42) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir. 
Şınıx - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. 
Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.1415). İndi ermənilər yaşayır.  
Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında 
işlənən  şın sözünə (337, s.239) -ıx  şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq  Şnox kimi 
rəsmiləşdirilmişdir. 
Şırran - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.  
Kənddə 1897-ci ildə 148 nəfər, 1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 144 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.50-51, 130-131). 1919 - cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə 
məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir.  
Toponim Azərbaycan dilində «kiçik şəlalə», «fantan», «bulaq» mənasında işlənən şırran sözü 
(253, s.134) əsasında formalaşmışdır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. 
Şırşır - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu 
ərazisində  qışlaq. 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.68-69). 1930 - cu ildə  ləğv 
edilmişdir. Toponim «şəlalə» mənasında işlənən  şırşır sözü (253, s.134) əsasında formalaşmışdır. 
Hidrotoponimdir. Quruiuşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə