İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə161/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   157   158   159   160   161   162   163   164   ...   168

 
326
Şıxlar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Şeyxler (143, 
s.150), Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında (348, s.296) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 - cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 
nəfər, 1908-ci ildə 590 nəfər, 1914 - cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 
326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 
İndi burada ermənilər yaşayır.  
Toponim qazax türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən (386, s.535) əmələ 
gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir.  
Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Qızıl  Şəfəq 
qoyulmuşdur. 
Şıxlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik 
xərtisində qeyd edilmişdir (348, s.296).  
Kənddə 1831-ci ildə 141 nəfər, 1873 - cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 
790 nəfər, 1904 - cü ildə 802 nəfər, 1914 - cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 156-157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən 
qırğınlarla qovulmuş,  İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə 
bilmişlər. 1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 
48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni (415, s.86-87, 156-157), 1972-ci ildə 1500 
nəfər azərbaycanlı, 220 erməni yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar 
Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.  
Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi (386, s.535) əsasında 
formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lusarat 
qoyulmuşdur. 
Şıxovuz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində  Şixauz (348, 
s.296), erməni mənbələrində Şikahoğ, Şxavuz (415, s.60) formalarında qeyd edilmişdir. Burada 1926-
cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). Toponim şeyx sözünün xalq danışıq dilində 
işlənən  şıx sözü ilə  oğuz türk tayfasının adını  əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt 
formasıdır) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şikaxox qoyulmuşdur. 
Şıxouz çay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda çay. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.296). Hidronim şıx (< 
şeyx)sözü ilə  oğuz etnoniminin fonetik variantı olan oğuz (gəlmişdir. Etnohidronimdir.Quruluşca mürəkkəb hidronimdir.  
Şoran - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.  
Kənddə 1897-ci ildə 148 nəfər, 1904 - cü ildə 80 nəfər,1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 
144 nəfər azərbaycanlı ya,şamışdır (415, s.50-51,130-131).  
1918-ci ilin yazında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq tarixi-etnik 
torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir. 
Toponim «şor sahə,  əkinə yararsız yer» mənasında işlənən  şoran sözü (253, s.134) əsasında 
formalaşmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Şoran dərə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonunda dərə. Oronim «şor (duzlu) sahə,  əkinə yaramayan yer» mənasında işlənən 
şoran sözü ilə (253, s.134) «iki dağ  və ya təpə arasında, eləcə  də düzənlikdə uzun, dərin çuxur» 
mənasında işlənən dərə sözünün birləşməsi  əsasında  əmələ  gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu oronimdir. 


 
327
Şoragöl qalası - İrəvan  şəhərində qala. İrəvan qalasının yaxınlığında yerləşirdi.  Şoragöl 
qalasını lll Muradxan dövründə böyük vəzir Fərhad paşa bərpa etdirmişdir (86, s.51).  
Qala şirak < sirak qədim türk etnoniminin adını əks etidirir. 
Şorbulaq - İrəvan quberniyasının  İrəvan qəzasında, indi İrəvan  şəhərinə daxil olan olan 
Orconikidze rayonunun tabeliyində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297).  
1931-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.  
Toponim Azərbaycan dilində «duzlu», «şoran» mənasında işlənən şor sözünə (12, s.532) «təbii 
su qaynağı» mənasında işlənən bulaq sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Şor kolanlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir.  
Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun 
tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir (415, s.82; 419, s.66). 
Kənd Cəfərxan adlı  bəyə  mənsub olmuş  və burada çalışanlar da onun rəncbəri (Rəncbər 
farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə  də  Rəşbəri Cəfərxan (415, s.82) 
adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi 
sənədlərdə sabitləşmişdir.  
Kənddə 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 230 nəfər, 1897-ci ildə 405 nəfər, 1904 - cü ildə 
229 nəfər, 1914 - cü ildə 431 nəfər, 1916-cı ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-
153). 1918-ci ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuşdur. Sovet hökuməti qurulandan sonra (indiki Ermənistanda) sağ qalanlar ata-baba yurdlarına 
dönə bilmişdir. Burada 1922-ci ildə 136 nəfər, 1926-cı ildə 204 nəfər, 1931-ci ildə 389 nəfər yalınz 
azərbaycanlı yaşamışdır (415, s.8286, 152-153). Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında 
Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqdarmdan deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır.  
Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı 
tayfa adının fars dilində yazılış forması) türk etnonimi (212, s.92; 1, s.73) əsasında formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Şorca - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd. Rayondakı Amağu, Arpa, Ertiş kəndlərinin yaxınlığında, Arpaçayın sahilində 
yerləşirdi. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir (348, s.297).  
Kənddə 1873 - cü ildə 31 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 73 nəfər, 1904 - cü ildə 76 
nəfər, 1914 - cü ildə 83 nəfər, 1916-cı ildə 116 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 
162-163). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuş 
və  kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə  kənd ləğv edilmişdir.  İndi xaraba kənddir. Toponim 
Azəbaycan dilində «duzlu, şoranlıq yer» mənasında işlənən şor sözünə -ca şəkilçisinin artırılmasından 
düzəlmişdir. 
Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297). XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) 
köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır (s.32). Kəndin adı erməni mənbələrində 
Şor Əli, Şorjalı (415, s.32), rus mənbələrində Şorcalı (Şordjalu) formalarında (Cборник cведений o 
Kaвказе, т. V, Тифлис, 1879, № 1368) qeyd edilmişdir.  
Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar 
ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Şotalı çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. Rayonun Kurud лəndinin ortasından axır. Hidronim qədim türk mənşəli hunlaкжn varisi şato 
etnonimi (180, s.253) əsasında  əmələ  gəlmişdir. Hidronimdəki -lı  şəkilçisi mənsubluq bildirir. 
Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində  kəndin ilk adının  Şatah 
olduğu göstərilir (415, s.60).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə