İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə163/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   160   161   162   163   164   165   166   167   168

 
330
NƏTİCƏ 
 
İndi Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənilməsi elmi 
əhəmiyyət kəsb etməklə yanaşı, siyasi mahiyyət də daşıyır.  Ərazinin toponimləri (oykonim, oronim, 
hidronim) aydın  şəkildə göstərir ki, Azərbaycan türkləri qədimdən bu ərazidə yaşamışlar. Bu da 
Azərbaycan türklərinin indi Ermənistan adlanan ərazinin aborigen xalqı olduğunu təsdiqləyir. Çar 
Rusiyası 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Cənubi Qafqazda, o cümlədən indiki 
Ermənistan ərazisində müxtəlif illərdə kameral siyahıyaalmalar aparmışdır.  
İndiki Ermənistan  ərazisində ilkin siyahıyaalma 1831-ci ildə keçirilmişdir. 1831-ci il 
siyahıyaalmasından aydın olur ki, bu ərazidə 1830 - cu ilə kimi 54.857 nəfər azərbaycanlı, 14.469 
erməni yaşamışdır (386, s.543-650;). Ermənilər 1828-ci ildən sonra İran və Türkiyədən kütləvi surətdə 
indi Ermənistan adlanan əraziyə köçürülmüşlər (386, s.543-650).  
XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər bu ərazidə yaşayan əhalinin sayı və etnik 
tərkibini özündə əks etdirən Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi (İrəvan, 
1932, erməni dilində) kitabında qeydə alınan 2310 oykonimin (yaşayış məntəqəsinin) 2000-dən çoxu 
türk mənşəli, 300-ə yaxını isə  ərəb və fars mənşəlidir. Bu da təbiidir. Çünki hər bir xalq yaşadığı 
əraziyə, buradakı yer-yurd adlarına öz ana dilində ad verər. Bu ərazi Azərbaycan türklərinin tarixi 
vətənləri olduğu üçün toponimlərin 90% dən çoxu da yalnız türk mənşəlidir. Məhz  ərazinin 
toponimləri tarixi həqiqətlərə  şahidlik edir, ermənilərin gəlmə olduğunu göstərir.  Əgər ermənilər 
buranın köklü sakinləri olsa idi, burada erməni dilinə  məxsus toponimlər də olardı. Erməni mənşəli 
toponimlər 1935-ci ildən sonra indi Ermənistan adlanan Qərbi Azərbaycanda türk mənşəli 
toponimlərin kütləvi surətdə dəyişdirilməsindən sonra yaranmağa başlamışdır (266, s.249-280).  
İndiki Ermənistanın toponimlərinin (oykonim, oronim, hidronim), urbonim, eləcə  də qala, 
karvansara, körpü adlarının tarixi-linqvistik baxımdan araşdırılması  ərazisinin etnik tərkibi, relyefi, 
flora və faunası haqqında aydın təsəvvür yaradır.  
Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiqində  əldə edilən nəticələri aşağıdakı 
kimi ümumiləşdirmək olar: 
1. Tədqiqat nəticəsində aydın olur ki, indiki Ermənistan  ərazisi Azərbaycanın tarixi 
torpaqlarıdır. Bu ərazidə 1920-ci ilə  qədər müstəqil erməni dövləti olmamışdır. 1917-ci Oktyabr 
çevrilişindən sonra ərazidə Rusiyanın bilavasitə himayəsi altında Azərbaycan torpaqları hesabına 
Ermənistan Respublikası yaradılmış (29 noyabr 1920), Zəngəzur, Göyçə, Dərələyəz mahalları 
Azərbaycandan alınaraq yeni yaradılan Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə daxil 
edilmişdir. 
2. İndiki Ermənistanın türk mənşəli toponimləri ilk dəfədir ki, tarixi-linqvistik baxımdan geniş 
şəkildə tədqiqata cəlb edilir. 
3. Tədqiqat nəticəsində  təhrif edilmiş, ermənilər tərəfindən tarixi həqiqətləri gizlətmək üçün 
toponimlərdə edilən ixtisarlar müəyyənləşdirilmiş, mənbələr  əsasında onların ilkin formaları  bərpa 
edilmiş, hər bir toponimin yerləşdiyi  ərazi dəqiqliklə göstərilmiş, coğrafi mövqeyi 
müəyyənləşdirilmişdir. 
4.  İndiki Ermənistan  ərazisindəki türk mənşəli toponimlər mənəvi soyqırımına məruz 
qalmışdır. Qədim türk torpaqları olan Ermənistanda türklərə - azərbaycanlılara qarşı  fıziki soyqırımı 
siyasəti ilə yanaşı, mənəvi genosid siyasəti də yeridilmiş, qədim tarixə malik coğrafi adlar 
dəyişdirilmişdir. Bu siyasət bir neçə mərhələdə həyata keçirilmişdir: 
1) 1801-1918-ci illərdə;  
2) 1918-1920-ci illərdə; 
3) 1920-1935-ci illərdə;  
4) 1935-1989-cu illərdə; 
5) 1989-1994-cü illərdə. 
5. İndi Ermənistan adlanan ərazidə hun, sak, şirak, kimmer(qəmər), qarqar, gencək, peçeneq, 
abar, qazan, abdal, quşçu, kapan, qıpçaq, oğuz, avşar, bayat, bayandur, yayçı, ivə, qayı, çəpni, kəngər, 
qaşqay, ayrım, qaraqoyunlu, sarıcalı, barani, baharlı və s. türk tayfaları yaşamışdır. Türk tayfalarının 
Qərbi Azərbaycanda yaşamaları bizim eradan əvvəl VIII-VII əsrlərdən başlayır. Bunu yazılı qaynaqlar, 
antik mənbələr, daş kitabələrlə yanaşı,  ərazinin türk etnonimləri  əsasında formalaşan toponimlər 


 
331
də(Hunud,  Şəki, Gümrü, Ozanlar, Qəmərli, Qarqar, Şirak, Abaran,Qazan, Bayat, Afşar, Abdalağalı, 
Bcni, Polad Ayrım, Qaraqo
:
yunlu, Barana, Yayçı və s.) təsdiq edir. j 
6. Qərbi Azərbaycanın oykonimləri qədim türk sözləri (balıq, art, alp, bək, bayır, arbat, saz, 
kömür, örən və s.), dialektizmlər (nüvək, binə, qılınc, qənşər, cəbə və s.), Azərbaycan dilinə məxsus 
ümumişlək xarakterli leksik vahidlər (kənd, oba, qara, şiş, əyri və s.), eləcə də başqa dillərdən (ərəb, 
fars, urartu) keçib Azərbaycan dilində sabitləşən və toponim yaradıcılığında iştirak edən sözlər (abad, 
gərni, ayar, van, qala, zeyvə  və s.) əsasında formalaşmışdır. Bununla yanaşı, bir qrup oykonimlərin 
əmələ gəlməsində fərqləndirici əlamət bildirən sözlər (aşağı, yuxarı, böyük, kiçik, bala, birinci, ikinci) 
iştirak edir. 
7. İndi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi dağlıqdır. Ərazi oroqrafık obyektlərlə 
zəngindir. Yazılı qaynaqlarda (Azərbaycan, erməni, rus dilli mənbələrdə)  əksini tapan, 
informatorlardan topladığımız oronimlər tədqiqata cəlb edilmişdir. Bu oronimlər qədim tarixə 
malikdir.  İndiki Ermənistanda erməni dilində yaranan oronimlər yoxdur. Oronimlərin hamısı 
Azərbaycan dilində yaranmışdır. Ərazinin oronimləri türk tayfalarının adları (şirak, arıqlı, bayat, abdal, 
varsaq, qazan, qaraqoyunlu, alagöz, kəngər, kənəkçi və s.), qədim türk sözləri (bak//bək, art, oy, yazı, 
bal, daşt, kömür və s.), müsbət (qaya, quzey, dik, yal, yoxuş, taxta və s.), mənfi (dərə, düz, qala, çuxur 
və s.) relyef bildirən sözlər, metoforikləşmiş sözlər (burun, daban, barmaq, bel, baş, qaş, və s.), 
Azərbaycan dilində  işlənən ümumişlək sözlər (şiş, tüklü, arx, yaylaq, yayla, dəlik və s.) və coğrafi 
terminlər əsasında formalaşmışdır.  
8. İndiki Ermənistan ərazisindəki su obyektləri - hidronimlər Azərbaycan dilində yaranmışdır.  
9. Qərbi Azərbaycan  ərazisi zəngin bitki örtüyünə malikdir. Ərazidəki bitki adları (ardıc, 
armud, bənövşə, baldırğan, buğda, yarpız, sarımsaq, qamış,  şatn, qoz və s.) əsasında fitotoponimlər 
(Artız, Arcut, Baldırğanlıq, Baldırğanlı, Qozluca, Armudlu, Yarpızlı, Şamlıq, Bənövşəbuşt, Qamışgöl, 
Qamışlı və s.) formalaşmışdır. 
10. Qərbi Azərbaycanın toponimləri (oykonim, oronim və hidronimlər) mənaca 
antropotoponim, etnotoponim, orotoponim, hidrotoponim, fitotoponim, zootoponim kimi 
qruplaşdırılır. 
Bununla yanaşı ərazinin toponimlərinin müəyyən qismi təsvir əsasında formalaşmışdır. 
11. Ərazinin toponimləri quruluşca üç yerə (sadə, düzəltmə, mürəkkəb) bölünür. 
12.  İndi Ermənistan adlanan Qərbi Azərbaycanda istər qədimdən, istərsə  də müasir dövrdə 
mövcud olan mahal, rayon, karvansara, məhəllə, körpü, qala, meydan, tarla, meşə, çöl və s. adlar da 
tədqiqatdan kənarda qalmamışdır. 
13. Ərazinin yaşayış məntəqələrinin əhalisinin etnik tərkibi ilk dəfə olaraq konkret mənbələrə 
istinadən verilmiş, ermənilərin haradan, nə vaxt köçürülmələri göstərilmişdir. Eyni zamanda hər hansı 
yaşayış məntəqəsindən azərbaycanlıların nə vaxt deportasiya olunması da öz əksini tapmışdır. 
14. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin formalaşmasında iştirak edən sözlərin 
başqa türk dillərində müxtəlif fonetik formalarda işləndiyi yeri gəldikcə qeyd edilir. 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə