İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə162/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   158   159   160   161   162   163   164   165   ...   168

 
328
Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61, 136-137). 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim «hunların varisi şato» etnoniminə (180, s.253) mənsubluq bildirən -lı  şəkilçisinin 
qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato 
tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a 
səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Şotulkənd - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində kənd. Kənddə 1897-ci ildə 148 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 388 nəfər, 
1916-cı ildə 127 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə ermənilərin 
soyqırımına məruz qalan azərbaycanlılar deportasiya olunmuş  və  kənd xarabalığa çevrilmişdir.  İndi 
xaraba kənddir.  
Toponim təklə türk tayfasından olan şatul (> şotul) etnoniminə (mənbələrdə  təklə - şotullu 
formasında qeyd edilir: 286, s.71) «yaşayış  məntəqəsi», «şəhər» mənasında işlənən kənd sözünün 
qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Şöllü Mehmandar - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Zəngibasar (Masis) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar 
rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin 
icmal dəftəri»ndə Mehmandari-Şollu (143, s.36), Qafqazın 5 verstlik xəritəsində  Şorlu Mehmandar 
formasında (348, s.297) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 406 nəfər, 1873 - cü ildə 1573 nəfər, 1886-cı ildə 1432 nəfər, 1897-ci ildə 
1824 nəfər, 1904 - cü ildə 1455 nəfər, 1914 - cü ildə 1632 nəfər, 1916-cı ildə 2969 nəfər, 1919 - cu 
ildə 900 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin sonlarında 
azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 
Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.82-83, 152-153). Kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu 
illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən geri, 
öz yurdlarına dönə bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-
dekabr aylarında Ermənistan dövləti azərbaycanlılar deportasiya etmişdir. İndi ermənilər yaşayır.  
Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol (şol -İ.B.) etnonimindən (287, s. 112-114) və 
Mehmandar  şəxs adından  əmələ  gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» 
mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur. 
Şuqayıb - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.298).  
Kənddə 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 163 nəfər, 1904 - cü ildə 90 nəfər, 1914 - cü ildə 
200 nəfər, 1916-cı ildə 192 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-ci ildə 
azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci 
ildə burada 44 nəfər, 1926-cı ildə 35 nəfər, 1931-ci ildə 47 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-
87, 154-155). SSRİ hökuməti xüsusi qərarı ilə 1948-ci ildə azərbaycanlılar zorla Azərbaycana 
köçürülmış və kənd 1950-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim türk dilində (qırğız, qazax) «konusvari zirvə» mənasında işlənən çoku > şokı (şoku) 
sözü əsasında (339, s.618, 630) əmələ gəlmişdir. 
Şurnuxu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 17 km cənub-şərqdə, Şurauxu çayının sol sahilində, Gorus-Qafan avtomobil 
yolunun sağ tərəfində yerləşir.  
Kənddə 1831-ci ildə 84 nəfər, 1904 - cü ildə 117 nəfər, 1914 - cü ildə 104 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sağ qalanlar öz tarixi-etnik 
torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər (415, s.28-29, 114-
115), 1979 - cu ildə 560 nəfər azərbaycanlı yaşamışdır. Ermənistan dövləti tərəfindən kəndin sakinləri 
azərbaycanlılar deportasiya olunmuşdur.  İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində «kiçik 
şəlalə» mənasında işlənən «çırnox» sözünün (253, s.133) fonetik forması olan şumux // şırnıx sözü 


 
329
əsasında  əmələ  gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində «sürətlə axın» mənasında «şırnoy» 
sözü də  işlənir (253, s.134). Belə  qənaətə  gəlirik ki, çırnox,  şırnoy,  şurnux yaxınmənalı sözlərdir! 
Hidrotoponimdir. Quruluşca sadə toponimdir. 
Şurnuxuçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
çay. 
Şikar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 22-24 km şimal-qərbdə, Şağat kəndinin yaxınlığında yerləşir. «İrəvan əyalətinin 
icmal dəftəri»ndə (143, s.151), Qafqazın 5 verstlik xəritəsində  Şiqar formasında (348, s.295) qeyd 
edilmişdir. Erməni mənbələrində erməni dilinin qanunlarına uyğun olaraq Şukar formasında qeyd 
edilir (415, s.94).  
Kənddə 1873 - cü ildə 186 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 238 nəfər, 1908-ci ildə 
280 nəfər, 1914 - cü ildə 514 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ilin 
iyun ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir.  
Toponim xalac türk tayfasından olan şikarlı etnonimi (286, s.54) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə