İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   155   156   157   158   159   160   161   162   ...   168

 
322
1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 
557 nəfər azərbaycanlı,510 nəfər erməni yaşamışdır (415, s.76-77, 146-147). 1988-ci ilin noyabr 
ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.  
Toponim kimmerlərin tərkibində  gələn sak (402, s.66-80; , 23, s. 102-104) əsasında  əmələ 
gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır.  
Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir (168, s.6970). 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Şəki  şəlaləsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan 
rayonunda şəlalə. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Bazarçay dərəsində yerləşir. Hündürlüyü 18 
metrdir (85, s.192). Şəlalə  Şəki kəndində olduğu üçün Şəki  şəlaləsi adlandırılmışdır. Quruluşca 
mürəkkəb hidronimdir. 
Şəmilər yurdu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda yurd. Oronim şəmilər nəsil adı ilə «yaşayış yeri», «məskən» mənasında işlənən yurd 
sözünün birləşməsindən əmələ gəlib «şəmilərin yaşadığı
;
, məskən, saldığı yer» deməkdir. Patronomik 
oronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Şəmşəddin - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal. İndiki 
Ermənistanda inzibati rayon. Rayon kimi 1930 - cu il sentyabrın 9-da yaradılmışdır. Mir mehdi 
Xəzaninin «Kitabi-tarixi-Qarabağ» əsərində qeyd edilmişdir (207,s.120, 135).  
Toponim  şəmsəddinli türk etnonimi (214, s.253; 193, s.162) əsasında  əmələ  gəlmişdir. 
Şəmsəddinli etnoniminin qızılbaşların zülqədar tayfasına aid olduğu göstərilir (354, s.94; 286, s.56). 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Şərbətli bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonunda bulaq. Hidronim «keyfiyyətli, dadlı, şirin, içməli» mənasında işlənən şərbətli 
sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir. 
Şərdərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. Xalac kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 59 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61). XX əsrin  əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzü 
nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və  kənd ləğv edilmişdir. 
İndi xaraba kənddir.  
Toponim «pislik, yamanlıq» mənasında işlənən  şər sözünə «iki dağ  və ya təpə arasında, 
düzənlikdə  dərin çüxup>, «çay yatağı» mənasında işlənən dərə sözünün (10, s.74) birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Şəhər - İrəvan şəhərində məhəllə. Şaqar, Şəkərək (Şakarak) formalarında da qeyd olunur. Xalq 
arasında  Şəhər formasında işlənir.  İrəvanın  ən qədim məhəllərindən biridir. XIX əsrin ortalarından 
(1840-1850-ci illərdə) burada 792 ev olmuşdur (Cборник сведений o Kaфкaзe, т. lll, Тифлис, 1875, 
c.260).  
Toponim sak qədim türk tayfasının (168, s.59-78; 23, s. 102-104) fonetik forması olan şak // 
şaq sözünə türk dilində «igid, qoçaq», «kişi» mənasında işlənən ər sözünün artırılması yolu ilə əmələ 
gəlmişdir (Bu konstruksiya ilə düzələn türk etnonimləri çoxdur: kəngər, kəvər, göyər, xəzər, salur 
(salar), tatar və s.) Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu 
ərazisində  kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.290). Erməni mənbələrində Şharcik formasında qeyd edilir 
(415, s.60). Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 
341 nəfər, 1904 - cü ildə 395 nəfər, 1914 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 
136-137). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşlar. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 
1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.60-61, 136-137). 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən 
qovulmuşlar.  İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik 
etnonimi (286, s.73) əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Şəhriz - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon 
mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında,  İrəvan - Sevan yolunun üstündə, Zəngi 
çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.53), XIX əsr rus mənbələrində 


 
323
(Cборник  cвeдений o Kaвкaзe,  т. V, Тифлис, 1879, № 1242) qeyd edilmişdir. Kəndin digər adı 
«Kərimkənd» olmuşdur (415, s.18). Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert 
vilayətindən köçürülmüşdür (427, s.828). Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 
1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. 
Şəhriyar - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.102), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, 
s.290). Kənddə 1897-ci ildə 84 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87). 1905-1906-cı illərdə 
ermənilər tərəfindən azərbaycanlılar qovulmuşlar. 1922-ci ilə qədər burada yaşayış olmamışdır. İndiki 
Ermənistanda sovet hökumati qurulandan sonra burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 35 nəfər, 
1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87. 156-157). SSRİ hökumətinin xüsusi qərarı 
ilə  kəndin sakinləri azərbaycanlılar zorla 1948-1949 - cu illərdə Azərbaycana köçürülmüşdür.  İndi 
xaraba kənddir.  
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Şidli - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik 
xəritəsində (348, s.295) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 263 nəfər, 1873 - cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 
992 nəfər, 1904 - cü ildə 77 nəfər, 1914 - cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar.  İndiki 
Ermənistande Sovet hökuməti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-
ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər (415, s.86-87, 156-157), 1972-ci ildə 
1357 nəfər, 1987-ci ildə 2000 nəfər (85, s.238-239; azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-
dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən 
qovulmuşdur. İndi burada təkcə ermənilər yaşayır.  
M. Kalankatuklu «Alban tarixi» əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin 
əvvəlində  Şimal çarı  Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə  Şad adlanan qardaşı  oğlu olduğu 
qeyd edilir və  Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir (153, s.96). Bu əsərin 
«Qeydlər və şərhlər» hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan 
sonra ikinci hökmran sayılırdı (153 s.218). L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında 
«İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr «şad» çağrılırdılar 
(180, s.67) və  şad titulunu «şimal hökmdarı» Cabqu xanın qardaşları daşımışlar (180, s.188 189). 
«Şad» sözü qədim türk dilində «hərbi rütbə» mənasında işlənmişdir (299, s.519).  
Bu deyilənlərdən belə  qənaətə  gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə 
hərbi titul mənasında işlənən  şad sözünə (299, s.519) mənsubluq bildirən -lı  şəkilçisinin artırılması 
yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb «Şidli» kimi sabitləşmiş və etnonimə çevrilmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Yexeqnavan 
qoyulmuşdur.  
Şiləçi -  İrəvan  şəhərində  məhəllə. Urbonim boyaqçılıqla məşğul olan sənətkarların adını  əks 
etdirir. İrəvan dialektində  şilə  qırmızı parça mənasını ifadə edir. Toponim şilə sözünə insan anlayışı 
bildirən -çi şəkilçisinin artırılması yolu ilə düzəlib «şilə boyayanlar» mənasını ifadə edir. Quruluşca 
düzəltmə toponimdir.  
Şinadağ  - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ 
formalarında da qeyd edilir (415, s.76; 419, s.113).  
Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən  şen 
sözünün (196, s.63-69) qədim forması olan şin sözü ilə (278, s.160; 196, s.67) Azərbaycan dilində 
«yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün (10, s.11) qədim fonetik 
forması olan tağ sözü (299, s.526) əsasında  əmələ  gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış 
məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə 
məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə (253, s.133; 12, s.506) və «adam 
az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə (12, s.507) saxlamışdır. Bu söz həm də 
şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir 
(278, s.160; 196, s.67). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə